A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə95/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   91   92   93   94   95   96   97   98   ...   104

rürsə,  onda  ləyaqətsizdir.  Axı  məyusluq  məcburi  işlərlə  eyni  za- 
manda  baş  verir,  əgər  kim  isə  çox  gözəl  işləri  kədərlə  həyata 
keçirirsə,  o,  bunları  məcburən  edir,  məcburiyyət  qarşısında 
hərəkət  edənsə,  -   ləyaqətsiz  adamdır.  Üstəlik,  xeyirxah  işləri 
əzab  çəkmədən  və  ya  həzz  almadan  etmək  mümkün  deyil. 
Orta  yol  yoxdur.  Nəyə  görə?  Ona  görə  ki,  xeyirxahlıq  hislərin 
artıb-əksilməsi  ilə  (en  pathei)  özünü  göstərir.  Hislərin  artıb-ək- 
silməsi  isə  məyusluqla  və  həzlə  bağlıdır,  hansı  ki,  bunların  ara- 
sında  hislərin  heç bir artıb-əksilməsi  yoxdur.  Burdan  aydındır ki, 
xeyirxahlıq  da  ya  məyusluqla,  ya  da  həzlə  bağlıdır.  Çox  gözəl 
işi  təlx  övqatla  görən  -   ləyaqətsiz  adamdır.  Buna  görə  xeyir- 
xahlıq  məyusluqla  bağlı  olmamalıdır;  deməli,  o,  zövqlə  bağlı 
olmalıdır.  Beləliklə,  həzz  nəinki  əngəl  deyil,  hətta  daha  çox 
fəaliyyətə  meyldir,  ümumiyyətlə,  o,  zövq  vermədən  xeyirxahlıq 
da  ola  bilmir.
Belə  bir  əsas  da  vardı:  heç  bir  elm  (episteme)  zövq  ver- 
mir10.  Bu  da  həqiqətə  uyğun  deyil.  Axı  aşpazlar,  çələng  hörən- 
lər,  ətir düzəldənlər zövq  gətirir.  Digər elmlərdə  zövq  həqiqətən 
onların  məqsədi  deyil,  buna  rəğmən  həzz  bunlarla  da  bağlıdır 
və  [bu  elmlərlə  məşğulluq  zövqsüz olmur].  Deməli,  elm  də zövq 
verir.
Belə əsas  da gətirilmişdi:  həzz -  ən  yaxşı  şey deyil.  Lakin, 
belə  düşünərkən,  eyni  uğurla  məziyyətin  az  təsadüf  edilən 
[növlərini  də]  aradan  qaldırmaq  olar.  Cəsarət  -   ən  yaxşı  şey 
deyil,  amma,  o  məgər  heç  yaxşı  şey  deyilmi?  Mənasız  bir  şey 
alınmırmı?  Digər məziyyətlərlə  də  iş  belədir.  Həzz ən  yaxşı  şey 
olmasa da,  onun  yaxşı  şey olduğunu  inkar etmək olmaz.
Əgər  indi  xeyirxahlığa  diqqət  yetirsək,  onda  bax  belə 
çətinlik meydana çıxa  bilər:  məlumdur ki,  ağıl  hisləri  özünə tabe 
etməyə  qabildir  (biz  təmkinli  adam  haqqında  danışırıq),  əks 
istiqamətdə  hərəkət  edən  hislər də  ağılı  özünə  tabe  etməyə  qa-
382
bildir,  necə  ki,  bu,  hövsələsiz  adamlarda  olur;  əgər o  halı  götür- 
sək,  yəni  haçan  ki,  qəlbin  şüurdankənar  hissəsi,  əxlaqsızlıq 
(kakian)  burda  yerləşir,  doğru  məsləkə  qulluq  edən  ağılı  (logoy 
ey  diakeimenoy)  özünə  ta-be  edir  (hövsələsiz  belədir),  həm- 
çinin  bu  halı  da  götürsək,  yəni  haçan  ki,  pis  məsləkə  qulluq 
edən  ağıl  (logos  faulös  diakeimenos).  Xeyirxahlıqdan  ibarət 
olan  doğru  məsləkə  qulluq  edən  hisləri  özünə  tabe  edir,  onda 
belə  çıxır  ki,  xeyirxahlıqdan  şər  məqsədilə  istifadə  etmək  olar 
(çünki  pis  məsləkə  qulluq  edən  ağıl,  hətta  xeyirxahlıqdan  istifa- 
də etsə də,  onu  şərə  çevirəcək).  Görünür ki,  mənasız şey alınır.
Belə  müddəanı  təkzib  etmək  və  məsələni  artıq  bizim 
xeyirxahlıq  haqqında  dediklərimizə  əsaslanaraq  həll  etmək 
asandır.  Xeyirxahlıq,  biz  qəbul  etdliyimiz  kimi,  doğru  məsləkə 
qulluq  edən  ağıl,  hansı  ki,  əsil  xeyirxahlıq  ona  məxsusdur,  his- 
lərin  artıb-əksilməsinə  uyğun  olduqda,  hislərin  artıb-əksilməsi 
isə  ağıla  uyğun  olduqda  meydana  çıxır.  Bu  halda  ağıl  və  hislər 
bir-birinə  həmahəng  olur,  belə  ki,  ağıla  həmişə  yaxşı  şeyi  əmr 
etmək  xas  olacaq,  doğru  məsləkə  qulluq  edən  hislər  isə  -   ağıl 
nə  əmr edirsə,  onların  hamısını  asan  yerinə  yetirəcək.  Harda  ki, 
ağıl  doğru  məsləkə  qulluq  etmir,  hislər  isə  doğru  məsləkə  qul- 
luq  edir,  orada  xeyirxahlığa  yer  yoxdur,  çünki  [doğru  məsləkə 
qulluq  edən]  ağıl  yoxdur,  xeyirxahlıq  isə  bundan  və  o  birindən 
əmələ  gəlir.  Bax  buna  görə  də  xeyirxahlıqdan  şər  məqsədilə 
istifadə  etməyə  heç bir imkan verilmir.
Ümumiyyətlə,  bəzilərinin  fikrinin  əksinə  olaraq,  xeyirxah- 
lıqların  başlanğıcı  və  rəhbəri  -   ağıl  yox,  daha  çox  hislərin  artıb- 
əksilməsidir  (ta  pathe).  Əvvəlcə  ən  yaxşıya  qarşı  düşünülmə- 
miş  bir  meyl  (hormen  alogon)  əmələ  gəlməlidir  -   necə  ki,  bu 
da  olur,  -   sonra  isə  artıq  ağıl  qərar  çıxarır  və  münsiflik  edir. 
Bunu  uşaqlarda  və  dilsiz-ağılsız  heyvanlarda  müşahidə  etmək 
olar:  onlarda  əvvəlcə  ağlın  iştirakı  olmadan  hislərdə  ən  yaxşıya
383


(kalon)  qarşı  meyl  əmələ  gəlir,  sonrasa  artıq  ağıl,  onlarla  razı- 
laşaraq,  ən  gözəl  işlərin  başa  çatmasına  kömək  edir.  Lakin  ha- 
çan  ki,  ən  yaxşıya  qarşı  cəhd  öz  başlanğıcını  ağıldan  götürür, 
işlər bu  cür olmur:  hislər onunla tamamilə  həmrəy olmur və tez- 
tez  ona  qarşı  çıxır.  Buna  görə  ağıl  deyil,  daha  çox  doğru  məs- 
ləkə  qulluq  edən  hislərin  artıb-əksilməsi  (pathos  ey  diakeime- 
non) xeyirxahlığa  səbəb (archei) olur.
8. 
Əgər  bizim  söhbətimiz  xoşbəxtlik  haqqında  gedirsə, 
bunun ardınca biz təsadüfı  uğur (ey tykhias)  haqqında da danış- 
malıyıq.  Kütlə  düşünür  ki,  xoşbəxt  həyat  -   uğurlu  və  ya  uğurdan 
məhrum  olmayan  həyatdır;  və  o,  deyəsən,  haqlıdır,  çünki 
təsadüfi  uğurun  bəxş  etdiyi  yaxşı  şeylər olmadan  xoşbəxt  olmaq 
olmaz.  Buna  görə  uğur barədə  danışmaq  lazımdır və o  haqda  ki, 
sözün  həqiqi  mənasında  (laplös eytykhes)  bəxti  belə üzdə  olan 
kimdir,  bu  nəyə görə,  həm də  nə  ilə əlaqədar olur.
Hər  şeydən  öncə  artıq  burda,  əgər  düşünsək,  çətinlik 
meydana  çıxa  bilər.  Heç  kim  deməz  ki,  təsadüf  -   xassədir. 
Harda  ki,  xassə  -   nə  isə  bir  şeyə  səbəb  olursa,  orada  o,  adə- 
tən,  hər  dəfə  eyni  işi  görür,  təsadüf  isə  belə  yox,  nizamsız, 
necə  gəldi  (hös  etykhen) fəaliyyət göstərir,  buna  görə  də təsa- 
düfün  bu  kimi  şeylərə  uyğun  olduğunu  söyləyirlər.  Həmçinin 
demək  olmaz  ki,  təsadüf  ağıla  və  ya  düzgün  mühakiməyə 
bənzər  bir  şeydir,  çünki  bunlarda  da,  əsla  təsadüf yox,  nizama 
salma  və  dəyişməzlik  az  deyil.  Harda  ki,  ağıl  və  düzgün  müha- 
kimə  daha  çox  fəaliyyət  göstərir,  orada  təsadüf  azdır,  ancaq 
harda  ki,  təsadüf  üçün  geniş  meydan  var,  orada  ağıla  az  mey- 
dan  verilir.  Lakin,  ola  bilsin,  təsadüfi  uğur  -   bu,  allahların  gös- 
tərdiyi  bir  qayğıdır  (epimeleia)?  Ya  da,  ola  bilsin,  belə  düşün- 
mək olmaz? Allah,  biz  hesab  edirik  ki,  bu  kimi  şeylərin  üzərində 
ağadır,  həm  də  yaxşı  və  pis  şeyləri  əmələ  görə  bölüşdürür.
384
Əgər  biz  güman  etsək  ki,  Allah  təsadüfən  bölüşdürür,  onda 
Onu  pis  və  ədalətsiz  hakim  hesab  edərdik.  Ancaq  belə  şey 
Allaha  yaraşmır.  Və  hər  halda  təsadüfi  sadalanan  şeylərdən 
başqa  bir şeyə aid  etmək olmaz,  buna  görə aydındır ki,  o,  məhz 
buna  aiddir.  Bununla  bərabər  ağıl,  mülahizə,  elm,  görünür  ki, 
təsadüfdən  tamam  fərqlidir.  Digər tərəfdən  Allahın  nə  qayğısını, 
nə  də  iltifatını  xoşbəxt  təsadüf  kimi  qəbul  etmək  olmaz,  çünki 
bu  yaramazlara  da  düşür,  yaramazların  dərdinə  qalmaqsa 
Allaha xas deyil.  O qalır ki,  xassə  uğura  hər şeydən  yaxındır.
Uğur  və  təsadüf  (eytykhia  kai  tykhe)  -   bizdən  asılı  şey 
deyil,  biz  bu  işdə  ixtiyar  sahibi  deyilik  və  özümüzün  heç  nə 
etməyə  gücümüz  çatmır.  Buna  görə,  biz  buna  qadir  olsaq  da, 
olmasaq  da,  ədalətli  adamı  ədalətli  olduğuna  görə  bəxti  üzdə 
olan  adlandırmırlar,  cəsuru  da  belə  adlandırmırlar  və  ümumiy- 
yətlə,  heç  kəsi  məziyyətinə  görə  belə  adlandırmırlar.  Böyük  bir 
haqla  aşağıda  göstərilən  şeyləri  müvafiq  olaraq  uğur barəsində 
demək  olar:  biz  əsli-nəcabətli  adamı,  ümumiyyətlə  isə,  belə 
yaxşı  şeylərə  mənsub  olan  hər  kəsi,  hansılar  ki,  ondan  asılı 
deyil,  bəxti  üzdə  olan  adlandırırıq.  Amma  burda  da  təsadüfi 
uğur  sözün  əsil  mənasında  (kyriös)  işlənmir.  Bəxti  üzdə  olan 
çox  məna  kəsb  edir:  biz o  adamı  bəxti  üzdə olan  adlandırırıq  ki,
o  kəsə ehtimalının  əksinə  olaraq  nə  isə  yaxşı  bir  şey  etmək  nə- 
sib  olur,  həm  də  gözlənilən  ziyanın  əvəzinə  gəlir  əldə  edəni 
bəxti  üzdə olan  adlandırırıq.
Beləliklə,  uğur  ondan  ibarətdir  ki,  biz  mülahizə  etmə- 
diyimiz  xeyri  əldə  edirik  və  gözlədiyimiz  yamanlığa  məruz  qal- 
mırıq.  Bununla  bərabər  xeyir  əldə  etmək,  məhz  təsadüfi  uğura 
xasdır:  nə  isə  yaxşı  bir  şey  əldə  etmək  -   təsadüfi  uğurun  özü- 
dür  ki,  var;  yamanlığa  məruz  qalmamaq  isə  gəldi-gedər  olan 
(kata  simbebekos)  xoşbəxt  təsadüfdür.  Təsadüfı  uğur,  be- 
ləliklə,  -   bir xassədir  ki,  düşünülmədən  fəaliyyət  göstərir.  Bəxti
385


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə