rəsmi müşavirələri və iclaslan yenə də Sovet imperiyası
dövründə olduğu kimi, "ikinci ana dilimiz" adlandırdığımız
rus dilində aparırlar, rus dilinin işlənmə sferasına üstünlük
verirlər, hətta, şəhərimizin bə'zi məktəblərinin "rəhbərləri"
azərbaycanlı valideynlərə övladlarını rus məktəblərində
oxutmalan barədə "geniş məsləhət" verirlər... Əlbəttə,
şəhərimizdə fəaliyyət göstərən Reklam idarələrinin əmək
daşları da bu sahədə "az iş" görmürlər. Bakının mərkəzi
küçələrindəki və meydançalanndakı reklamlara nəzər sal
dıqda adam özünü bir anlığa haradasa, Avropa ölkələrinin
şəhərlərindən birində olduğunu xaırlamaya bilmir... Sanki
şəhərin hər tərəfi ingilis, rus və digər dillərdə yazılmış
bərli-bəzəkli reklamlara bürünübdür...
Bizə belə gəlir ki, şəhərlərimizdə və kəndlərimizdə,
həmçinin dövlət müəssisələrində və özəl şirkətlərin bütün
reklamlarının əvvəlcə Azərbaycan, sonra isə ingilis dilində
yazılması məqsədəuyğun olardı. Reklamların tərtib olun
masında çoxdilliliyə yol vermək olmaz...
"Azərbaycan dilinin dövlət proqramı"nda şəhər və
kəndlərimizin toponimik adlarının öncə Azərbaycan dilin
də yazılması və həm də yerli əhalinin tarixən qoyduğu adla
rın bərpa olunmasına dair xüsusi maddənin verilməsi də
vacibdir. Məsələn, qədim Zığ kəndinin yaxınlığındakı Bakı
Ali Hərbi Dənizçilik Məktəbi şəhərciyinin ətrafındakı
qəsəbəni (Xətai rayonu) Naximov qəsəbəsi adlandırırlar.
Kimdir Naximov? - Naximov türk, eləcə də azərbaycan
lıların qatı düşməni olan rus admiralıdır... hətta, hərbi
məktəbin qarşısında Naximovun heykəli indi də durmaqda
172
dır. Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünür?
Yuxanda qeyd olunan mülahizələrlə əlaqədar olaraq,
tə'sirli tədbirlər görülməsi də "Azərbaycan dilinin dövlət
proqramı"nda öz geniş əksini tapmalıdır.
"Azərbaycan dilinin dövlət proqramı"nda müasir m ət
buatımızın və efir verilişlərinin dili haqqında aynca danı
şılmalıdır...
Azərbaycan Respublikasında demokratiyanın və aşkarlı
ğın inkişafi ilə əlaqədar olaraq, respublikamızda 600-dən
çox qəzet və jurnal tə'sis olunmuş və beləliklə də, yüzlərlə
üzdəniraq "jurnalistlər" meydana gəlmişdir. Onlann əksə
riyyəti jurnalistika təhsili olmayan, jurnalistika peşəsindən,
Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri
haqqında qanunundan, jurnalistin hüquq, vəzifə və funk
siyalarından, jurnalistika etikasından tam mə'nası ilə xəbəri
olmayan həvəskarlardır. Hər gün oxuduğum qeyri-dövlət
qəzetlərinin inəndə oyatdığı təəssürat və qənaət belədir:
əksər qeyri-dövlət qəzetlərinin tə’sisçisi və redaktorları
qəzetin təbliğatçılıq, təşkilatçılıq və təşviqatçılıq funksi
yalarını dərindən bilmirlər... Mə'lumdur ki, hər bir mətbuat
orqanı xalqımızın tarixən formalaşmış adət-ən'əııələrinin
yaxşısını qorumalı və yaşatmalı, təbliğ etməli və yeni
yaranmış ən'ənələrimizin isə təkmilləşməsi və sabitləş
məsi üçün müəyyən işlər gönnəlidir. Bu baxımdan, mət
buat orqanları xalqı-gənc nəsli həm mə'nəvi-əxlaqi cəhət
dən, xəlqilik və vətənpərvərlik ruhunda tərbiyə etməli,
həm də müasir təhsilin, elmin və mədəniyyətin son nailiy
yətlərini, ictimai-siyasi həyatda baş verən hadisələrin əsas
173
məğzini şərh etməklə xalqm-gənc nəslin maariflənməsinə
müəyyən dərəcədə köməklik göstərməlidir. Lakin biz.
bunları qeyri-dövlət qəzetlərinin səhifələrində görmürük.
Həmin qəzetlərin dil baxımdan savadsız nəşr olunması bir
yana, qədim və zəngin tarixə malik olan mə'nəviyyatımıza,
adət-ən'ənələrimizə vurduğu zərbələrlə barışmaq qeyri-
mümkündür, Çünki həmin qəzet və jurnalların əksəriyyəti
xalqımızın keşmə-keşli tarixini, mədəniyyətini, hətta,
mə'nəviyyatmı təhrif edir. Qəzetlərin səhifələrində xalqı
mızın mə'nəviyyatı ilə səsləşməyən yazılar və fotoşəkillər
verir, ayrı-ayrı vətəndaşların şəxsiyyətinə toxunan,
mə'nəviyyatmı təhqir edən çızmaqaralar çap edirlər. Təki
qəzetin səhifələri çızmaqaralarla dolsun...
Bizə belə gəlir ki, yaxın gələcəkdə qəbul edilməsi
nəzərdə tutulan "Azərbaycan dilinin dövlət proqramı"nda
aşağıdakı mülahizələr nəzərə alınmalıdır:
1. Azərbaycan Respublikasının Təhsil və Mətbuat və
informasiya Nazirliklərinin, Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Şirkətinin nəzdində jurnalistlərin
attestasiyadan keçirilməsi üçün Birləşmiş Attestasiya
Komissiyasının yaradılması məqsədəuyğun olardı.
2. Birləşmiş Attestasiya Komissiyasına az bir müddət
ərzində qeyri-dövlət qəzet və jurnallarında fəaliyyət gös
tərən jurnalistləri attestasiyadan keçirmək səlahiyyəti
verilməlidir.
3. Birləşmiş Attestasiya Komissiyası fərdi qaydada ayn-
ayn jurnalistin təhsilini, Azərbaycan Respublikasının Küt
ləvi informasiya vasitələri haqqında Qanunu və jurnalist
174
etikasım nə dərəcədə bilmələrini hərtərəfli yoxlamalıdır.
4. Birləşmiş Attestasiya Komissiyasının tələblərinə ca
vab verə bilməyən jurnalist peşəsindən uzaqlaşdırılmalıdır.
5. Müasir həyatımızdakı reallıqları düzgün əks
etdirməyən, xalqımızın tarixini və mə'nəviyyatmı alçaldan
hər bir qəzet və jurnalın nəşri dayandırılmalıdır.
Respublikamızda demokratiyanın və aşkarlığın inkişafı
bir sıra özəl televiziya və radio verilişlərinin yaradılmasına
səbəb olmuşdur. İlk baxışda, bu pis deyil. Lakin... bu
verilişlərin adını eşidib, özünü dinləməsən yaxşıdır. Çünki
bu verilişlərin əksəriyyəti elə ilk andan qeyri-ixtiyari
olaraq, dinləyicinin əsəblərinə tə'sir edir. Çünki çıxış edən
diktor və ya apancı dilimizin rəngarəng orfoepik norma
larını bilmədiyindən yerli-yersiz sözü elə cır səslə oxuyur
və ya danışır ki, eşitməsən yaxşıdır, öz ahəngdarlığı, mu
siqiliyi ilə sabitləşmiş səslərimizi gah uzadır, gah qısaldır,
qalm saitləri təhrif edə-edə incələşdirir, incə saitləri isə
təhrif edə-edə qalın tələffüz edir; intonasiyasında sözün
vurğusunu və məntiqi vurğunu yersiz vurğulayır və belə
liklə də, səlis, aydın və sabitləşmiş nitqimizi korlayır. Məhz
bu təhriflərə görə, bə'zən mətnin ümumi məzmunu dinləyi
ciyə tam ıuə'nası ilə ya çatmır, ya da məzmun təhrif olun
muş halda çatdırılır. Aparıcının dilimizin intonasiyasını,
tələffüz normalarını təhrif etməsi bir yana qalsın, dilimizin
üslubları, nitq mədəniyyəti elə təhrif edilir ki, dilimizin nitq
mədəniyyəti üçün səciyyəvi olan sadəlikdən, dəqiqlikdən,
aydınlıqdan, kamillikdən, elmilikdən, kütləvilikdən və
məntiqidikdən heç bir əsər-əlamət qalmır... Efir verilişlə
175
Dostları ilə paylaş: |