A z ə r b a y c a n ata türk m ə r k ə z I M. N.Ç O b a n o V



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix23.08.2018
ölçüsü7,13 Mb.
#63884
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

rində  nitq  mədəniyyətinə  verilən  tələblərin  pozulmasına 
yol  vermək  olmaz.  Çünki  ədəbi  dilimiz  xalqımızın  ən bö­
yük tarixi nailiyyəti, tükənməz xəzinəsi  və milli sərvətidir. 
Hər bir  azərbaycanlı  xalq  xəzinəsinə  və  sərvətinə  nankor 
olmamalı,  dilimzin  təmizliyi,  saflığı,  səlisləşdirilməsi  və 
inkişaf etdirilməsi qayğısına qalmalıdır...
Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq,  "Azərbaycan 
dilinin  dövlət  proqramı"nda  müstəqil  televiziya  və  radio 
verilişləri baradə tə'sirli tədbirlərin qəbul edilməsi vacibdir:
1.  Müstəqil televiziya və radio  proqramları  qısa müddət 
ərzində  ya  öz  iş  rejimini  və  qaydasım  dəyişməli,  ədəbi 
dilimizin  bütün  normalarına  riayət  etməlidir,  ya  da 
birdəfəlik öz fəaliyyətini dayandırmalıdır.
Birincisi,  ona  görə  ki,  onların  verilişlərinin  əksəriyyəti 
gənc  nəslin  mə'nəviyyatmın  pozulmasına  və  tarixi 
ən'ənələrimizin əksinə yönəldilmiş olur.
İkincisi,  həmin  verilişlərin  çoxu məzmununa və  mahiy­
yətinə  görə  azərbaycanlıların  tarixinə  və  mədəniyyətinə 
yox,  digər  xalqların  və  etnik  qrupların  mənafeyinə  xidmət 
edir,  onların  mədəniyyətinin  və  musiqisinin  təbliğinə 
üstünlük verirlər.
Üçüncüsü,  özəl  proqramlar  vasitəsilə  efirə  yayılan 
faktların  çoxu  yalan  və  uydurmalarla  dolu  olur.  Xüsusilə, 
siyasi  məzmunlu  verilişlər  dinləyicini  təng  edir.  Çünki 
dinləyici  həyatda  sabitliyi  gördüyü  halda,  özəl  televiziya 
verilişlərində  isə  onun  əksini  eşidir.  Bu  da  dinləyicini, 
xüsusilə gəncləri çaşbaş salır...
176
II. 
"Azərbaycan  dilinin  dövlət  proqramf'mn  ikinci 
bölməsi  "Azərbaycan dilinin elmi  şəkildə tədqiq edilməsi" 
adlanır.  Bu  bölmədə  Azərbaycan  dilinin  elmi  şəkildə 
hərtərəfli dərindən tədqiqi və araşdırılması nəzərdə tutulur. 
Bu  baxımdan,  ilk  növbədə,  ana  dilinin  səs  tərkibi  və 
tələffüz  qaydalarının,  orfoqrafıya və  yazı,  leksik və  üslubi 
normalarının,  qrammatik  quruluşunun  tətbiqi  -  təcrübi 
aspektdə  ətraflı  araşdırılması  ön plana çəkilməlidir.  Başqa 
sözlə  desək, Azərbaycan  ədəbi  dilinin həm yazılı,  həm də 
şifahi  qollarının  səciyyəvi  xüsusiyyətləri,  düzgün  yazı  və 
tələffüzü,  həmçinin  üslub  normalarının,  nitq  mədəniyyəti 
və terminologiya problemlərinin, dilimizin rəsmi üslubu ilə 
yaxından bağlı olan əməli yazıların (ərizə, təqrir, mə'lumat, 
hesabat, bildiriş, e’lan, tərcümeyi - hal - həyatnamə), izahat, 
arayış,  əmr,  təliqə,  təqdimat,  protokol,  akt,  fərman,  qərar, 
zəmanət,  e'tibarnamə,  qəbz,  məktub,  xasiyyətnamə, 
müqavilə)  tərtibi  prinsiplərinin  araşdırılması  daim  diqqət 
mərkəzində  olmalıdır.  Bu  baxımdan,  "Azərbaycan  dili 
cnsiklopcdiyası"nın  hazırlanması  və  nəşri,  "Azərbaycan 
dilinin  izahlı  lüğəti"nin və  "Azərbaycan dilinin orfoqrafıya 
lüğəti"nin  təkmilləşdirilmiş  halda  yenidən  nəşr  olunması 
vacibdir.  Azərbaycan  dilinin  tətbiqi  və  sosioloji  aspektdə 
tədqiqi,  nitq  mədəniyyəti  və  təcrübi  üslubiyyatı,  antro- 
ponim,  toponim  və  etimologiya  lüğətlərinin  hazırlanması 
və  nəşri;  həmçinin  Azərbaycan  dilinin  qədim  abidələrinin 
və  mənbələrinin  toplanması  və  onların  şərhlərlə  nəşr 
edilməsi;  Azərbaycan  dilində  sahə  ensiklopediyalarının  və 
terminlər  lüğətinin  hazırlanması  və  nəşri;  dünya
177


mədəniyyəti  xəzinəsinə  böyük  töhfələr  vermiş  klassik 
yazıçı  və  alimlərimizin,  o  cümlədən  Xaqani,  Nizami,
N.Tusi,  Nəsimi,  Xətai,  Füzuli,  Vaqif,  M.F.Axundov, 
C.Məmmədquluzadə,  S.Vurğun  və  başqalarının  həyat  və 
yaradıcılığını  əks  etdirən  ensiklopediyaların  yaradılmasına 
başlamaq vaxtı da çoxdan çatmışdır.
III. 
"Azərbaycan dilinin dövlət proqramı"nın üçüncü böl­
məsində  "Azərbaycan  dilinin  tədris  müəssisələrində 
öyrənilməsi"  nəzərdə  tutulmuşdur.  Bu  problemlərin  geniş 
mə'nada həyata  keçirilməsi  üçün  "Azərbaycan  dili"  fənni­
nin  tədris  proqramlanna yenidən  baxılmalı  və  iki  variantlı 
nümunəvi  və  mükəmməl  "Azərbaycan  dili"  proqramlan 
hazırlanmalıdır.
Proqramın  birinci  variantı  tədris  işləri  ana  dilində  apa­
rılan  azərbaycandilli  məktəblər üçün  nəzərdə  tutulmalıdır. 
Bu  proqrama  əsasən  "Azərbaycan  dili"  fənni  məktəbə­
qədər  müəssisələrdə,  ümumtəhsil,  orta  ixtisas  və  ali 
məktəblərdə  tədris  olunmalı  və  öyrənilməlidir.  Bu  proq­
ramı  əsasən  dilimizin  nəzəri  və  təcrübi  məsələləri, 
təşəkkül  tarixi,  yayılma  arealı,  digər dillərlə  qarşılıqlı  əla­
qəsi,  onun  Şərq  dilləri  arasında mövqeyi  və  s.  problemlər 
ümumtürkoloji aspektdə dərindən öyrənilməli və dərsliklər 
də həmin proqram əsasında yenidən yazılmalıdır.
"Azərbaycan dilinin  dövlət proqramı"nda  orta  ixtisas  və 
ali  məktəblərin  qeyri-fıloloji  bütün  fakültələrində  ixtisa­
sından asılı olmayaraq, "Azərbaycan dili" - "Nitq mədəniy­
yəti"  fənninin,  heç  olmasa,  iki  semestr  tədris  olunması  da 
nəzərdə  tutulmalıdır.  Çünki  orta ixtisas  və  ali  məktəblərin
178
məqsədi  yalnız  mütəxəssis  hazırlamaq yox,  eyni  zamanda 
müasir  dövrün tələblərinə  cavab  verə bilən  ziyalı  korpusu 
hazırlamaqdan  ibarət  olmalıdır.  Ziyalılığm  əsas  şərtlə­
rindən birincisi,  həm də  ən  başlıcası,  hər bir mütəxəssisin 
öz  ixtisası  ilə  yanaşı,  ana  dilinin bütün  incəliklərini  dərin­
dən  bilməsi,  ədəbi  dilimizin  səciyyəvi  xüsusiyyətlərinin 
tələblərinə  uyğun  savadlı  yazmağı  bacarması;  həmçinin 
onun  şifahi  nitqinin  də  sadə,  aydın,  dəqiq,  səlis,  rəvan, 
kamil və məntiqi ardıcıllığa malik olmasıdır. Bu baxımdan, 
hər bir ziyalı ana dilini və ədəbiyyatını, xalqının tarixini və 
tarixi coğrafiyasını, mədəniyyətini, etik və estetik, elmi-fəl­
səfi görüşlərini  dərindən bilməlidir.
"Azərbaycan  dili"  proqramının  ikinci  variantı  isə  qeyri- 
azərbaycandilli  məktəblər  (ümumtəhsil,  orta  ixtisas  və  ali 
məktəblər)  üçün  nəzərdə  tutulmuşdur.  Bu  proqram,  əsas 
e'tibarı  ilə,  təcrübi  xarakter  daşımalı  və  onda  Azərbaycan 
dilinin  təcrübi  sahəsi  - dilöyrənmə məsələləri, Azərbaycan 
dilində  səlis  və  aydın  danışmaq,  savadlı  yazmaq 
məsələlərinin  dərindən  öyrənilməsinə  geniş  yer  verilməli 
və  dərsliklər  də  həmin  proqram  əsasında  hazırlanmalıdır. 
Qeyri-azərbaycandilli məktəblərdə "Azərbaycan dili" fənni 
ilə  yanaşı,  "Azərbaycan  ədəbiyyatı",  "Azərbaycan  tarixi" 
və  "Azərbaycan  coğrafiyası", fənləri  də tədris olunmalıdır. 
Bundan  başqa,  rusdilli  məktəblərdə  Rusiya  tarixinə  və 
coğrafiyasının  tədrisinə  yuxarı  siniflərdə  həftədə  bir  saat 
vaxt  vermək  olar.  Burada  bir  məsələni  də  qeyd  etmək 
yerinə  düşərdi.  Rusdilli  məktəblərdə  tədris  olunan  "Rus 
ədəbiyyatı"  fənni  proqramlanna müəyyən mərhələlər üzrə
179


Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə