2004-ci il tarixli verilişində rəsmi olaraq Nizaminin admı
daşıyan parkm rəsmi adı qaldı arxivdə, "Lunapark"a gəlin!",
- deyə, - nə ki, var parkı reklam etdilər... Bakı şəhərindəki
ən gözəl parklardan biri "Lunapark"dır. "Lunapark"da sanki
göyün yeddi qatma uçmaq olar. "Lunapark"da 20-yə yaxın
atraksion vardır. Onların bir neçəsi uşaqlar üçündür. "Luna-
park"m xidmətindən razı qalırlar". Bakı şəhərinin əhalisini
"Lunapark"a dəvət edirəm" - deyə apancı "fəxrlə" danışırdı.
Görəsən bu televiziya əməkdaşına parkm dövlət tərə
findən verilmiş rəsmi adının əvəzinə onun uydurma
"Lunapark" adı ilə çıxış etməsinə kim səlahiyyət verib?
Görəsən, bəzi "jurnalistlər" Azərbaycan jurnalistlərinin
adma hansı əsasa görə kölgə salırlar? Bu sahədə onlar kimə
xidm ət etdiklərini, kimin dəyirmanma su tökdüklərini başa
düşürlərmi? Yəqin ki, yox. Başa düşsələr onlar dünya poezi-
yasımn sərkərdəsinin və onun ən uca rütbəsinin üstünə qara
kölgə salmazdılar...
Başqa bir misal: Televiziya və radio verilişlərində
aparıcının nitqində tez-tez "Vətəndaşların Konstitusiyon
hüquqları" ifadəsini də eşidirik. Məlum deyil, bu aparıcılar
və ya diktorlar dilimizə "-yon" sonluğunu haradan gətiriblər.
Bu şəkilçi dilimiz üçün tamamilə yad ünsürdür. Odur ki,
həmin ifadə dilimizin daxili qanunauyğunluğuna görə belə
olmalıdır: "Vətəndaşların Konstitusiya hüququ".
Bu barədə jurnalistlərimiz yaxşı-yaxşı düşünüb-daşın
malıdır. Əlbəttə, televiziya və radio verilişlərinin rəhbərliyi
də, əlaqədar təşkilatların rəhbərləri də bu barədə düşünməli
və öz işlərini yenidən qurmalıdır...
188
Adı qeyd olunan məqaləmizdə şəhər, kənd və qəsəbələ
rimizin adlannı bildirən toponimlərimizə olan münasibət
lərdən bəhs edərək yazmışdıq; "Məsələn, qədim Zığ kən
dinin yaxmlığıqdakı Bakı Ali Hərbi Dənizçilik məktəbi şə
hərciyinin ətrafındakı qəsəbəni (Xətai rayonu) Naximov qə
səbəsi adlandırırlar. Kimdir Naximov? Naximov türklərin,
eləcə də, azərbaycanlıların qatı düşməni olan ms admiralı-
dır...
Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünür?..!'
Təəssüf ki, təxminən 6 il əvvəl "Azərbaycan" qəzetində
qaldırılan bu məsələni həll etmək üçün Bakı şəhərinin
əlaqədar təşkilatları hələ də macal tapmayıblar... Görəsən,
Naximov qəsəbəsinin adını dəyişmək, onu ya Zığ qəsəbəsi,
ya admiral Aslanbəyovun şərəfinə Aslanbəyov qəsəbəsi
adlandırmaq üçün bundan sonra neçə il lazım olacaqdır? Bu
sualın dəqiq cavabını söyləyən oxucularımıza "Azərbaycan"
qəzeti vasitəsilə təşəkkürümüzü bildirəcəyik...
Məlumdur ki, "mətbuat orqanları xalqı - gənc nəsli həm
mənəvi-əxlaqi cəhətdən xəlqilik və vətənpərvərlik ruhunda
tərbiyə etməli, həm də müasir təhsilin, elmin və mədəniyyə
tin son nailiyyətlərini, ictimai-siyasi həyatda baş verən hadi
sələrin əsas məğzini şərh etməklə maarifləndirməyə müəy
yən dərəcədə köməklik göstərməlidir. Lakin biz, bunları
qeyri-dövlət qəzetlərinin səhifələrində görmürük. Həmin
qəzetlərin dil baxımdan savadsız nəşr olunması bir yana, qə
dim və zəngin tarixə malik olan mənəviyyatımıza, adət-ənə
nələrimizə vurduğu zərbələrlə barışmaq qeyri-mümkündür".
Son illərdə istər mətbuatımızda, xüsusilə özəl mətbuat
orqanlarında və radio-televiziya verilişlərində yerli-yersiz
189