müxtəlif səviyyoli icra orqanlarından və ictimai rəydən asılı
olan bəzi məsələlər hələ də öz həllini gözləməkdədir.
Bakının mərkəzi küçə və meydanlarındakı reklamlara nə
zər saldıqda adam bir anlığa haradasa Avropa ölkələri şə
hərlərindən birində olduğunu zənn edir. Bizə belə gəlir ki,
şəhərimizdə bütün lövhə və reklamlar
əvvəlcə Azərbaycan,
sonra isə ingilis dilində yazılmalıdır. Bu mülahizə "Azər
baycan Respublikasında dövlət dili haqqında" Azərbaycan
Respublikası Qanununun "Dövlət dilinin xidmət sahə
lərində, reklam və elanlarda işlənməsi" adlanan yeddinci
maddəsində də öz əksini tapmışdır. Həmin maddənin birinci
bəndində deyilir: "Azərbaycan Respublikası ərazisində
bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili
işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq
xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də
tətbiq oluna bilər. Lakin onlann tutduğu sahə Azərbaycan
dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və
Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir".
Gəlin bir anlığa küçə və meydanlardakı reklamlara, ayrı-
ayrı şirkətlərin adı yazılmış divar lövhələrinə, mədəniyyət
və istirahət bağlarının - parkların adına nəzər salaq... Bakı
şəhərində gördüyümüz mənzərədən aldığımız təəssüratın
ümumi nəticəsi belə olacaq:
Ayrı-ayrı təşkilatların rəhbərləri mətbuatın və ictimai
rəyiin etirazlanna məhəl qoymur, "Azərbaycan Respubli
kasında dövlət dili haqqında" Azərbaycan Respublikası
Qanununun tələblərinə biganəlik göstərir, öz vəzifə funk
siyalarına, dilimizə və mədəniyyətimizə etinasız yanaşırlar.
200
Heç şübhəsiz ki, öz vəzifə borclarına biganə qalanları,
müasir dövlətçiliyimizin idarəetmə prinsipləri ilə ayaqlaşa
bilməyənləri respublikamızda baş verən güclü inkişaf və
tərəqqi axını bir gün kənara atacaqdır.
Şəhərin küçə və meydanlanndakı reklamların bir ço
xunda reklamların dövlət dilində tərtib olunmasına dair qa
nunun tələlərinə riayət olunmamasıdır. Kim hansı dildə
istəyirsə, həmin dildə də reklamlarını tərtib etdirir. Bu da,
təbii olaraq, əhalinin narazılığına səbəb olur. Əlaqədar
təşkilatlar isə buna hələ də göz yumurlar.
"Azərbaycan Respublikasında dövlət dili haqqında"
Azərbaycan Respublikasının Qanununun "Dövlət dilinin
dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının
hüquqi şəxslərin, onların nümayəndələrinin və filiallarının
idarələrində işlənməsi" adlanan 17-ci maddəsində deyilir:
"Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onlann nü
mayəndələrinin və filiallarının, idarələrinin adları Azər
baycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən
təsisatlann adlanın əks etdirən lövhələr, blanklar, möhürlər
və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazi
matlar dövlət dilində tərtib olunur". Lakin nədənsə, Azər
baycan dövlət dili ilə əlanqədar olan bu qanuna şəhərimizdə
hələ də biganəlik göstərənlər tapılır...
Yaxşı məlumdur ki, doğma Bakımızda on gözəl bağ
lardan biri Xətai rayonu ərazisində yerləşən Nizami adına
Mədəniyyət və İstirahət Parkıdır. Yəqin ki, şəhərimizin sa
201
kinləri bu parkın yanından keçəndə, ya da həmin parkda isti
rahət edəndə parkın giriş hissəsinini fasad dirəklərinin üs
tündəki yazmı oxuyublar. Aşağıda lövhə üzərində "Nizami
adına Mədəniyyət və İstirahət Parkı", fasadın lap yuxan his
səsində isə qeyri-dövlət dilində iri hərflərlə "Lunapark" ya
zılıb. "Lunapark" sözü elə böyük hərflərlə yazılıb ki, onu
təxminən 300-400 metr məsafədən də oxumaq olur. Belə
liklə də, "Lunapark" sözü elə ilk andan hamının diqqətini
çəkir və bununla da adı kiçik hərflərlə yazılmış dünya şöh
rətli Nizaminin adma kölgə salır.
Görəsən, bu parka nəzarət edən, onun işinə rəhbərlik
edənlərin "Azərbaycan Respublikasında dövlət dili haqqın
da Azərbaycan Respublikasının Qanunu"ndan xəbərləri var
ını? Əgər onların dövlət dilimiz haqqında qanundan xə
bərləri varsa, bəs onda qanuna niyə riayət etmirlər?
Bir anlığa tutaq ki, Nizaminin adını daşıyan mədəniyyət
və istirahət parkına əlaqədar təşkilatlann məmurları bi
ganəlik göstərir. Bəs, çoxminli mətuat, radio və televiziya
jurnalistləri haraya baxır? Görəsən, jurnalistlər bu barədə nə
düşünürlər? Onu bilirəm ki, bəzi telekanallar hətta Niza
minin adını daşıyan parkın rəsmi adını unudaraq - "Luna-
park"a gəlin!", - deyə parkı reklam edirlər. Görəsən, bu tele
viziya əməkdaşına parkın dövlət tərəfindən verilmiş rəsmi
adının əvəzinə onu qondarma "Lunapark" adı ilə tanıtmağa
kim ixtiyar verib'/
Vaxtilə mətbuatda çap olunmuş bir məqaləmizdə yaz
mışdıq: "Zığ kəndinin yaxınlığındakı Bakı Ali Hərbi Dəniz
çilik məktəbi yerləşən küçəni Naximov küçəsi adlandırırlar.
202
Kimdir Naximov? Naximov türklərin qatı düşməni olan rus
admiralıdır. Görəsən, əlaqədar təşkilatlar bu barədə nə dü
şünür?"...
Təəssüf ki, həmin küçənin adı bu günə qədər də dəyiş-
diriliməyib. Necə ola bilər ki, ümummilli liderimizin şərə
fmə verilmiş Heydər Əliyev adma Azərbaycan Ali Hərbi
Məktəbi Naximovun adını daşıyan küçədə yerləşmiş olsun?
Deməli, hərbi məktəbə gələn zərfdə əvvəlcə Naximovun,
aşağıdakı sətirdə isə Heydər Əliyevin adı yazılsın. Elə
buradaca yada düşür ki, Azərbaycan hökumətinin yerləşdiyi
ünvan da M.Lermontov küçəsi adlanır...
Şəhərimizin bəzi şadlaq saraylan və restoranlarının, gö
zəllik salonlarının, ticarət mərkəzi və dükanların, müxtəlif
təşkilat və idarələrin bərli-bəzəkli əcnəbi adlarını oxuyub
başa düşmədikdə bir anlığa təəssüf hissi
keçirir və öz-özünə
belə sual verirsən: Görəsən, mən hansı şəhərdəyəm?
Məlumdur ki, mətbuat orqanları xalqı - gənc nəsli həm
mənəvi-əxlaqi cəhətdən xəlqilik və vətənpərvərlik ruhunda
tərbiyə etməli, həm də müasir təhsilin, elmin və mədəniy
yətin son nailiyyətlərini, ictimai-siyasi həyatda baş verən
hadisələrin əsas məğzini şərh etməklə maarifləndirməyə
köməklik göstərməlidir. Bizim hamımızın müqəddəs vəzi
fəmiz müstəqil dövlətimizin rəsmi dövlət dilini, ana dili
mizi, xalqımızın milli sərvətini göz bəbəyi kimi qorumaq
dan ibarət olmalıdır.
Qeyd. Bu ya zı “X alq q əzeti ”nin
2 4 dekabr2005-ci i l tarixli sayında dərc olunub.
203