Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

 
 

39 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

Elektron-deşik keçidi (və ya p-n keçidi). İki yarımkeçirici kristalın, p - və n-tip 
kristallarının toxunma hissəsində elektron-deşik keçidi (və ya p-n keçidi) yaranar. Bu 
zaman  n-tip  kristaldan  elektronlar,  p-tip  kristaldan  isə  deşiklər  hərəkətə  gələrək 
toxunma sərhədindən qarşı tərəflərə diffuziya edəcək. Nəticədə toxunma sərhədinin 
n- hissəsində müsbət, p- hissəsində isə mənfi yüklərin miqdarı artacaqdır – yarımke-
çirici kristalın p-n keçidində müxtəlif işarəli yüklərin öz-özünə toplandığı ikiqat tə-
bəqə yaranacaqdır (
b
)
 
 
İkiqat təbəqənin yükləri arasında yaranan elektrik sahəsi 
 kristalların to-
xunduğu ab sərhədində elektronların n-hissədən p-hissəyə, deşiklərin isə p-hissədən 
n-hissəyə sonrakı keçidlərinin qarşısını alır. P-n keçidinə malik kristal sabit cərəyan 
dövrəsinə qoşularsa, o, cərəyanı yalnız bir istiqamətdə yaxşı keçirəcəkdir. Bu istiqa-
məti təyin etmək çətin deyildir.  
Düz keçid. Fərz edək ki, n-tip kristal cərəyan mənbəyinin mənfi, p-tip kristal isə 
müsbət qütbünə birləşdirilmişdir. Bu zaman cərəyan mənbəyinin yaratdığı elektrik 
sahəsinin təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər bir-birinə 
qarşı  ab  sərhədinə  doğru  hərəkət  edəcək.  Sərhədi  keçən  elektronlar  deşikləri  dol-
duraraq ab sərhədinin qalınlığını və deməli, kristalın ümumi elektrik müqavimətini 
azaldacaqdır – dövrədən elektrik cərəyanı maneəsiz keçəcəkdir (
c
).  
 Elektrik yükdaşıyıcılarının yarımkeçirici kristallardan belə p-n keçidi düz keçid 
adlanır
 
 
(b)
(c)


 
 
40 
 
Tərs keçid. Fərz edək ki, n-tip kristal cərəyan mənbəyinin müsbət, p-tip krital isə 
mənfi qütbünə birləşdirilmişdir (
d
).  
 
 
Bu  zaman  cərəyan  mənbəyinin  yaratdığı  elektrik  sahəsinin  intensivlik  vektoru 
ikiqat təbəqənin elektrik sahə intensivliyi ilə üst-üstə düşəcək. Xarici elektrik sahə-
sinin təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan deşiklər qarşılıqlı əks isti-
qamətlərə, ab sərhədindən kristalın əks uclarına doğru hərəkət edəcək.  
Nəticədə, ab sərhədindəki ikiqat təbəqənin qalınlığı və deməli, kristalın ümumi 
elektrik müqaviməti artacaq – dövrədən, demək olar, elektrik cərəyanı keçməyəcək-
dir (bax: sxem 
d
).  
 Elektrik yükdaşıyıcılarının yarımkeçirici kristallardan belə p-n keçidi tərs keçid 
adlanır
Yarımkeçirici diod – bir p-n keçidindən və elektrik dövrəsinə birləşdirmək üçün 
iki kontaktdan ibarət cihazdır (
e
).  
Yarımkeçirici  diod  n-tip  keçiriciliyə  malik 
germanium  və  ya  silisium  kristalından  hazırlanır. 
Kristalın səthinə indium damcısı lehimlənir. İndium 
atomlarının  əsas  kristalın  içərilərinə  diffuziyası 
sayəsində  kristalın  həmin  hissəsində  p-tip  keçiri-
ciliyə malik sahə əmələ gəlir. Kristalın n- və p-tip 
keçiriciliyə malik sahələrinın sərhədində p-n keçidi 
yaranır. İndium kristalına lehimlənən kontakt anod, 
silisium  (və  ya  germanium)  kristalına  lehimlənən 
kontakt isə katod olur.  
Beləliklə,  p-n  keçidinə  malik  yarımkeçirici  diod  sabit  cərəyanı  yalnız  bir  isti-
qamətdə keçirir. Yarımkeçirici diodun biristiqamətli keçiriciliyi elektrik dövrələrində 
sxematik olaraq xüsusi işarə ilə göstərilir (
f
). 
 
(d)
(f)
(e)
 


 
 

41 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

Rütubətdən və xarici mexaniki təsirlərdən qorumaq üçün yarımkeçirici diodlar her-
metik metal, yaxud plastmas gövdə daxilində yerləşdirilir. O, vakuum diodu ilə müqa-
yisədə bir sıra üstünlüklərə malikdir: miniatür ölçülüdür, elektrik enerjisinə “qənaət-
cildir”, uzun müddət istismara yararlıdır (
g
). 
 
 
 
 
 
 
 
 
  
 
1. Elektron-deşik keçiricilik nədir? 
2. İki müxtəlif tip yarımkeçirici kristalın toxunma sərhədində ikiqat təbəqə necə yaranır? 
3. Yarımkeçirici kristalların toxunma sərhədindəki ikiqat təbəqə p-n keçidində nə kimi rola 
malikdir? 
4. p-n keçidinin başlıca xassəsi nədir? 
5. Yarımkeçirici diodun iş prinsipi nəyə əsaslanır? 
 
 
(g) 
 
 
Yaradıcı tətbiqetmə 
 
Hansı lampa daha parlaq işıqlanar?
Şəkildə yarımkeçirici diod və iki lampadan ibarət dövrə hissəsi 
təsvir edilmişdir.  
Nəticəni müzakirə edin:  
 Hansı lampa daha parlaq (və ya daha zəif) işıqlanar? Nə üçün? 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Elektron-deşik keçidi (və ya p-n keçidi) – ...  
2. Düz keçid – ...  
3. Tərs keçid – ...  
4. Yarımkeçirici diod – ... 
Nə öyrəndiniz 
Öyrəndiklərinizi yoxlayın
 


 
 
42 
 
 
 
Y
ARIMKEÇİRİCİ СİHAZLAR 
 
 
 
 
 
Termorezistor və fotorezistor. Bunlar sadə yarımkeçirici cihazlardır, çünki onlar 
məxsusi keçiriciliyə malik yalnız bir yarımkeçiricidən ibarətdir. 
Termo- və fotorezistorlar elektrik cərəyanı yaratmır, onlar istiliyin və ya işıqlan-
manın təsiri ilə müqavimətlərini dəyişməklə dövrədən keçən cərəyan şiddətini artırıb-
azalda bilir. Belə ki, istiliyin və ya işıq şüalarının təsiri ilə yarımkeçirici kristalın valent 
elektronları kovalent rabitədən qopur. Nəticədə kristalda sərbəst elektronların və de-
şiklərin sayı artır, yarımkeçiricinin elektrik müqaviməti azalır və onun keçiriciliyi yük-
səlir. 
1.10 
 Yarımkeçiricilər 
hansı xassələ-
rinə görə belə 
möcüzələr yara-
dır? 
 Bilirsinizmi ki, Yerətrafı orbitdə və  planetlərarası fəzada uzun 
müddət hərəkət edən kosmik aparatlarda elektrik enerjisi 
yarımkeçirici cihazlar vasitəsilə əldə edilir? 
 Bilirsinizmi ki, son model cib telefonları 
elə yarımkeçirici cihazlarla təchiz 
edilmişdir ki, bu cihazlar akkumulyator 
boşaldıqca telefonu əlavə elektrik 
enerjisi ilə təmin edir? 
 
Elektrik dövrəsində cərəyan şiddətini 
dəyişən yarımkeçirici. 
Təchizat: sabit cərəyan mənbəyi (4V), ampermetr, fotorezistor (“Yarımkeçiricilərdə elekt-
rik cərəyanı” cihaz dəstindən), açar, birləşdirici naqillər.  
İşin gedişi: 1. Cihazları şəkildəki kimi ardıcıl birləşdirin (
a
). 2. Fotorezistorun səthini işıq 
düşməsin deyə kitabla örtün və açarı qapayıb dövrədən cərəyanın keçib-keçmədiyini araş-
dırın. 3. Dövrənin qapalı vəziyyətində kitabı fotorezistorun səthindən uzaqlaşdırın və baş 
verən hadisəni müşahidə edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 Yarımkeçirici fotorezistorun müqavimətinin işıqlanmadan asılılığına dair hansı nəticəyə 
gəlmək olar? 
 Fotorezistorun iş prinsipinin mexanizmini necə izah edərdiniz? 
 
Araşdırma
1
(a)


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə