Aaf9aztitul1-7



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix11.01.2018
ölçüsü3,99 Kb.
#20349
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

 
 
30 
 
cisimlər arasında gərginlik müəyyən həddə çatdıqda havada deşilmə baş verir. Bu 
zaman buludda olan mənfi yüklər Yerə, Yerdə olan müsbət yüklər isə buluda tərəf 
axır – qaz boşalması baş verir. Sürətli axın zamanı güclü parıltı görünür, gurultu səsi 
eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir (d)
Boşalma kanalında temperatur 20 000
C, cərəyan şiddəti 500 000 A-ə qədər, gərgin-
lik isə 10

V-a qədər ola bilir. İldırımın işığı parlaq əyri xətlərlə bir neçə km uzanır, 
çoxlu qollara bölünür ki, bu da şimşək adlanır. 
 Qövs boşalması – cərəyan mənbəyinə qoşulan iki kö-
mür elektrodu bir-birinə toxundurub sonra araladıqda on-
lar arasında çox parlaq qövsşəkilli işıqlanma müşahidə 
olunur (
e
). Bu boşalmada cərəyan şiddəti çox böyük qiy-
mət alır. Qövs boşalmasının səbəbi yüksək temperatura qə-
dər  qızmış  katodlar  arasındakı  havanın  ionlaşmasıdır  – 
elektrik  boşalmasıdır.  Qövs  boşalmasından  elektrik  qay-
naq işlərində, kinoprojektorlarda istifadə olunur.
  
 Tac boşalması – iti ucluqlu yüklü naqillərin ətrafında yaranan güclü elektrik 
sahəsinin təsiri ilə havanın elektron zərbəsi ilə ionlaşmasıdır. Havanın ionlaşması 
bu  naqillərin  uclarında  işıldayan  tac  formasında  müşahidə  olunur.  Tac  boşalması 
yüksək gərginlik xətlərinin yaxınlığında daha çox yaranır
Plazma. Qazın qismən və ya tamamilə ionlaşmış halı plazma adlanır. 
 Plazma ümumilikdə neytral qazdır, çünki orada  müsbət və mənfi ionların sayı, 
demək olar ki, eynidir. Plazma alçaq və ya yüksək temperaturlu ola bilir. O, yüksək 
elektrikkeçirmə xassəsinə malikdir. Plazma bu xassəsinə görə ifratkeçiricilərə daha 
yaxındır. Plazma Kainatda geniş yayılmışdır: Günəş və digər ulduzlar, onların at-
mosferi yüksək temperaturlu plazmadan ibarətdir. 
 
 
 
 
 
 
Yaradıcı tətbiqetmə 
 
Bu hansı boşalmadır?
Təchizat: elektrofor maşını. 
Təhlükəsizlik qaydası: elektrofor maşınının işlək 
vəziyyətində onun konduktorlarını yalnız plastmas 
dəstəyindən tutmaqla idarə edin.  
İşin gedişi: 1. Elektrofor maşınının konduktorlarını 
aralarındakı məsafə 3–5 sm olana qədər bir-birinə 
yaxınlaşdırın (
f
). 2. Maşını işə salıb konduktorları 
10 saniyə fasiləsiz elektrikləndirin və baş verən 
hadisəni izləyin. 
Nəticəni müzakirə edin: 
 Eksperimentdə hansı boşalmanı müşahidə 
etdiniz?  
 Bu boşalmada əsas yükdaşıyıcılar nədir? 
 
 
 
Araşdırma
2
(f)
(e)
 


 
 

31 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
 
  
 
1. Müstəqil qaz boşalması nəyə deyilir? 
2. Zərbə ionlaşması necə baş verir? 
3. Atmosfer təzyiqində hansı qaz boşalmaları baş verir? 
4. Alovsuz boşalma qövs boşalmasından nə ilə fərqlənir?  
5. Qığılcım boşalması necə baş verir? 
 
 
 
 
 
1. Tufanlı havada yağış sizi çöllükdə yaxaladı. Bir qədər aralıda hündür palıd ağacı 
var. Yağışdan qorunmaq üçün onun altında daldalanmaq olarmı? Niyə?  
2. Qazda elektrik yükdaşıyıcıları ... 
A) elektronlar, müsbət və mənfi ionlardır    
B) yalnız müsbət ionlardır      
C) yalnız elektronlardır     
D) yalnız mənfi ionlardır       
E) yalnız müsbət və mənfi ionlardır  
3. Elektrod – ... 
A) elektrik cərəyanı keçirən mayedir    
B) elektrik yükdaşıyıcısıdır     
C) keçirici naqildir     
D) elektrik cərəyanını keçirən qazdır       
E) işıqlanma qurğusudur 
4. Neft lampasının alovu elektrik sahəsində yerləşdirildikdə o, dərhal haçalanır. 
Niyə? 
5. Elektrik qaynağında hansı qaz boşalması tətbiq edilir? 
A) Alovsuz boşalma     
B) Qığılcım boşalması       
C) Tac boşalması       
D) Qövs boşalması       
E) Qeyri-müstəqil boşalma  
 
 
 

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın:  
1. Müstəqil qaz boşalması – ... 
2. Zərbə ionlaşması – ... 
3. Müstəqil boşalmanın dörd növü var, bunlar: ... 
4. Plazma – ... 
Nə öyrəndiniz 
Öyrəndiklərinizi yoxlayın
 
 
 
Çalışma
 
1.4


 
 
32 
 
 Y
ARIMKEÇİRİCİLƏR.   
YARIMKEÇİRİCİLƏRİN MƏXSUSİ ELEKTRİK KEÇİRİCİLİYİ 
 
 
 
 
 
Yarımkeçiricilərin daxili quruluşu metal və dielektriklərdən nə ilə fərqlənir? 
Yarımkeçirici  maddələrə  aiddir:  kimyəvi  elementlərin  dövri  sistemində  orta 
qrupların (IV, V və VI qruplar) 12 elementi (cədvəldə çəhrayı rənglə göstərilmişdir) 
(
a
); II və IV qrup elementlərinin, habelə III və V qrup elementlərinin birləşmələri; 
demək olar ki, bütün qeyri-üzvi maddələr.  
 
 
Orta  qrup  elementləri  kimi  yarımkeçiricilərin  valent  elektronlarının  nüvə  ilə 
əlaqəsi metalların valent elektronlarının əlaqəsindən möhkəmdir, lakin dielektriklə-
rin valent elektronlarının nüvə ilə əlaqəsindən zəifdir. Yarımkeçirici maddələrin xas-
sələri kovalent (və ya cüt-elektron) kimyəvi rabitəsi əsasında formalaşmışdır.  
1.7 
 Kimyəvi elementlərin dövri sis-
temində hansı qrup kimyəvi 
elementlər yarımkeçirici mad-
dələrə aid edilə bilər? 
 Bu maddələrdə elektrik cərə-
yanının əsas yükdaşıyıcıları 
hansı zərrəciklər ola bilər? Nə 
üçün? 
Bilirsiniz ki, maddələr elektrik keçiriciliyinə görə 
üç qrupa bölünür: metallar, dielektriklər və 
yarımkeçiricilər. Yarımkeçirici maddələr kimyə-
vi elementlərin dövri sistemində metallarla 
dielektriklər arasında, əsasən orta qruplarda 
yerləşən kimyəvi elementlərdir. Bu element-
lərin atom quruluşunun başlıca xüsusiyyəti 
onların 3–6 valent elektronuna malik olmasıdır.
 
Yarımkeçirici maddələrə aid edilə bilən kimyəvi elementlərin təyini. 
Təchizat: “Kimyəvi elementlərin dövri sistemi” cədvəli. 
İşin gedişi:  
1.  “Kimyəvi  elementlərin  dövri  sistemi”  cədvəlindən  yarımkeçirici  maddələrə  aid  edilə  bilən 
kimyəvi elementləri təyin edin və onların şərti işarələrini iş vərəqində sıralayın.  
2. “Kimya” fənnindən aldığınız biliklərə əsaslanmaqla təyin etdiyiniz bu elementlərin qarşısında 
hər biri üçün mühüm bildiyiniz kimyəvi xüsusiyyətlərini qeyd edin. 
Nəticəni müzakirə edin:  
 Hansı kimyəvi elementlərin yarımkeçirici maddələrə aid oluna bildiyini ehtimal etdiniz? 
Nə üçün? 
 Təyin etdiyiniz bu kimyəvi elementlərin xassələri hansı kimyəvi rabitə əsasında forma-
laşmışdır?
 
 
 
Araşdırma
1
(b) 
(a) 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə