Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
253
tullantılar, su hövzələrinə axıdılan sənaye axıntıları bilavasitə ətraf mühitin fon tərkibinin qorunub
saxlanmasını təhlükə altına almışdır. Bununla yanaşı texnoloji cəhətdən köhnəlmiş istehsalatların,
o cümlədən nəzərdən keçirdiyimiz sulfat turşusu istehsalının istismarı, möv-cud sənaye sahələrinin
qeyri-mükəmməl layihələr əsasında genişləndirilməsi, istehsal güclərinin düşünülmədən
artırılması, texnoloji rejim normalarının kobud şəkildə pozulması və s. amillər də müvafiq olaraq
ətraf mühitin çirklənmə səviyyəsini artırmış, nəticədə isə Sumqayıt reqionunda normal yaşayış
üçün təhlükə yaradan problemlərin həlli tələblərinə gətirib çıxarmışdır.
Azot oksidlərinin absorbsiyasının çətinliyi onların az kimyəvi aktivliyə malik olması və
həllolma qabiliyyətinin zəifliyidir. Buna baxmayaraq problemin həlli üçün bir neçə yol
mümkündür : 1) qaz fazada onların tam oksidləşdirilməsi ; 2) NO –nun qismən NO
2
–yə
oksidləşdirilərək ekvimolekulyar NO və NO
2
qarışığının alınması; 3) selektiv absorbentlərdən
(FeSO
4
, FeCl
2
, Na
2
S
2
O
3
, NaHCO
3
) istifadəsi; 4) maye fazada NO -nun oksidləşdirilməsi və ya
absorbsiya üçün maye katalizatorların tətbiqi.
Sənaye miqyasında əsasən qaz fazada NO –nun oksigenlə homogen oksidləşdirilməsi prosesi
geniş tətbiq olunur. Azot dioksidin su ilə absorbsiyası zamanı az miq-darda azot turşusu alınır və
prosesdən azot bir oksid ayrılır. Müxtəlif qələvi və qələvi metalların karbonat məhlulları ilə
müvafiq nitrat duzları və karbon qazı ayrılır, lakin prosesin gedişi məhlulların ilkin pH –ından asılı
olur. Belə ki, pH nə qədər yüksək olarsa udulma bir o qədər yüksək olur.
Sənayedə tərkibində kükürd dioksidi və azot oksidləri olan tullantı qazlarının təmizlənməsi
üçün kompleks üsullardan istifadə olunur.
Bu üsullarla prosesin gedişi zamanı kükürd və azot oksidləri imidosulfonat və ditionat
birləşmələrinə çevrilir ki, onlar da ammonyak, azot, natrium sulfat və gips halına salınır. Bu üsul
yüksək kükürdlu yanacaqların yandırılması zamanı alınan tullantı qazların təmizlənməsində
müvəfəqqiyyətlə istifadə oluna bilər.
Bu üsula misal olaraq "Chisso Engineering" prosesini göstərmək olar .
Şəkil. Azot oksidləri və kükürd dioksidinin tullantı qazlardan təmizlənməsi qurğusunun
sadələşdirilmiş
texnoloji sxemi:
1 – toztutucu skrubber; 2 – boşqablı skrubber; 3 – oksidləşdirici reaktor;
4 – soyuducu; 5 – sentrifuqa; 6 – reaktor; 7– neytralizator; 8 – kondensator;
9 – dəmirin ayrılması şöbəsi; 10 – kristallizator; 12– sentrifuqa.