Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə148/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   144   145   146   147   148   149   150   151   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
274 
AZƏRBAYCAN  RESPUBLĠKASININ  EKOLOJĠ 
  TƏHLÜKƏSĠZLĠK   MARAQLARI 
 
Hüseynov M.K.  
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
İlk dəfə ―Ekologiya‖ termini canlı orqanizmlərlə ətraf mühitin qarşılıqlı münasibətlərini öyrənən elm 
sahəsi kimi 1866-cı ildə alman alimi  Ernest Hekkel tərəfindən işlədilmişdir.  
İstər elm sahəsi kimi, istərsə də  cəmiyyətin   mənafeləri  baxımından   ekologiya  çox  geniş bir  sahədir.  
Mütərəqqi bəşəriyyati düşündürən  ən vacib problemlər və  planetimizin bütün canlı orqanizmlərinin  sağlam 
ətraf mühitdə yaşaması  və  inkişafı məhz  ekoloji  problemlərin  həlli  ilə  bağlıdır.  
Cəmiyyatin  tarixi  inkişafı  ilə  XVIII-XIX  əsrlərdən  etibarən  dünyada  intişar  tapan  elmi-texniki 
tərəqqi, hərbiləşmə, enerji resurslarının  istismarının genişlənməsi,  sənayenin sürətlə inkişafı və  s. amillər 
müasir ekoloji  problemlərin  yaranmasına  səbəb  olmuşdur.  Bu  dünyanın  qanunauygunluqlarından  biridir. 
Çünki  insan  tarix  boyu  əldə  etdiyi  nailiyyətlərdən  istəsə də imtina edə bilməz.  
Texnologiyanın, elmin, sənayenin  mənfi  təzahürlərinin  qarşısının  alınması  məqsədilə  dövlətlər  həm 
öz  milli  qanunvericilik  sistemlərində,  həm  də  regional  və  beynəlxalq    konvensiya  və  sazişlərdə  ekoloji 
məsələlərin  tənzimlənməsinə  səy  göstərirlər.  Belə  ki,  ekoloji  təhlükəsizlik  sahəsində  hüquq  normalarının 
pozulması  ilə  kosmik  faza,  atmosfer  havası,  su  obyektləri,  yerin  təki  təhlükələrə  məruz  qalır,  heyvanlar  
və  bitki  aləmi  ziyan  çəkir,  eləcə  də  insanların  həyat  va  sağlamlığına  zərər  vurulması  və  ya  təhlükə 
törədilməsi ilə insan hüquqları pozulur.   
Müstəqillik  illərinda  Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi,  ekologiya,  səhiyyə  va 
digər  sahələrdə  milli  qanunvericilik  bazası  xeyli  genişləndirilmişdir.  Azərbaycan  Respublikası  Lonstitusi 
yasının 39-cu maddəsində hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ, heç kəsin ətraf mühitə, təbii 
ehtiyatlara qanunla müəyyan edilmiş  hədlərdən artıq təhlüka törədə və ya zərər vura bilməməsi, elacə də ekoloji 
tarazlığın  saxlanılmasına,  yabanı  bitkilərin  va  vəhşi  heyvanların  qanunla  müəyyən  edilmiş  növlərinin 
qorunmasına dövlət tərəfindən təminat verilməsi ifadə olunmuşdur. 
Bununla yanaşı, Azərbaycan  Respublikası Lonstitusiyasının 78-ci maddəsində müəyyən olunmuşdur 
ki,  ətraf  mühitin  qorunması  hər  bir  şəxsin  borcudur.  Azərbaycan  Respublikası  Lonstitusiyasında  va digər 
qanunvericilik  aktlarında  ekoloji    təhlükəsizliyin  təmin  olunması  baxımından  həm  dövlətin,  həm  də 
vətəndaşların üzərinə öhdəliklər  qoyulmuşdur. 
1999-cu  il  8  iyun  tarixində  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  Ekoloji  Təhlükəsizlik 
haqqında Azərbaycan Respublikasının qanunu formalaşmışdır. 
Ekoloji  təhlükəsizlik  haqqında  Azərbaycan  Respublikası  qanunu  Ekoloji  təhlükə  anlayışını    — 
insanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə 
yaradan vəziyyət kimi müəyyən etmişdir. 
Ekoloji  təhlükəsizlik  haqqında  Azərbaycan  Respublikası  Qanununun  1-ci  maddəsinda  ekoloji   
təhlükəsizliyə    insanın  və  cəmiyyətin  həyati  vacib  maraqlarının,  ətraf  mühitin  ona  antropogen və   təbii  
təsirlər   nəticəsində   yaranan   tahlükələrdən   qorunmasını  təmin edilməsi kimi anlayış verilmişdir.   
Bu  qanunda  insan  həyatını  va  sağlamlığını,  cəmiyyati,  onun  maddi  va  mənəvi  dəyərlərini,  ətraf 
mühiti,  o  cümlədən atmosfer havası, kosmik faza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki va 
heyvanlar aləmini təbii va antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq dövlətin 
əsas  məqsədlərindən biri kimi müəyyən edilmişdir. 
Milli  təhlükəsizlik  haqqında  2004-cü  il  29  iyun  tarixli  Azərbaycan  Respublikası Qanununa əsasən 
Azərbaycan Respublikasının ekoloji  sahədə əsas milli maraqları  cəmiyyatin yaşayışı üçün tahlükəsiz ekoloji 
va texnoloji şəraitin yaradılması kimi müəyyan olunur va ekoloji tarazlığın pozulması və ekoloji vəziyyətin 
kəskin  pisləşməsi,  ekoloji  cəhətdən  zərərli  texnologiyaların  təhlüka  yaradacaq  miqyaslarda  tətbiqi, 
təsərrüfat  obyektlərinin  təbii  fəlakətlərə,  texnogen  xarakterli  fövqəladə  hadisələrə  və  təxribatlara  məruz 
qalma ehtimalı,  epidemiya  və   epizootiyaların yayılması, su mənbələrinin, atmosferin va dəniz mühitinin 
təhlükəli miqyaslarda çirklənməsi, həmçinin ekoloji mədəniyyət səviyyəsinin   aşağı  olması ekoloji sahədə  əsas  
təhdidlər  hesab  olunur.  
Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində  və Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsində  müvafiq  olaraq ekoloji cinayətlərin və ətraf mühitin mühafizəsi, təbiətdən istifadə va ekoloji 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
275 
təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların nəticələrinin aradan qaldırılması va cəzalandırılması 
nəzərdə tutulur. 
2007-ci  il  23  may  tarixində Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyevin  2198 nömrəli 
Sərəncamı ilə təsdiq edilmiş ―Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası‖nda neft həsilatı, 
Ermənistan  tərəfindən  işğal  olunmuş  ərazilərdə flora  və  faunanın  kütləvi  şəkildə  məhv  edilməsi,  şirin  su 
ehtiyatlarının böyük həcminin qonşu ölkələrin ərazilərində kimyavi, radioaktiv va digər zərərli maddələrlə 
intensiv çirklənməyə məruz qalması,  Ermənistan ərazisində seysmik zonada yerləşən  və  texnoloji  baxımdan  
köhnəlmiş  Metsamor  Atom  Elektrik Stansiyasının bütövlükdə region üçün təhlükə mənbəyi olması, ətraf 
mühitin  çirklənməsi, münbit torpaqların deqradasiyası, təbii resurslardan qeyri-rasional istifadə, sənaye və 
məişət  tullantılarının  tələb  olunan  səviyyədə  emal  olunmaması  ciddi  ekoloji  problemlər  kimi  nəzərdən 
keçirilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
XAM  PAMBIĞIN  ġAXTADAN  VERĠLMƏSĠ   ZAMANI  
QEYRĠ - BƏRABƏRLĠYĠNĠN  EKSPERĠMENTAL TƏDQĠQATLARI 
 
Tağıbəyli F.T. 
                             Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Xam  pambığın  emalının  xətti  axın  texnologiyasında  qidalayıcı  sistemlər  müntəzəm  və  fasiləsiz 
pambıq  axınını  təmin  etməyə  bağlı  olan,  emal  xəttində  qidalayıcı  ilə  formalaşan  əsas  üzvüdür.  Şaxta 
qidalayıcısının materialla doldurulması ilə əlaqəli tədqiqatlara əsaslanaraq, qidalayıcının şaxtasından xam 
pambığın  verilməsi  üzrə  qidalayıcı  valcıqların  işinin  xüsusiyyətlərini  proqnozlaşdırmaq  olar. 
Qidalayıcının şaxtasında pambığın sıxlığını öyrənərək qidalayıcı valcıqdan (Şəkil 1.) qabaq onun dolması 
hündürlüyündən  asılı  olaraq  özü  də  pambığın  sıxlığını  bir  oxlu  sıxılma  zamanı  qüvvənin  qiymətilə 
əlaqələndirən asılılığını öyrənərək, o qərara gəlirik ki, artırılmış hündürlüklü şaxtaların tətbiqi məqsədə 
uyğundur.  Həqiqətən  şaxtanın  xam  pambıqla    doldurulması  böyük  hündürlükdə  və  onun  materialla 
doldurulmuş yuxarı səviyyəsinin mexaniki rəqsinin xeyli yüksək dərəcəsində aşağı təbəqələrdə materialın 
sıxlığının dəyişməsi azalması beləliklədə sistemin qidalanmasının müntəzəmliyi gözlənilir. Lakin bununla 
yalnız o vaxt razılaşmaq olar ki, pambıq kütlələrinin şaxtanın divarlarına yan sürtünmə quvvələri cüzidir. 
Şaxtanın doldurulması səviyyəsinin artması ilə sürtünmə qüvvələri artırlar və yüklənmə hündürlüyü limit 
səviyyəsinə  çatanda  ağırlıq  qüvvəsidə  ekvivalent  qiymətlərə  çatır.  Onda  materialın  şaxtadan  qidalayıcı 
valcıqlara  verilməsində  pambığın  mümkün  olan  asılmasından  və  onun  sərbəst  əmələ  gəlməsindən  tam 
qeyri-duzluyu  yaradır.  Göründüyü  kimi  materialın  şaxtadan  verilməsi  prosesində  iki  qarşılıqlı  çıxardıcı 
tendensiyalar  təzahür  edir:  bir  tərəfdən  şaxtanın  dolma  səviyyəsinin  artması  ilə  pambığın  qidalayıcı 
valcıqlardan  qabaqda  sıxlığının  nisbi  dəyişməzliyini  təmin  edən  şəraitlər  yarandı,  özüdə  dolma 
səviyyəsinin  nəzərə  çarpan  rəqslərində  digər  tərəfdən  yan  sürtünmə  qüvvələrinin  mənfi  təzahürü 
nəticəsində səviyyənin artması ilə şaxtadan materialın verilməsində qeyrimüəyyənlik yaranır və qidalayıcı 
valcıqlara verilən kütlələrin xeyli çox qeyri-düzlüyü yaranır. Bu iki qarşılıqlı çıxardıcı amillərin şaxtadan 
pambığın  verilməsinin  qeyri-düzlüyünün  təsiri  dərəcəsini  eksperimental  yolla  təyin  etmək  olar.  Bu 
məqsədlə  şaxtada  eksperimentlər  aparmışdırlar  və  əvvəlki  məqalədə  şərh  edilmişdir,  onun  aşağı 
hissəsində bir cüt altı pərli qidalayıcı valcıqlar montaj edilmişdir.(PD- cin qidalayıcısının parametrləri). 
  Şaxtanın hündürlüyü 0.5m qədər artırılmışdır, özüdə onun daxili sıxlığında çıxıntıları xaric edən 
tədbirləri  qəbul  etməklə  əsas  eksperiment  özüdə  qidalayıcı  valcıqlarla  pambığın  verilməsinin 
qeyridüzlüyünün qiymətləndirilməsi üzrə, hər bir dövr  ərzində şaxtanın yüklənməsinin sabit qiymətinin  
saxlanmasının müxtəlif variyasında aparılmışdır.  
Eksperiment nəticələrinin təhlili göstərir ki şaxtanın müəyyən həddə qədər yüklənməsinin artması 
ilə  variasiya  əmsalı  (G)  azalmışdır  və  qidalayıcı  valcıqların  hər  bir  dövrü  ərzində  verilən  pambıq 
kütlələrinin  miqdarı  artmışdır.  Şaxtanın  sonrakı  yüklənməsinin  artması  zamanı  variasiya  əmsalı 
yüksəlmişdir, verilən pambıq kütlələrinin artımı isə kəsilmişdir. G=4.81-dən 9.41-ə qədər dəyişən alınmış 
variasiya əmsalına bir xarici variasiya əmsalı kimi baxmaq olar, hansi ki, qidalayıcı valcıqların ayrı-ayrı 
dövrləri arasında material veriminin qeyridüzlüyünü xarakterizə edir, eyni zamanda bu valcıqların dövrü 
daxilində  verimini  daxili  variasiya  əmsalı  ilə  xarakterizə  etmək  olar,  onun  təyini  üçün  qidalayıcı 
valcıqlara  ayrı-ayrı  topa  qatlaşmalarının  kəmiyyətcə  qiymətləndirilməsi  aparılmışdır.  Təcrübələr 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə