Sərbəst İş İxtisas : Biologiyanın tədris metodikası Fakültə



Yüklə 40,35 Kb.
səhifə1/7
tarix23.05.2023
ölçüsü40,35 Kb.
#112479
  1   2   3   4   5   6   7
Ali məktəbdə metodiki iş



Sərbəst İş
İxtisas : Biologiyanın tədris metodikası
Fakültə : Kimya və biologiya
Fənn : Ali məktəb pedaqogikası
Kafedra: Pedaqogika və psixologiya
Qrup : M356A
Tələbə : Zərifə Əliyeva
Müəllim : dos. Hüseynov. Ş.Ə


Ali məktəbdə metodik iş

Ümumi pedaqogikanın inkişaf etmiş sahələrindən biri də ali məktəb pedaqogikasıdır. Ali məktəb pedaqogikası ümumi pedaqogikanın əsas kateqoriyalarından, anlayışlarından, qanunauyğunluqlarından, prinsip və qaydalarından, başlıca müddəalarından, tədqiqat metodlarından istifadə edir. Lakin bununla belə, ali məktəb pedaqogikası məktəb pedaqogikası ilə eyni deyil. Ali məktəb pedaqogikasının tədqiqat obyekti, predmeti və bir sıra özünəməxsus xüsusiyyətləri onu ümumi pedaqogikadan fərqləndirir.


Ali məktəb pedaqogikasının spesifik xüsusiyyətləri onun pedaqogikanın müstəqil bir sahəsi kimi inkişafına səbəb oldu.
Ali məktəb pedaqogikasının araşdırmaları gəncliyin ikinci və yaxud yetkinlik dövrünü əhatə edir. Məhz ali məktəb pedaqogikasının spesifik xüsusiyyətləri də bundan irəli gəlir. Bu dövrdə insan artıq əxlaqi, mənəvi dəyərlərin təşəkkülü və dərki ilə digərlərindən fərqlənir.
Tələbə auditoriyası müxtəlif yaşlı, müxtəlif səviyyəli, işgüzarlığı, intizamı, mənəviyyatı, davranışı, şəxsi keyfiyyətləri ilə biri-birindən seçilən gəncləri əhatə edir. Burada əsgəri xidməti başa çatdıran oğlanlar, az-çox əmək təcrübəsinə malik gənclərlə yanaşı, məktəb partası arxasından birbaşa ali məktəbə gələn məzunlar da vardır. Deməli, ali məktəb pedaqogikasının tədqiqat obyekti - 17-18-25 yaşlı gənclərdir. Hər yaş dövrünün daxilində də müəyyən fərqlər vardır (məsələn, 1-ci və 2-ci, 3-cü və 4-cü kurs tələbələri arasında).
Ali məktəb pedaqogikasının fərqləndirici xüsusiyyətlərindən biri də ali təhsil müəssisələrində təlimin formalaşdırıcı rolunun aparıcı olmasıdır. Bu, ali təhsil müəssisələrində pedaqoji prosesin özünəməxsus xüsusiyyətlərindən irəli gəlir.
Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş və hərtərəfli tərbiyəvi iş planı ilə fəaliyyət göstərən sinif rəhbəri yoxdur. Ali məktəbdə ümumtəhsil məktəbində olduğu kimi, geniş miqyasda tərbiyəvi tədbirlər keçirmək imkanı da yoxdur (vaxt məhdudiyyəti, əsas diqqətin təlim prosesinə verilməsi, tələbələrin müstəqil işlərə daha çox vaxt ayrılması və s.). Bununla əlaqədar olaraq ali təhsil müəssisələrində tərbiyəvi tədbirlər epizodik xarakter daşıyır, müəllim-tələbə münasibətləri əsasən təlim prosesi çərçivəsində cərəyan edir. Bu, həm də onunla şərtlənir ki, ümumtəhsil məktəbindən fərqli olaraq ali məktəbdə təhsil-tərbiyə prosesini reallaşdıran - interpretator deyil, elmin bu və ya digər sahəsində elmi tədqiqatlarla məşğul olan alimdir.
Ümumi pedaqogikadan fərqli olaraq, ali məktəb pedaqogikası öz araşdırmalarını xüsusi təhsil (ixtisas təhsili), peşə hazırlığı, konkret əmək fəaliyyəti üçün monotexnik mütəxəssis formalaşdırılması problemlərinin həllinə yönəldir. Buradan məntiqi olaraq, ali məktəb pedaqogikasını ümumi pedaqogikadan fərqləndirən digər bir xüsusiyyət də irəli gəlir. Belə ki, məktəb pedaqogikasının iqtisadi nəzəriyyə və bazar iqtisadiyyatı ilə əlaqəsi dolayı olsa da, ali məktəb pedaqogikasının əlaqəsi birbaşa aşkar görünür. Məktəb pedaqogikası yetişməkdə olan nəslin tərbiyəsi nəzəriyyəsini təkmilləşdirərkən, şəxsiyyətinin inkişafı problemini araşdırarkən fəlsəfə, tarix, etika, estetika və digər ictimai elmlərin aparıcı müddəalarına istinad edir. Ali məktəb pedaqogikası elmlərlə bilavasitə üzvi əlaqədədir, bazar iqtisadiyyatının tələblərinə uyğun əqli əmək adamlarının formalaşdırılması prosesinin fəal və nüfuzlu iştirakçısıdır.
Müasir ali təhsil müəssisələrində tələbə şəxsiyyətinin inkişafının biri-birinə zidd iki istiqaməti mövcuddur: bir tərəfdən ali məktəbdə tərbiyə prosesi, informasiya bolluğu, kollektiv həyatın müxtəlif formaları, kommunikasiyaların zənginliyi tələbənin ahəngdar şəxsiyyət kimi inkişafını istiqamətləndirir. Digər tərəfdən, tələbəlik həyatının bir sıra obyektiv və subyektiv amilləri şəxsiyyətin ahəngdar formalaşma tendensiyasına zidd olan birtərəfli inkişaf meyilləri doğurur.
Ali məktəb pedaqogikasının mühüm xüsu.siyycythriıubn biri də tədqiqat predmetinin və praktik fəaliyyətinin çoxpianlı olmasıdır. Ali məktəb pedaqogikasının predmetinin çoxpianlı olması ali təhsil müəssisələrinin müxtəlifliyi, peşə və ixtisasların geniş spektri, hər bir ali təhsil müəssisəsində pedaqoji prosesin özünəməxsus şəkildə qurulması, tərbiyə prosesinin ali məktəbin profilinə uyğunlaşdırılması və şairədən irəli gəlir.
Əlbəttə, bu heç də ali məktəb pedaqogikasının peşələr üzrə (məsələn, tutaq ki, mühəndis hazırlığı pedaqogikası və s.) sahələrə ayrılmasına gətirib çıxarmamalıdır. Ali məktəb pedaqogikası, sadəcə olaraq, ali təhsilli mütəxəssis hazırlığının səmərəli yol və vasitələrini deyil, ali təhsil müəssisələrində pedaqoji prosesin ümumi qanunauyğunluqlarını aşkarlamah, bu istiqamətdə pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin edən ümumi prinsipləri işləməli, səmərəli fəaliyyət növləri müəyyənləşdirməli, bu sahədə qabaqcıl təcrübəni öyrənməli və ümumiləşdirməlidir.
Orta məktəbdən fərqli olaraq, ali təhsil müəssisələrində praktikanın, xüsusən də istehsalat praktikasının rolu əvəzedilməzdir. Ali təhsil müəssisələrində praktika ümumtəhsil məktəbindən fərqli olaraq, çoxcəhətlidir. Orta məktəbdə praktika daha çox biliklərin möhkəmləndirilməsinə yönəldiyi halda, ali təhsil müəssisələrində praktika mütəxəssis hazırlığının üzvü tərkib hissəsidir və bu səbəbdən də son dərəcə müxtəlif istiqamətləri (müəllim hazırlığı, həkim hazırlığı, mühəndis hazırlığı və s.) əhatə edir.
Ali təhsil sistemində praktikanın həlledici mövqeyi - ali məktəbin həyatla, cəmiyyət quruculuğu ilə, bazar iqtisadiyyatı ilə əlaqəsinin təzahürüdür. Bu əlaqə həm də ölkə iqtisadiyyatının ali təhsil qarşısında qoyduğu qlobal vəzifələrin yerinə yetirilməsinə istiqamətlənir.
Ali məktəb pedaqogikası müstəqil işləri müəyyənləşdirərkən tələbənin hansı kursda oxuduğunu da nəzərə almalıdır. Məsələn, birinci və ikinci kurslarda tələbənin müstəqil işi əsasən mühazirə mətnləri üzərində aktiv işi əhatə edir {mühazirə materialı mənimsəmək, mövzu üzrə əlavə mənbələri öyrənmək və s.). Seminar, laborator və praktik məşğələlərə hazırlıq (məruzə hazırlamaq, şifahi çıxış üçün tezislər yazmaq, müxtəlif tapşırıqları icra etmək, məsələ həlli, hesablama-qrallk işlər, xarici dilin öyrənilməsi ilə bağlı işlər və s.) aşağı kurslarda geniş istifadə olunan müstəqil iş formalarıdır. Kollekvium, zaçot və imtahanlara hazırlıq da bu qəbildən olan işlərdir.
Yuxarı kurslarda müstəqil iş daha mürəkkəb, ən başlıcası, yaradıcı xarakter daşıyır. Ilk mənbələrin dərindən öyrənilməsi, arxiv materialları və sənədlər üzərində iş, kurs layihələrinin hazırlanması, buraxılış işlərinin yazılması və s. yuxarı kurs tələbələrinin icra etdiyi müstəqil işlərin formalarıdır. Tələbə müstəqil işi ali təhsil müəssisəsində pedaqoji prosesin bütün mərhələlərinə və struktur elementlərinə nüfuz etməlidir. Birinci kursdan başlayaraq son kursa qədər, istisnasız olaraq, bütün tələbələr müstəqil işlərə cəlb olunmalıdır.
Ali məktəb pedaqogikasının özünəməxsus xüsusiyyətlərindən biri də tələbələrin biliyinin yoxlanılmasının diskret (latınca discreius - fasiləli deməkdir) xarakter daşımasıdır. Ümumtəhsil məktəbində şagirdlərin biliklərinə bütün tədris ili ərzində müntəzəm surətdə nəzarət edilir. Ali təhsil müəssisəsində isə tələbələrin bilikləri dövri olaraq, əsasən ildə iki dəfə imtahan sessiyasında yoxlanılır və qiymətləndirilir.
Ali məktəbin özünəməxsus xüsusiyyətlərindən biri də tələbənin həyal tərzinin və davranışının köklü surətdə dəyişməsi ilə bağlıdır.
Dünənki məktəbli yeni sosial mühitə düşür. O bu yeni şəraitə alışmalıdır. Ali məktəbdə təlim-tərbiyə prosesinin orta məktəbdən fərqli əlamətləri, habelə məktəb illərindən seçilən yeni yaşayış tərzi (yataqxana həyatı, kirayə, yaxud qohum evində qalmaq, nisbi müstəqillik, özünəxidmət, valideyn nəzarətindən uzaq düşmək, müstəqil olaraq qərarlar qəbul etmək, büdcə imkanlarından düzgün istifadə etmək və s.) yeni davranış normalarının formalaşmasına səbəb olur.
Ali məktəb pedaqogikası tələbəyə orta məktəbdə olduğu kimi, valideynləri vasitəsilə təsir etmək imkanının qeyri-mümkünlüyünü nəzərə alaraq, auditoriyadankənar tərbiyə işinin təşkilinə xüsusi diqqət yetirir. Nəticə etibarilə, tələbənin təlim fəaliyyətinə, psixologiyasına qüvvətli sürətdə təsir etməklə, onda təlim-idrak maraqları və motivlərin məqsədyönlü inkişafına əsas verir.
Orta məktəbdən fərqli olaraq ali təhsil müəssisəsində təlim prosesinə maddi maraq kimi qüvvətli amil təsir göstərir. Etiraf etməliyik ki, tələbəni təlimin son nəticəsi kimi, əsasən təqaüd (stipendiya) maraqlandırır. Bu da özlüyündə nəticəyə təsir edən stimul yaradır, tələbənin təlim məsuliyyətini artırır. Təqaüdün təyin edilməsi tələbənin təlim müvəffəqiyyətindən asılıdır. Əlaçı tələbələr yüksək təqaüd alırlar. Təqaüd tələbənin təlim müvəffəqiyyətinə qüvvətli surətdə təsir göstərsə də, ali məktəbdə yeganə təlim amili deyil.
Ümumtəhsil məktəbində tərbiyə işi şagirdin ümumi inkişafının təmin edilməsinə yönəldilir. Ali məktəbdə isə bundan fərqli olaraq, tələbənin əxlaqi-mənəvi tərbiyəsi onun peşə hazırlığı ilə vəhdətdə həyata keçirilir. Ali məktəb pedaqogikasını ümumi pedaqogikadan fərqləndirən bir xüsusiyyət də buradan irəli gəlir. Tələbə kollektivi içərisində tərbiyə işi aparmaq ali məktəb müəllimindən zəngin bilik ehtiyatı, yüksək mədəni-mənəvi səviyyə, xüsusi metodiki hazırlıq tələb edir. Çünki tələbə ümumi təhsil almış, müəyyən hazırlığa və həyat təcrübəsinə malik, daiıfi inkişafda və təkmilləşməkdə olan, həyatı başa düşən, təhlil etməyi və ümumiləşdirməyi bacaran, şəxsi fikri, düşüncə tərzi olan insandır. Ali məktəb müəllimi tərbiyəçi kimi fəaliyyət göstərərkən bunu nəzərə almalı, tələbəyə təsir vasitələrini seçərkən pedaqoji ustalıq nümayiş etdirməlidir. Tələbəni sabahkı həmkarı kimi görməyi bacarmalı, onun şəxsiyyətinə hörmətlə yanaşmalı, onun səviyyəsinə enməyi bacarmalıdır. Çünki tələbə məktəbli, dünənki uşaq deyil, onu «qorxutmaq»la, «hədələmək»lə ələ almaq, özünə tabe etmək mümkün deyil. Zaçot və imtahandan tələbəyə qarşı vasitə kimi istifadə etmək düzgün pedaqoji takt hesab edilə bilməz. Müasir tələbə daha sərbəstdir, müstəqildir, özünə inamlıdır. Ali məktəb müəllimi bütün bunları nəzərə almalı və tələbəyə tərbiyəvi təsir yollarını müəyyənləşdirərkən həssas, diqqətli və ehtiyatlı olmalıdır.
Ali məktəb pedaqogikasını ümumi pedaqogikadan fərqləndirərkən bütün spesifik xüsusiyyətlər onun tədqiqat obyektini və tendensiyalarını müəyyənləşdirir.


Yüklə 40,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə