Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
127
Məruzədə də dinamik sistemlərin tətqiqinin əsas səbəblərindən biri kimi qeyri-müəyyən
vəziyyətlərdə düzgün qərar qəbul edə bilməsidir.
Qurulan biliklər bazasının şərtlərindən biri də konkret sayda dinamik elementlərin müəyyən
sahələrə paylanaraq, layihələndirilməsi, sonra isə onların birgə idarə olunmasının intellektual sisteminin
yaradılmasıdır.
Dinamik sistemlərin modul prinsipinə görə hər bir fərdi dinamik sistem ya mono, ya da multi
proqram rejimlərində idarə oluna bilər. Intellektual dinamik sistemlərin tətqiqi göstərir ki, qurulan
örtük dörd hissədən – dinamik sistemlərin xarakteristikalarının təyinindən, biliklər bazasından, idarəetmə
örtüyündən və qeyri-müəyyən vəziyyətlərdə düzgün qərar qəbul etmədən təşkil olunub.
Həm mono, həm də multi rejimli idarəetmə üçün qurulan biliklər bazasının strukturu
İDARƏ_ETMƏ :- MONO_1, MONO_2, MONO_3, ... , MONO_N.
şəklində verilir.
Müvafiq proqram modulları ekspertlər tərəfindən mono rejimlərdə hazırlanır.
Sonda isə mono
proqramlar birləşdirilərək multi proqramlar toplusu yaradılır.
Ümumilikdə qurulan proqram modulları öz tərkiblərində iki halı – hadisələri və vəziyyətləri
birləşdirir.
Hadisələr müəyyən zaman intervalında baş verə biləcək dəyişiklikləri, yeni rejimə keçid və bu
kimi dinamik parametrlərin qiymətlərini özündə cəmləşdirir. Hadisələr biliklər bazasında faktlar və
qaydalar şəklində formalizə olunur.
Vəziyyətlər isə iki və daha artıq mono rejimlər üzrə əlaqə və keçidləri ifadə edir.
Düzgün qurulan biliklər bazası həm mono, həm də multi strukturlu dinamik sistemlərin təhlilini
reallaşdırır.
TĠBBĠ-BĠOLOJĠ ĠNFORMASĠYA MÜBADĠLƏSĠNDƏ ĠNFORMASĠYANIN OXUNMASI
VƏ ÖTÜRÜLMSƏĠ QURĞUSUNUN STRUKTUR SXEMĠNĠN ĠġLƏNMƏSĠ
Əliyev B.M.
Sumqayıt Dövlət Universiteti
Tibbi-bioloji sistemlərin parametrləri və informasiyanın vəziyyətini təyin edərək qeyd etmək üçün
uyğun qurğulardan istifadə edilir. Bu qurğularda informasiya vasitəsi kimi istifadə olunan həssas
elementlərin çıxışından götürülür.
Bir çox hallarda ölçmə sistemləri ölçülən obyektdən nisbətən uzaq məsafədə yerləşir. Şəkildə tibbi
tədqiqatda və diaqnostikada istifadə olunan ölçmə dövrəsinin ümumi struktur sxemi göstərilmişdir.
Tibbi elektronika qurğularında istifadə edilən həssas elementlər ya birbaşa elektrik siqnalları hasil
edir və yaxud bu siqnalları bioloji sistemə uyğun olaraq dəyişir. Beləliklə, vericinin çıxışında alınan
siqnallar tibbi-bioloji informasiyaya çevrilir.
Tibbdə informasiya oxunan qurğunun iki növü mövcuddur: elektrodlar və vericilər.
Ölçmə dövrəsinin həlledici elementləri olan qeydedicilər ölçmə nəticəsini əks etdirir.
Sxemdən göründüyü kimi X bioloji sistemlərin parametrləridir. Y-isə çıxış kəmiyyətidir.
OBYEKTLƏ ƏLAQƏ QURĞUSUNUN ARXĠTEKTURASI
Tanrıverdiyev E.Ə.
Sumqayıt Dövlət Universiteti
Kompüterin effektiv istifadə edilməsi idarə obyektlərinin miqdarından və xarakteristikalarından
asılıdır. Kompüter üçün əlaqə elementlərinin funksiyalarını əsas analoq-rəqəm və rəqəm-analoq
çeviriciləri yerinə yetirirlər.