Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə21/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   17   18   19   20   21   22   23   24   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 51 – 
 
Konsepsiyada  bu  məsələlərin  qarşıya  məqsəd  qoyulması  gələcəkdə  Azərbaycan  kitab-
xanalarının beynəlxalq informasiya mühitindəki mövqeyinin möhkəmlənməsinə də ciddi təsir 
göstərəcək.  
Ümumiyyətlə isə, beynəlxalq kitab mübadiləsinin gələcək taleyi artıq qlobal miqyasda 
müzakirə olunur. 2006-cı ildə IFLA tərəfindən nəşr olunan (Kirsti Ekonen, Paivi Paloposki və 
Pentti  Vattulainenin  redaktəsi  ilə)  ―Nəşrlərin  beynəlxalq  mübadiləsi  üzrə  təlimat  kitabı‖nda 
qaldırılan əsas məsələlərdən biri də informasiya əsrində beynəlxalq kitab mübadiləsinin gələ-
cəyinin olub-olmaması ilə bağlıdır. Bu nəşrdən əldə olunan qənaət belədir ki, beynəlxalq kitab 
mübadiləsi yaxın gələcəkdə tənəzzül etmək təhlükəsi ilə üzbəüz deyil, əksinə bu sahəni inki-
şaf etdirməklə iqtisadi üstünlüklər əldə etmək mümkündür. 
Azərbaycan  kitabxanalarının  beynəlxalq  əməkdaşlıq  perspektivlərini  müəyyənləşdirər-
kən qeyd etməliyik ki, kitabxanalarımızın qlobal informasiya mühitinə tam və davamlı şəkildə 
inteqrasiya  olunması  və  beynəlxalq  kitab  mübadiləsinin  aparıcı  aktorlarından  birinə  çevril-
məsi üçün: 
1.
 
IFLA  ilə  əməkdaşlıq  genişləndirilməli  (AMEA,  Təhsil  Nazirliyi,  Mədəniyyət  və 
Turizm Nazirliyi səviyyəsində) təşkilatın illik iclaslarına geniş tərkibli (kitabxanaçılar, biblio-
qraflar,  kitab  mübadiləsi  mütəxəssisləri  və  s)  nümayəndə  heyəti  qatılmalı,  təşkilatın  beynəl-
xalq layihələrində Azərbaycan kitabxanalarının iştirakı təmin olunmalıdır. Bunun üçün quru-
mun üzvü olan və ya üzv olmaq istəyən Azərbaycan kitabxanalarının illik üzvlük haqları va-
hid şəkildə, vahid fonddan ödənməlidir (hazırda kitabxanalar üzvlük haqqını öz büdcələrindən 
ödəyirlər ki, bu da bir çox hallarda davamiyyəti əngəlləyir). Mütəxəssislərin IFLA-nın iclasla-
rında geniştərkibli iştirakı vahid mənbədən və mütəmadi şəkildə maliyyələşdirilməlidir
2.
 
YUNESKO-nun  mənbəşünaslıq,  kitabşünaslıq,  əlyazmaşünaslıq  və  kitabxanaşünas-
lıq sahəsində mövcud layihələrində iştirak təmin olunmalıdır. Belə layihələrdən ən vacibi sa-
yılan ―Dünyanın yaddaşı‖ (ing. Memory of the World) proqramına Azərbaycan elmi-mədəni 
irsinin inteqrasiya olunması  sürətləndirilməlidir. 1992-ci  ildən mövcud olan ―Dünyanın  yad-
daşı‖  proqramı  ümumdünya  sənəd  irsinin  mühafizəsi  məqsədi  ilə  yaradılıb.  Bununla  yanaşı, 
proqram oxucuların sənəd irsindən bərabərhüquqlu istifadəsini təmin etmək, sənəd irsini tədiq 
və təbliğ etmək üçün mövcud imkanları genişləndirmək məqsədi daşıyır. Proqram çərçivəsin-
də 1997-ci ildən milli, regional və beynəlxalq səviyyələrdə sənəd irsinin reyestrləri yaradılır. 
Hər hansı bir dövlətə məxsus kitab, sənəd abidəsinin reyestrə daxil edilməsi YUNESKO-nun 
Beynəlxalq Məsləhətverici Komitəsinin qərarından sonra mümkün olur.  
2011-ci  ildə  AMEA  Əlyazmalar  İnstitutunda  saxlanılan  tibbə  dair  üç  əlyazma  abidəsi 
UNESCO-nun təsis etdiyi bu proqramın siyahısına daxil edilib. Həmin əlyazmalardan ―Zəxi-
reyi-Nizamşahi‖ (―Nizamşahın azuqələri‖) əsərinin (müəllifi məlum deyil) üzü təxminən XIII 
əsrdə köçürülüb. Əsərdə bitkilərin, heyvanların,  mineralların, mürəkkəb tərkibli dərmanların 
farmakoloji xüsusiyyətləri əlifba sırası ilə göstərilib. Digər əlyazma Əbu Əli ibn Sinanın ―Əl-
Qanun fi-tibb‖ (―Tibbi qanun‖) adlı ərəb dilində farmakologiya və tibbə aid məşhur əsəridir. 
1143-cü  ildə  Bağdadda  üzü  köçürülüb.  Dünyada  dəqiqliyinə  görə  ən  nadir  nüsxələrdəndir. 
Tibb  elminin  inkişafına  ciddi  təsir  göstərən  fundamental  əsərlərdən  biridir.  Üçüncü  əlyazma 
―Əl-məqalə əs-səlasun‖ (―Otuzuncu traktat‖) isə Abul-Qasiməz-Zəhravinin ərəb dilində tibbə 
aid  fundamental  əsərinin  bir  cildidir.  X-XI  əsrlərdə  İspaniyada  (Kordova)  yaşayan  təbib  ilk 


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 52 - 
müəllifdir ki, cərrahiyyə alətlərinin təsvirini verib, konkret əməliyyatlar zamanı onların tətbiq 
edilməsi üsullarını-qaydalarını göstərib. Əsər vaxtilə bütün Şərq və Avropa cərrahiyyə elmi-
nin inkişafına təsir edib [6]. 
Belə bir proqrama daha çox Azərbaycan kitabxanasının qoşulması beynəlxalq elmi-mə-
dəni əlaqələrin genişləndirilməsi baxımından olduqca vacibdir
3.
 
Kitabxanalar Beynəlxalq  Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və  İslam Təhsil, 
Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə əlaqələrini genişləndirməli, bu təşkilatların layihə-
lərinə aktiv şəkildə qoşulmalıdırlar; 
4.
 
Sahə tədqiqatçıları ingilisdilli xarici elmi jurnallarda Azərbaycan kitabxanalarının fə-
aliyyəti  haqqında  məqalələrin  dərcini  artırmalıdırlar.  Çünki,  Azərbaycan  kitabxanaşünasları-
nın məqalələrinin ancaq MDB-də nəşr olunan elmi jurnallarda, rus dilində dərc olunması bey-
nəlxalq təcrübə mübadiləsi baxımından istənilən nəticəni vermir. 2004-2014-cü illərdə Azər-
baycan kitabxanaşünaslarının  nüfuzlu  beynəlxalq  elmi  jurnallarda ingilis  dilində  cəmi 3 mə-
qaləsi dərc olunmuşdur ki, onlar da bunlardır: 
Web of Science bazasına (ISI-Thomson Reuters) daxil edilmiş jurnallarda: 
 
I) Jafarov, Javid. (2012). Next-generation catalogues and automated library-information 
systems in Azerbaijani libraries. Energy education science and technology Part B-Social and 
Educational Studies, Vol. 4. İss: 4, pp. 2457-2462. (Təsir əmsalı 9.4) 
 
SCOPUS (Elsevier) bazasına daxil edilmiş jurnallarda: 
 
II) Mammadov, Elchin. (2014) ―Opportunities for using Wiki technologies in building 
digital library models‖. Library Hi Tech News, Vol. 31 Iss: 2, pp.5 – 8 
III)  Nazarova,  Muzghan.  (2004).  Librarianship  in  Azerbaijan:  What  can  a  leader  do?. 
Science & Technology Libraries, Vol. 23. Iss: 2-3, pp. 161-169. 
Son 10 il  ərzində  nüfuzlu jurnallarda sahə  üzrə  cəmi 3 məqalənin  dərci,  olduqca aşağı 
göstəricidir  və  Azərbaycan  kitabxanalarının  fəaliyyətini,  inkişafını,  əldə  etdiyi  təcrübələri 
dünya kitabxanaşünaslarının diqqətinə çatdırmaq üçün kifayət etməz. Bundan öncə isə nüfuz-
lu xarici jurnallarda Azərbaycan kitabxanaşünaslarının məqalələrinə rast gəlinmir. 
5.
 
Beynəlxalq  kitab  mübadiləsi  bilik,  təhliletmə  bacarığı,  gərgin  əmək  və  kollektiv  iş 
tələb edir. Mübadiləçi ən azı bir xarici dil bilməli və komplektləşdirdiyi kitabların ilk oxucusu 
olmalıdır. Buna görə də, kitabxanalarımızın beynəlxalq kitab mübadiləsi şöbələrinə əməkdaş-
ların seçimi, onların xarici dil biliklərinin səviyyəsinə uyğun aparılmalıdır.  
Yalnız bu kimi məsələlərin elmi-təşkilati və kompleks həlli, kadr siyasətinin, informa-
siyanın  seçilməsi  prioritetlərinin  düzgün  müəyyənləşdirilməsi  Azərbaycan  kitabxanalarının 
beynəlxalq  informasiya  mühitindəki  mövqeyini  möhkəmləndirməyə  və  perspektivlərin 
açılmasına  imkan  verir.  Çünki  Azərbaycan  kitabxanaları  beynəlxalq  peşəkar  əməkdaşlıq 
sayəsində, qlobal dəyərlərin mübadiləsi,  mədəniyyətlərarası  dialoqun qurulması və  multikul-
turalizmin inkişafı fonunda qabaqcıl təcrübədən istifadə edə, öz gələcək strateji orientirlərini 
müəyyənləşdirə və dünya informasiya sisteminə tam inteqrasiya oluna bilər.  
 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə