21
• 8 ildən 9 ilədək müddət üçün — 8 faiz;
• 9 ildən 10 ilədək müddət üçün — 9 faiz;
• 10 ildən artıq müddət üçün — 10 faiz.
ʺTorpaqların dövlət ehtiyacları üçün alınması haqqında”
Qanunda torpaqların dövlət ehtiyacları üçün satın alınması üçün
həyata keçirməli olan fəaliyyətlər əks olunmuşdur.
Alqı ‐ satqı ilə bağlı
Torpaqların alqı‐satqısı üçün səlahiyyət verilmiş orqan
qanunda nəzərdə tutulan aşağıdakı şəxslərdən torpaqları almaq
istiqamətində zəruri işləri həyata keçirir:
• torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət,
istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə
dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və
ya icarə hüquqları olan şəxslər;
• torpağa hüququnun yaranmasına səbəb olan, qanun
tərəfindən tanınan uzun müddətli istifadə əsasında
torpaqda yaşayan şəxslər.
Alqı‐satqı və bununla bağlı olan digər proseslər könüllü alqı‐
satqı yolu ilə, könüllü alqı‐satqı olmadıqda isə məhkəmə qərarı ilə
alqı‐ satqını həyata keçirir.
Könüllü alqı ‐ satqı
Torpaqları satın alan orqan aşağıdakı şəxslərin alınan torpaqla
bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq
(könüllü alqı‐satqı) yolu ilə əldə edə bilər.
• torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət,
istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə
dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və
ya icarə hüquqları olan şəxslər;
22
• torpağa hüququnun yaranmasına səbəb olan, qanun
tərəfindən tanınan uzun müddətli istifadə əsasında
torpaqda yaşayan şəxslər.
Torpaqların alınması haqqında qərar qəbul olunduqdan sonra
alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə, həmin torpaqlar
üzərində hüquqların danışıq (könüllü alqı‐satqı) yolu ilə satın
alınmasına razılığı barədə bildiriş göndərir.
Bildiriş alan orqanın torpaqları danışıq yolu ilə almağa razılığı
və bu Qanunun 31.3‐cü maddəsində nəzərdə tutulan müddət barədə
məlumatla yanaşı aşağıdakıların qısa izahını əks etdirir:
• torpağın satın alınmasının məqsədi;
• torpağın danışıq yolu ilə satın alınması mümkün
olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən
edilmiş alternativi;
• mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi
imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə
satışın qaydaları (tələb olunan sənədlər, prosedurlar və s.).
Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində
hüquqların danışıq (könüllü alqı‐satqı) yolu ilə satışına razı olduqda,
bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan
orqanı yazılı şəkildə məlumatlandırır.
Qanuna əsasən təşkil edilmiş torpağın alınması qrupunun
üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və
müzakirə etmək məqsədilə görüşlər keçirirlər. Torpağın alınması
qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün
təklif vermək və ya torpağın satın alınmasına razılıq verilməsini
tələb etmək, yaxud mülkiyyətçidən torpağı alan orqana satmaq
təklifini qəbul etmək hüququ yoxdur.
Torpağın mərzlənməsi və qiymətləndirilməsi məqsədi ilə
alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların
danışıq (könüllü alqı‐satqı) yolu ilə satışına razılığı barədə alan
orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin
şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir.
23
Sonrakı dövrdə torpağın satın alınması təklifi ilə bağlı
prosedurlar, təkliflə bağlı danışıqlar həyata keçirilir və Torpağın
satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması
prosesi başlanır.
Torpağın satın alınması təklifinin qəbul olunmasından sonra
alan orqanın hərəkətləri aşağıdakılardır:
90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir:
• mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir;
• torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün
öz xərcləri hesabına lazımi tədbirləri görür;
• satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri
olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam
ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq
mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə
köçməkdə köməklik göstərir.
Mülkiyyətçi yuxarıda göstərilən tələblərinin təmin edilməsi
məqsədi ilə satılan torpağa dair hüquqlarla bağlı müvafiq sənədləri
təqdim etməklə alan orqana köməklik göstərmək öhdəliyi daşıyır.
Torpaqların qiymətləndirilməsi və əldən çıxmış faydanın
hesablanmasına dair örnək
Bakı‐Subsa neft kəmərinin təsirlərinə məruz qalan ərazilərdə
mülkiyyətçilərin torpağa olan hüquqlarının məhdudlaşdırılması və
əldən çıxmış faydanın hesablanması üçün xüsusi metodika
hazırlanmışdır. Bu metodika ilk dəfə “Gülsüm Məmmədova və
qeyriləri Azərbaycan Dövlət Neft Şirkətinə, BP Azərbaycan
Şirkətinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı”
məhkəmə iddiasının hazırlanması zamanı istifadə edilmişdir.
Sonradan bu metodika başqa analoji işlərdə də tətbiq edilmişdir.
Torpağa
olan
hüquqların
məhdudlaşdırılmasına
görə
kompensasiyanın verilməsi üçün analogiyadan istifadə edilmişdir.
Bu zaman eyni ərazidən keçən Bakı‐Tibilisi‐Ceyhan Əsas İxrac Neft
Kəmərinin çəkilişi zamanı əhaliyə ödənilən kompensasiyaların