Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
60
Sovetin Sədrinin birinci müavini olan zaman Afad müəl-
lim də deputat seçilmişdi. O illər, həqiqətən, Azər bay  canın 
ictimai-siyasi həyatında ən ağır, mən deyərdim ki, böhran-
lı il lərdən sayılırdı, çünki ölkə da xilində hərc-mərclik baş 
alıb gedirdi, erməni millətçilərinin öl kəmizə qar şı mübari-
zə si  şəraitində  ölkənin,  respublikanın  idarə  edil  məsində 
çox lu səhvlər buraxılırdı və Afad müəllim bir azərbaycan-
lı, bir ziyalı, alim kimi bu nöqsanlara qarşı mü bariz möv qe 
tu turdu” (Afad Qurbanov. Bakı, 2010, səh. 279).
2002-ci il aprelin 30-da ADPU-nun oxu zalında “Ki -
tabi-Dədə Qorqud” və qərb ləhcəsi” adlı mo noq ra   fi yamın 
təq di mat  mərasimini  keçirirdik.  Tədbirdə  ADPU- nun 
professor-müəllim heyəti ilə yanaşı, BDU-dan, AMEA-nın 
Nəsimi adına Dilçilik və Nizami adına Ədə biyyat institut-
larından  dəvət  olun muş  alimlər  də  iştirak  edir di.  Tədbirə 
sədrliyi Afad müəllim özü edirdi (Ona bu şə raiti Filologi-
ya fakültəsinin dekanı, pro fes sor Həsən Ba lıyev yaratmışdı. 
Ruhu şad olsun!). Həmin gün o, ha mıdan şad görünürdü, 
elə bil ki, hamını öz kitabının təqdi ma tına dəvət etmişdi... 
Afad müəllim tədbiri çox yüksək səviy yə də aparır, demok-
ratikliyi qoruyur, deyilən adi sözlərə belə fikir verirdi – bir 
sözlə, hər şeyi nəzarətdə saxlayırdı. Afad müəllim təqdimat 
mərasiminin əvvəlində geniş bir nitq söyləyərək, respubli-
kamızda “Kitabi-Dədə Qorqud” abi də sinin 1300 illik yubi-
leyinin təntənə ilə qeyd edilməsini, tələbəlik illərində, yəni 
XX əsrin 50-ci illərində ulu abidə mi zin qadağan olunması-
nı, Mikayıl Rəfili, Əbdüləzəl Də mir çizadə kimi alimlərin bu 
abi dəyə  görə  incidilməsini  xüsusi  olaraq  vurğuladı.  Eyni 
zamanda  onu  da  diqqətə  çatdırdı  ki,  Əzizxan  Tanrıverdi-
nin “Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi” monoqrafiyası 
məhz müs tə qil lik illərində – heç bir siyasi təzyiq və qada-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
61
ğaların olmadığı bir dövr də, həm də yeni bir baxış bucağın-
dan yazılıb... Afad müəl lim çıxış üçün söz verdiyi alimlər, 
eləcə də tələbələr barədə xoş sözlər söyləyir, onları təqdim 
edərkən hər birinin müs bət cəhətlərini, ən yaxşı keyfiyyətlə-
rini sadalayırdı. Bu da mərasim iştirakçılarının əhvali-ruhiy-
yəsini yüksəldir, on la ra xoş ovqat bəxş edirdi. Afad müəllim 
tədbirdə prof. Rə hilə Məhərrəmova, prof. Qara Məşədiyev, 
prof. Mədəd Ço ba nov, prof. Şamil Və li yev, prof. Həsən Ba-
lıyev, prof. Mə hər rəm Məmmədli, şair Oq tay Rza, tənqidçi 
İlham  Ab basov  və  başqalarının  çıxışlarını  diqqətlə  dinlə-
yir, ən kiçik detala belə iti mühakiməsi, dəmir məntiqi ilə 
münasibət bil dirirdi... Təqdimat mərasiminin sonunda isə 
“Kitabi-Də də Qorqud” və qərb ləhcəsi” adlı monoqrafiyam 
barədə  bun ları  dedi:  “Pro fes sor  Əzizxan  Tanrıverdi Azər-
baycan dil çiliyi kafedrasının ən layiqli yetirmələrindən bi-
ridir, as pirantım olub, bu kitabı da mənim redaktorluğumla 
işıq üzü görüb. O, türk xalqlarının ən böyük abidəsi olan 
“Ki ta bi-Dədə  Qorqud”un  dilini  Azər bay can  dilinin  qərb 
şi vələri ilə müqayisə edərək dil tariximiz üçün maraqlı və 
fay dalı ola biləcək bir sıra faktlar aşkarlayıb. Bu kitab əsl el-
mi-tədqiqat işidir. Burada təkcə onu deyim ki, “Ki tabi-Dədə 
Qorqud”dakı  fonetik,  leksik  və  qrammatik  arxaizm lə rin, 
eləcə də bir sıra antroponim və toponimlərin daha çox Azər-
baycan dilinin qərb şivələrində mühafizə olun ma sının mü-
əl lif tərəfindən dəqiqləşdirilməsi dilçiliyimiz, ümu mən tür-
ko logiyamız üçün olduqca əhəmiyyətlidir... Mən Əzizxanı 
ürək dən təbrik edir, ona uğurlar diləyirəm!” (Afad müəlli-
min dilin dən verdiyimiz bu sözlər videolent dən götürülüb).
2007-ci il dekabrın 5-də ADPU-nun kiçik akt za lın-
da AMEA-nın Folklor İnstitutu tərəfindən çap olun muş 
“Ki ta bi-Dədə  Qorqud”un  söz  dünyası”  adlı  mo noq  ra-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
62
fiyamın təq dimat mərasimi keçirildi. Tədbirdə aka demik 
Afad Qurbanov, Xalq şairi Zəlimxan Yaqub, prof. Hüseyn 
İs mayılov,  prof.  Ab bas  Hacıyev,  prof.  Həsən  Balıyev,    
prof.  Za hid  Xəlil,  prof.  Bu lud xan  Xəlilov,  prof.  Hi malay 
Qa sı mov, prof. Mədəd Ço ba nov, prof. Təyyar Sa lamoğlu, 
prof. Elman Quliyev, prof. Ramiz Əs kər, prof. Mə hərrəm 
Məm mədli, şair Oqtay Rza, şair, publisist Əli Rza Xələfli 
və başqaları iştirak edirdi. Afad müəllim re daktoru oldu-
ğu  kitabın  təqdimat  mərasimində  hamıdan  hör mətli  idi, 
ha mıdan  yüksəkdə  dururdu,  yenə  də  qürurlu  idi,  yenə 
də məğrur görünürdü. O, təqdim olunan kitabı saf-çürük 
edən, onun haqqında söz deyən çıxışçıların hər birini diq-
qət lə  din lə yir,  özü  də  çıxışa  hazırlaşırdı.  Elə  bu  məqam-
da tədbirin apa rı cısı, Filologiya fakültəsinin dekanı, prof. 
Bu ludxan Xəlilov sö zü Afad müəllimə verdi. Burada Afad 
mü əllimin  çıxışından  bə zi  məqamları  xatirlatmaq  ye rinə 
dü şür: “...tələbə olduğum illərdə elmi rəhbərim Əb düləzəl 
Də mirçizadəni “Kitabi-Dədə Qorqud”la bağlı təd qi qatlar 
apardığına görə incitdilər, hətta bir neçə gün təc rid xanada 
da  saxladılar...  Bir  neçə  ildən  sonra  isə  hər  şey  qaydası-
na düşdü. Əbdüləzəl Dəmirçizadə kimi gör kəm li alimlər 
“Dədə  Qorqud”un  dilinə  dair  sanballı  əsərlər  yaz dı lar... 
Təq dimat mərasiminə yığışdığımız kitab Azərbay can dil-
çi liyi kafedrasının məhsuludur, gözümün qabağında yazı-
lıb, mə nim redaktorluğumla çap olunub. Kitabın müəl lifi 
professor  Əziz xan  Tanrıverdi  sayılıb-seçilən  tələbə lə rim-
dən olub, 70-dən çox aspirantım içərisində də Əziz xa nın 
adı  birinci  sırada  du rur...  Əzizxanın  çap  olunmuş  ki tab-
larının  hamısının  elmi  re daktoru  olmuş  və  hər  birini  də 
diq qətlə oxumuşam. Bu kitab lar da elmilik, dəqiqlik, mən-
ti qilik müşahidə etmişəm, eyni zaman da onun əsərlərində 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə