Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə31/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

 
116 
Bütün  bunları  qiymətləndirib,  Ağa  Musa  Nağıyevin  xati-
rəsinə  göstərdikləri  diqqətə  görə  hər  zaman  belə  şəxsiyyətlərə 
minnətdaram.  
 
Dildən qopdun, 
Qulağa yol tapmadın. 
Qəlbdən qopdun, 
Ürəyə  yol tapmadın. 
Tikdin, xalqına qaldı, 
Unuduldun, yaddaşa yol tapmadın.  
   
P.S.  Hacı Əvəzin atası Baba kişi “Ağa Musa”adına xəstə-
xanada  dəfələrlə  müalicə  alarkən  möcüzələrlə  rastlaşdığından, 
Hacı Əvəzə deyirdi ki, oğul əgər imkanın olarsa, Ağa Musanın 
qəbrini  rahat  hala  gətir.  O  kişi,  Bakı  üçün  çox  işlər  görüb.  Və 
hər  şeydən  irəli  insanların  şəfa  tapacağı  ocaq  –  xəstəxanalar 
tikdirib. 
Tənginəfəslikdən şikayətlənən Baba  kişi 5 metrə  yaxın  olan 
tavanın  hündürliyini  göstərib,  deyirdi:  Ağa  Musa  gör  nə 
yaradıb?!  
Bu  hündürlük  özü  bir  müalicə  növüdür.  Mən  dərmansız,  
burada nicat tapıram. Buradakı abu-hava məni daha yaxşı müa-
licə edir. 
          
 
 
 
 
 
 


 
117 
MİLYONЧULAR   
QOHUMLUQ ЯLAQЯLЯRİNİ 
MЮHKЯMLЯNDİRİBLЯR 
      
 
XIX
 əsrin axırlarında, XX əsrin əvvəllərində Azərbaycanın 
ictimai – iqtisadi həyatında Ağa Musa Nağıyev iri sahibkar kimi 
tanınmışdır. Anası Rüqiyyə Məşədi Məmmədyar qızı evdar qa-
dın olub, övladlarını böyütməklə məşğul idi. Ömrünü Hacı Nağı 
Məmməd  oğlu  ilə Bakının Biləcəri kəndində başa vurur. 
Ağa  Musa  1871-ci  ildə  Ümma  Səlmə  Kərbəlayi  Cəfər  qızı 
ilə  evlənir.  Onların  1875-ci  ildə  İsmayıl  oğlanları,  1881-ci  ildə 
Ümmül Banu adlı qızları dünyaya gəlir.  
Ümmül  Banu  məşhur  milyonçu  Şəmsi  Əsədullayevin  oğlu 
Mirzənin  həyat  yoldaşı  olub.  1900-cu  ildə  doğuş  zamanı  dün-
yasını  dəyişən  ananın  adını  yeni  doğulmuş  qızına  verirlər.  Bu 
həmin  Ümmül  Banudur  ki,  sonradan  sevmədiyi  Balabəy  Qo-
cayevə  ərə  gedəcək,  lakin  nigahın  səhv  olduğunu  başa  düşən 
Avropa təhsilli Ümmül Banu hiylə işlədərək Türkiyəyə qaçacaq. 
Sərhədlər  bağlandıqdan  sonra  Fransaya  keçib  bir  sıra  mərhu-
miyyətlərlə  üzləşəcək.  Sonradan  çətin şəraitdə  ona  bir neçə  dil 
bilməsi və aldığı Avropasayağı tərbiyə çox kömək olacaq.     
Ağa  Musa  Nağıyev  çox  çalışırdı  ki,  oğlu  İsmayıl  savadlı 
olub,  Vətənə  yüksək  səviyyəli  peşəkar  kimi  xidmət  etsin.  İs-
mayıl  təhsilini  xaricdə  alır,  bacısı  kimi  o  da  bir  neçə  dil  bilir. 
Geyindiyi hər kostyuma uyğun köynəyi, qalstuku və ayaqqabısı 
olub.  
Qəflətən tutulduğu vərəm xəstəliyinə Ağa Musanın milyon-
ları da çarə edə bilmir.  
İsmayıl  26  mart  1902-ci  ildə  dünyasını  dəyişir.  Dövrün 
müasirlərinin söylədiklərindən bəlli olur ki, ailənin istəklisi olan 
İsmayıl  çox  ağıllı,  əliaçıq,  mehriban  olub.  O,  incəsənəti  sevdi-
yindən, aktyorlar, şairlər və rəssamlarla yaxınlıq edərdi.  


 
118 
Onun  məhz  bu  cəhəti  sonradan  Fərəcin  (İsmayıl  əvəzi)  si-
masında təkrarlanır.  
Ağa  Musa  Nağıyev  və  Şəmsi  Əsədullayevin  iş  birliyi    Ra-
manadakı  meyvə  bağlarını  almaqdan  başlayır.  Bu  birlik,  son-
radan  onların  varlı  olmalarında  dayaq  nöqtəsi  olur.  Məhz  bu 
dövrdə onların  ticarət və sənaye kapitalı  əlaqələri daha qabarıq 
hiss olunmağa başlayır. 
Ağa Musa Nağıyevin Şəmsi Əsədullayev ilə dostluğu hamı-
ya məlum idi. Şəmsi Əsədullayevin rəsmən ayrıldığı (Moskvada 
yaşayan) həyat  yoldaşı qısqanclıqdan onun müflis olmasına ça-
lışır  və  buna  nail    olur.  Belə  bir  vaxtda  onun  köməyinə  çatan 
Ağa Musa olur. 
Keçmiş həyat yoldaşının qurduğu hiyləyə uyub, onun məslə-
həti ilə külli həcmdə nefti satış üçün Rusiyaya göndərir. Bundan 
xəbərsiz  olan  firmalar  nefti  qəbul  etməkdən  imtina  edərkən, 
Şəmsi Əsədullayev xammalın geri qaytarılmasından təşviş keçi-
rir və məcburiyyət qarşısında qalıb, nefti ucuz qiymətlə satdırır. 
Müflisləşdiyini  görən  milyonçu  özünü  öldürmək qərarına  gəlir. 
Silahı gicgahına tuşlayarkən onu ölümdən xilas edən Ağa Musa 
Nağıyev olur.  
Şəmsi  Əsədullayevi  ölümdən  qurtarıb,  əvvəlki  vəziyyətinə 
qaytarmaq məqsədilə vaxt müddəti qoymadan ona külli miqdar-
da borc pul verir.  
Beləcə o, Şəmsi Əsədullayevi həyata qaytarır. 
Şəmsi  Əsədullayevin  oğlu  Mirzə  –  Ağa  Musa  Nağıyevin 
qızı Ümmül Banu ilə, o biri oğlu Əli – Hacı Zeynalabdin Tağı-
yevin  qızı  Leyla ilə, Ağa Musa Nağıyevin qardaşı  Yusif  – qızı 
Xədicə xanımla ailə həytı qurur. Yusif erkən dünyasını dəyişdi-
yindən,  Ağa  Musa  Xədicə  xanımı  qardaşı  Ağa  Əlinin  oğluna,  
ondan 15 yaş kiçik olan Tağıya ərə verir. 
Üç  nəhəng  milli  sahibkar  arasında  qohumluq  əlaqələrinin 
yaranması,  onların  dostluğunun  daha  da  möhkəmlənməsinə,  iş-
güzar  əlaqələrinin  daha  da  artmasına  səbəb  olmaqla  bərabər, 
həm də onların iqtisadi qüdrətini möhkəmləndirir. 


 
119 
QAFQAZDAN  –  PARİSЯ 
 
G
ənc Ümmül Banu səyyah olmazdı, inqilab olmasaydı. Əs-
rimizi  səyyah  kimi  yaşayan  bir  qadının  taleyi  dayanır  gözüm 
önündə. Daha doğrusu - bir qəlbin qəribə taleyi. 
Hər  şey  onun  üçün  bir  qış  günü  başladı.  Üfiqsiz  Sovet  İtti-
faqına qovuşmuş Azərbaycanda  Xəzərin sahilində  yerləşən  Ba-
kıda. 
Sonradan Banin bunu öz əsərlərində belə təsvir edəcək: 
- “Mən 1902-ci ildə son dərəcə varlı və zəngin bir müsəlman 
ailəsində  dünyaya göz açmışam.  Həmin illərdə ermənilər ağına 
– bozuna baxmadan, keçmişdəkilərin heyfini çıxmaq məqsədilə 
azərbaycanlıları  qırır,  azərbaycanlılar  isə  bu  bəlanın  qisasını 
Allaha tapşırırdılar.”    
Elə  bu  səbəbdən  idi  ki,  Ağa  Musa  Nağıyevin  qızı  Ümmül 
Banu şəhər ətrafında  gigiyena gözlənilməyən bir şəraitdə doğuş 
zamanı dünyasını dəyişir.  
Beləcə,  yenicə  həyata  göz  açan  qız  -  ananın  üzünü  görmə-
dən, onun adını daşıyır. 
Özünün  dediyi  kimi  onu  anasını  əvəz  edən  ipək  saçlı,  ağ 
dərili  bir  alman  qadını  fröylen  Anna  tərbiyə  edir.  Fröylen  (Fr) 
Anna ona dayə və arxa olur. Nənəsi (Ş.Əsədullayevin həyat yol-
daşı) qısqanclıqdan bu qadın ilə heç cürə yola getmirdi. Fr.An-
nanın  yanından  ötərkən  o,  yerə  tüpürər,  bununla  ürəyini  soyu-
dardı. Heç düşünməzdi ki, məhz Fr.Anna – qızcığaz üçün dün-
yaya açılan bir pəncərə olacaq.  
Bu qadının tərbiyəçi kimi ailəyə daxil olmasında atası Mirzə 
Əsədullayevin  rolu böyük idi. O vaxt Bakıya Avropanın nəfəsi 
artıq dəyməkdə idi. Mirzə Əsədullayev neft şirkətinin ehtiyacları 
üçün  tez-tez  Moskvaya,  Varşavaya  və  Berlinə  səyahət  etdiyin-
dən,  “Avropalaşmaya”  daha  meyilli  idi.  Bu  səbəbdən  idi  ki,  o, 
qızını hələ körpəlikdən bu istiqamətdə tərbiyə etməyi və Avropa 
mədəniyyəti ilə qovuşdurmağı qərara almışdı. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə