Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə32/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

 
120 
Sonralar  Ümmül  Banu  (Banin)  xatirələrində  belə  qeydlərə 
rast gəlmək olur: 
-  “Bütün  bunlara baxmayaraq, dünyanın  pəncərəsini üzümə 
bir az açsalar da, qapısı bağlı idi və bu belə də qalacaqdı. Məni 
gözləyən həyat  tərzini təsəvvürümə gətirməyə çalışırdım. Bilir-
dim  ki,  milyonçulardan  birinin  oğluna  ərə  gedəcək,  daş-qaş 
içində üzəcəyəm. Ərim gözəl və mənim məhəbbətimə layiq ola-
caq. Çoxlu uşaq dünyaya gətirəcəm.  
Heç düşünməzdim ki, bir müharibə və bir inqilab - hər ikisi 
sərt  və  müddətli,  -  üzümə  bütün  qapıları  açacaq  və  həyatımı 
tamam başqa səmtə yönəldəcək.”                 
1918-ci  ildə  Mirzə  Əsədullayev  həbs  olunur.    Həm  Nazir, 
həm dövlətli, həm də “Mürtəce” partiyasının lideri olduğu üçün 
onun həbsdən qurtulacağına tamamilə ümid yox idi.  
Atasının  həbsindən  sonra  ümidsizliyə  uğrayan  Ümmül  Ba-
nunu  özündən  20  yaş  böyük  və  sevmədiyi  Cəmilə  ərə  verirlər. 
O, ilk dərdi  – sevmədiyi əri ilə qalır. 
Əslində  Cəmilə  ərə  getməkdə  əsas  məqsədi  atası  Mirzəni 
həbsdən qurtarmaq idi.  Sonradan Mirzənin  xaricə getməsi  üçün 
xarici pasportun (şəxsiyyət vəsiqəsi) alınmasında Cəmilin böyük 
rolu olur. O, məcburiyyət qarşısında qalıb, Ümmülü də Parisə - 
atasının yanına göndərməli olur. 
Ümmül  Banu  xatirələrində  yazır:  -  “Cəmil  Konstantinopol 
vağzalında  məni  yola  salarkən,  məndən  ayrıldığına  görə  ağla-
yırdı.  
Mən  də  ağlamaq  istəyirdim.  Sevincdən,  sevgisiz  həyatdan 
qurtulduğuma  görə.  Ancaq  canımla  tək  qalarkən  qorxu  məni  
bürümüşdü. Bu anda özüm də hiss etmədən  sevmədiyim Cəmi-
lin  yanımda  olmasını  arzuladım.  Ailəmə  kömək  etmək  məqsə-
dilə başqa iş tapılmadığından, gənc və qəşəng olduğumu nəzərə 
alaraq, məni maniken  kimi işə götürdülər.” 
 
                  


 
121 
A.M.NAЬIYEVİN ЮLЦMЦNЯ 
ERMЯNİLЯR BAİS OLUB 
 
A
ğa Musa Nağıyevin ölümünə ermənilər səbəb olur. Oğlu-
nun xatirəsinə tikdirdiyi “İsmailiyyə” binasını, 1918-ci ilin mart 
qırğınları zamanı (bu zaman artıq onun 98 binası var idi) ermə-
nilər  indiki  Nizami  Gəncəvi  adına  (keçmişdə  “Metropol  meh-
manxanası)  muzeyinin  damından  top  atəşinə  tuturlar.  Məqsəd 
binanın girəcəyində 6 kq qızılla işlənmiş İsmailiyyə yazısını ələ 
keçirməklə  bərabər,  binanın  zirzəmisində  yerləşən  Azərbaycan 
aydınlarının  arxivini  məhv  etmək  olur.  Bina  arxitektura  baxı-
mından çox gözəl görünürdü. Onun analoqu yalnız İtaliyada idi.  
Atam  bu  bina  haqqında  çox  az  danışardı.  Görünür  sovet 
rejiminin  qayda-qanunu  onu  hər  zaman  təqib  etdiyindən  içində 
qorxu  qalmışdı.  “İsmailiyyə”  top  atəşinə  tutularkən  Ağa  Musa 
buna dözə bilməyərək deyirmiş ki, binaya dəyən güllələri sanki 
əvvəlcə  İsmayılın,  sonra  da  öz  ürəyinə  dəydiyini  hiss  edirdi. 
Övladının  yeganə  yadigarının  məhv  edilməsini  heç  cürə  qəbul 
edə bilmirdi.  
Ağa Musa bu hadisədən bir il keçməmiĢ - 4 mart 1919-cu 
ildə dünyasını dəyiĢir. 
 
 


 
122 
ЮLMЯSЯYDİ, TAЬIYEVİN AQİBЯTİNİ 
YAШAYACAQDI 
       
A
ğa  Musa  Nağıyevin  Azərbaycanın  Xalq  Cümhuriyyətinin 
baniləri  ilə  münasibəti  çox  yaxşı  imiş.  Pullu  adamlara  həmişə 
hörmət  olub.  30  minlik  türk  qoşununun  Azərbaycanda  işğal-
çılara  qarşı  mübarizə  aparması  işinə  Ağa  Musa  Nağıyev  külli 
miqdarda  vəsait  buraxmışdı.  Bu  da  onun  yüksək  mənəviyyata 
malik olmasından xəbər verirdi. 
Şübhə etmirəm ki, Ağa Musa Nağıyev sağ qalsaydı, ən azın-
dan H.Z.Tağıyevin aqibətini yaşayacaqdı.  
Ağa  Musa  Nağıyevin  xarici  ölkələrin  banklarda  yatırları 
olub.  1938  və  1943-cü  ildə  atamın  adına  İsveçrə  bankından 
gəlmiş  pulu  almaq  üçün  KQB-yə  çağrılır.  Sadəcə,  o  zaman  bu 
pulu  götürmək  könüllü  olaraq  ölümü  seçmək  kimi  bir  iş  idi. 
Birinci  dəfə  onu  elə  qorxudublarmış  ki,  1943-cü  ildə  yenidən 
onun  adına  pul  gələndə  hətta  ardınca  getməkdən  imtina  edib. 
Bildirib ki, həmin pulu yetimxanalara bağışlayır. Atam bizə hər 
şeyi danışmırdı, bərk qorxurdu. Heç şübhə etmirəm ki, o, bank-
ların  adlarını  bilirdi.  Sadəcə,  SSRİ-nin  əbədi  olacağına  inandı-
ğından, bu barədə söz açmırdı... 
 
                            


 
123 
İSTEHSALЧILIQ  MЯHARЯTİ 
 
B
u  dövrdə  bazar  iqtisadiyyatının  inkişafı  proseslərinin  in-
tensivliyi artıq ticarət kapitalı əmtəə-mal istehsalçılarına tabe ol-
maqla kifayətlənmirdi. Neftxudalar bilavasitə sənaye istehsalının 
təşkilində  maraqlı  idilər.  Bunun  üçün  bazarın  genişləndirilməsi 
əvəzsiz  şərt  idi.  Belə  ki,  tacirin  məhsulunu  iri  həcmdə  istehsal 
edə bilməsinə şərait yaradılırdı.  
İki min manat pulun sahibi olan Ağa Musa Qara şəhərdə çox 
da böyük olmayan neft (kerosin) istehsal edən zavod açır. Qısa 
bir müddətdə zavodun gəliri sürətlə artır.  
Rusiya  Dövlət  Bankının  göstəricilərinə  görə,  1879-cu  ildə, 
30 yaşlı Ağa Musanın əmlakı 30 min manat məbləğində qiymət-
ləndirilir.  
80-cı illərin ortalarında Ağa Musa Nağıyevin ticarət dövriy-
yəsi artıq 700 minə çatır.  
Ağa Musa Nağıyevə “II gildiyalı Tacir” hüququ verilir. 
1887-ci  ildə  öz  adına  “Neftayırma  firması”nı  təsis  edir. 
Kapitalın,  istehsalın  görünməmiş  konsentrasiyası,  sahibkarlığın 
aksioner formasının daha çox yayıldığı bir şəraitdə “Musa Nağı-
yev”  firması  milli  sahibkarlıq  müəssisələrindən  sayılıb,  fərdi-
ailəvi xüsusiyyət daşıyıb. 
Artıq 90-cı illərin əvvəllərində Ağa Musa Nağıyevin sərvəti 
durmadan  artırdı.  Zavod  və  ticarət  müəssisələrinin  illik  ticarət 
dövriyyəsi bir milyona çatmışdı. Təmiz gəlir isə 200 min manat 
təşkil edirdi. 
Bunun  nəticəsi  idi  ki,  1893-cü  ildə  Ağa  Musa  Nağıyev       
“I gildiyalı Tacir” hüququnu qazanır. 
1890-cı  ildə  Şəmsi  Əsədullayev  Ramanadakı  neftlə  zəngin 
olan 6 desyatin yeri bərabər payla Ağa Musaya verir. Ağa Musa 
sonradan  qonşu  sahəni  də  alıb  bu  sahəyə  qatır.  1891-ci  ildə 
məhz bu sahədə bir buruqdan 31 min pud neft əldə edir. 
Ağa  Musa  Nağıyevin  sahibkarlıq  etdiyi  zavodda  neftin  tə-
mizlənməsi  daha  effektli  olur.  Bu  müəssisə  qabaqcıl  müəssi-


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə