Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 94 
 
Qurana  çevrildi.  Sonra  Məhəmməd  şəhərə  enib  Cəbrayılın  ona 
öyrətdiklərini parlaq səmimiyyətlə və valehedici qüvvə ilə moizə 
etdi.  O,  öz  kredosunu  belə  adi  şərtlərdə  cəmləşdirə  bilərdi: 
Mənim  təlimim  sadədir.  Allah  vahid  allahdır.  Bütpərəstlikdən 
imtina et. Oğurluq etmə Yalan danışma. Böhtan atma Və heç vaxt 
sərxoş olma. Əgər sən bu təlimləri qəbul etsən, sən İslamın yolu 
ilə  gedəcəksən.  İlahi  qüvvə  tərəfindən  ilhamlanmış  öz 
mülahizələrini sübut etmək üçün ondan möcüzə göstərmək tələb 
edildikdə,  Məhəmməd  bundan  imtina  etdi.  O,  dedi  ki,  Allah 
göyləri  dayaqların  köməyi  olmadan  yüksəltmişdir,  yeri,  çayları, 
əncir,  xurma  və  zeytun  ağaclarını  yaratmışdır  və  bu  şeylərin 
hamısı kifayət qədər möcüzədir. Bu coşğun materializmdə müasir 
eranın  ilkin  pıçıltılarını  eşidirik.  Mələklə  olan  söhbətlər  ərzində 
böyük  mələk  Cəbrayıl  sərinləmək  üçün  Məhəmməddən  nəyisə 
seçməyi  xahiş  etdi.  Məhəmməd  okkultistlərin  “ay  şirəsi” 
adlandırdıqları  südü  seçdi.  İslamda  spirtli  içki  qadağan 
ediləcəkdi. Ezoterik nöqteyi-nəzərdən yüksək əhəmiyyət daşıyan 
bu  idi  ki,  Quranı  diktə  edən  mələk  Cəbrayıl,  ənənəvi  cəhətdən 
Ayın  arximələyi  idi.  Cəbrayıl  burada  bəşər  ehtiraslarına  nəzarət 
edən fikir qüvvəsinin və məhvedici fantaziyanın rəmzi kimi çıxış 
edir,  onun  allahı  isə  böyük  allah  idi  və  müsəlman 
ikönorafiyasında  hilal  ay  kimi  təsvir  olunur.  Məhəmmədin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 95 
 
Məkkənin  bazar  meydanında  moizələri  bəzilərini,  onu  öldürmək 
qəsdini hazırlamağa həvəsləndirir. O, öz şagirdi, öz ardıcıllarının 
rəhbəri olan Əbu Bəkrlə Mədinə şəhərinə mühacirət etdi. 629-cu 
ildə  o,  Məkkəyə  qayıtdı,  öz  ölümünə  qədər  qalan  müddətdə 
(Məhəmməd  peyğəmbər  632-ci  ildə  vəfat  etmişdir)  Ərəbistanın 
qalan hissəsi üzərində öz nəzarətini qurdu. Əbu Bəkr onun varisi 
və  ya  Xəlifə  olduqda,  işğallar  təəccübə  səbəb  olan  qaydada 
davam  etdirildi.  Dini  uğurlu  edən  şeylərdən  biri,  onun  dünyada 
işləməsi,  belə  deyilsə,  maddi  fayda  gətirməsi  idi,  Məhəmmədin 
radikal  monoteizmi,  Aristotelin  elmi  metodologiyası  ilə 
birləşməklə,  axırıncı  həqiqətən  də  ərəb  fikirinə  nüfuz  etmişdi, 
tezliklə İspaniyadan tutmuş Çinin sərhədlərinə qədər Yer kürəsini 
dolaşdı.  Ərəblər  Zoroastrizmdən,  Buddizmdən,  Hinduizmdən  və 
kağız  istehsal  etmək  də  daxil  olmaqla,  Çin  elmindən  yeni 
ideyaları  həzm  etməklə,  onları  yayırdılar.  İslamda,  onun  zəfər 
dövründə  ehkamçılığa  və  paternalizmə  çevrilmək  kimi  bir  meyl 
var  idisə,  Sufizm  əks  impulsu  təmsil  edirdi,  vaxtaşırı  təhrif 
edilməyə  və  bu  yolla  paradoksal  fırlanmağa  aludəçilik  göstərən 
və  ruha  xas  olan  bir  təlim  idi.  Ezoterik  islam  ruhi  həyatın 
tərəfində  olmağını  hiss  edirdi.  Bu,  isə  Sufi  poeziyasında  geniş 
şəkildə  öz  ifadəsini  tapırdı.  Qurandakı  ayəyə  (50.16)  müvafiq 
olaraq “Allah adama onun şah damarından yaxındır” sözləri həm 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 96 
 
də  yüksək  dərəcədə  adamları  özünəməxsusluqdan  ayırırdı,  kütlə 
artıq  onun  çağırışına  oyanırdı.  Böyük  Sufi  yazıçısı  İbn  Ərəbi 
deyirdi  ki,  Sufi  müəllimi  o  adamdır  ki,  öz  üzərindən  pərdəni 
götürür. Sufi müəlliminin təlimatı altında keçirilən dərslərə nəfəs 
almanın dəyişən təcrübələri və vəziyyətə nail olmaq üçün istifadə 
edilən musiqi daxil ola bilərdi. Sufizm bəzən “yuxudan oyanma” 
kimi  ağrılı  prosesləri  öyrədirdi,  bu  özü  barədə  və  bizdən  keçən 
kosmik  mistik  axından  agah  olmağa  imkan  verirdi.  Harun  ər-
Rəşid  öz  erasının  qeyri-adi  şəxsiyyətlərindən  biri  idi.  O,  iyirmi 
yaşında  xəlifə  olmuşdu  və  Bağdadı  dünyanın  ən  füsunkar 
şəhərlərindən birinə çevirmişdi, saraylar tikdirmişdi. Ona yüzlərlə 
əyanlar, qullar və hərəmlər xidmət edirdi. “Min bir gecə” nağılları 
onun hökmranlığının müxtəlif cəhətlərini  təsvir edir. O, sarayına 
dövrünün  bütün  böyük  yazıçılarını,  incəsənət  xadimlərini, 
mütəfəkkirlərini cəlb etmişdi. “Min bir gecə”də olduğu kimi belə 
şayiə gəzirdi ki, o, bəzən gizli qapıdan maska altında sarayından 
çıxırdı  ki,  xalqın  nə  danışdığını  eşitsin  və  onların  real  olaraq  nə 
düşündüklərindən  hali  olsun.  Ən  məşhur  hekayətlərdən  birində 
dənizdəki  balıqçının  öz  torunda  iri  dəmir  qazanı  çıxardığı 
göstərilir.  O,  sahilə  çıxdıqda  gördü  ki,  qazanın  metal  səthinə 
Solomonun  möhürünün  üçbucağı  nəqş  olunmuşdu.  Təbii  olaraq 
çox  şeyə  maraq  göstərən  balıqçı  qazanı  açdı  və  birdən  ondan 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 97 
 
qalxan  qara  buxar  bütün  göy  üzünə  yayıldı.  Beləliklə  o,  görünə 
bilənlərin  hamısını  qaranlığa  qərq  etdi.  Buxar  yenidən  cin 
formasındakı monstra çevrildi və balıqçıya dedi ki, o, Solomonun 
qazanında  dustaq  edilmişdi.  And  içmişdi  ki,  kim  onu  azad  etsə, 
onu  varlandıracaqdır.  Beş  yüz  ildən  sonra  o,  and  içmişdi  ki,  öz 
xilaskarını  hakimiyyətlə  mükafatlandıracaqdır.  Min  illərin 
əsirlindən  sonra,  o,  and  içmişdi  ki,  kim  onu  azad  etsə,  onu 
öldürəcəkdir.  Beləliklə,  cin  dedi  ki,  balıqçı  ölməyə  hazırlaşsın. 
Lakin  balıqçı  ona  dedi  ki,  inanmır  ki,  cin  həqiqətən  qazanın 
içindəydi və beləliklə ruh bunu sübut etmək üçün özünü əvvəlki 
buxov  vəziyyətinə  çevirdi  və  yavaş-yavaş  spiral  qaydasında 
hərəkət  etməklə  qazanın  içinə  girdi.  Bu  vaxt  balıqçı  qazanın 
qapağını  bağladı.  Bu  uşaqlar  üçün  səfeh  bir  nağıl  kimi  görünə 
bilər,  okkultistlər  üçün  isə  bu,  ezoterik  biliklərlə  bir  yerdə 
qablaşdırılmışdır. “Cin” sözü “gizlətmək” demək idi və təfsilatına 
varan  nəzəriyyə  və  praktikada  o  demək  idi  ki,  dağılmış  evlərdə, 
quyularda, körpü altında gizlənir. Cin alovdan və havadan ibarət 
olmaqla,  mələklərdən  və  şeytanlardan  aşağıda  dayanır.  Cin 
barədəki  rəvayətlər  ərəb  xalqları  arasında  fəal  şəkildə  yayılırdı. 
Bundan əlavə amumetlərdə (həmayillərdə), üzüklərdə və daşlarda 
ruhların və demonların dustaq edilməsi, Solomonun möhürü kimi 
sehrli  cisimlərdən  istifadə  edilməsi  də  yaxşı  məlum  idi.  Orta 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə