Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının mənəvi durumu barəsində ətraflı qeydlər
general
Denstervilin xatirələrində öz əksini tapmışdır". Erməni qoşunları və onların liderlərinə simpatiyasını nümayiş
etdirən general Denstervil onların nə dərəcədə qorxaq olmasını gizlədə bilməmişdir. Mart-aprel
aylarında
Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırıma görə gec-tez cavab verəcəklərini başa düşən ermənilər vahimə
içində gah Sovet Rusiyasının, gah da ingilislərin ətəyindən yapışır, çoxlu silah və texnikaları
olmasına baxmayaraq uduzurdular.
Qeydlərinin əvvəlində general yazırdı ki, "ingilislərdən 200 nəfər zabit və elə о qədər də əsgər yeni təşkil
edilmiş hissələrdə təlimatçı olmalı idi".
88
Başqa sözlə desək, 10-15 minlik yerli qoşunun yenidən təşkil edilməsi
və təcrübəli ingilis zabitləri ilə təlim keçib döyüşə göndərilməsi, generalın fikrincə, kifayət etməli idi. Lakin o,
"yerli qoşunların" necə qorxu içində olmasından bixəbər idi. Avqustun 7-də Erməni Milli
Şurasının nümayəndəsi doktor Araratyansa ünvanladığı mək-tubunda general yazırdı: "Ermənilər
müdafiəçilərin
əksəriyyətini təşkil edirlər. Müdafiədə olanların qoşunları qüvvələrin düzgün təşkil olunmamasından
əziyyət
çəkirlər və onların qəhrəmanlıqları nahaq yerə sərf edilir. Bu qüsuru aradan qaldırmaq üçün mənim
tezliklə kifayət qədər zabitim olacaq".
89
Göründüyü kimi, avqustun əvvəllərində Ənzəlidə olan və
Bakıdakı mövcud vəziyyətdən xəbəri olmayan general zənn edirdi ki, erməni dəstələrini yenidən təşkil
etməklə qələbə qazanmaq olar.
Avqustun 15-də polkovnik Keyvortun göndərdiyi raportda maraqlı məqam var: "Ruslar
ermənilərlə işləmək istəmirlər. Deyirlər ki, rus zabitləri türklərin cərgələrində bizə qarşı vuruşurlar, ona görə
də yerli rus zabitləri cəbhəyə getməkdən imtina edirlər. Ermənilər isə ruslarla bərabər işləmək istəyirlər, əgər
ruslar buna icazə versələr". Artıq mart-aprel qırğınlarından sonra Qırmızı Ordu tərkibində olan
ruslar (söhbət qatı bolşeviklər və ya monarxistlərdən deyil, şovinist şüarlar ("azərbaycanlılar bütün
xristianları qıracaqlar" və s.) ilə qoşunlara al-dadılaraq cəlb edilən ruslardan gedir) Qafqaz İslam Ordusun
sıralarında xidmət etməyə razı idilər, nəinki erməni qoşunlarının tərkibində vuruşmağa.
Keyvortun raportunda daha bir maraqlı məqama rast gəlirik: "Yerli qoşunlar, əksər hallarda
ermənilər səngər qazmaqla az məşğul olurlar onları buna məcbur edəndə isə deyirlər: "Nəyə görə biz səngər
qazmalıyıq?
Biz səngər qazmaq istəmirik: bu, qorxaqların işidir, biz döyüşmək istəyirik". Onlar qayalar arxasında
uzanır, oradan havaya güllə atırlar. Onlar bu manevri türklər heç hücuma keçməyəndə belə edirlər..
."
90
Beləliklə, ermənilər arasında olan ingilis polkovniki onların əsl mahiyyətini anlamağa
başlayır: döyüşmək fikrində olmayan ermənilər özlərini döyüş həvəskarı kimi göstərir, döyüş
xəttinə gətiriləndə isə sursatı havaya boşaldırdılar ki, sursat çatışmazlığından onları geri çağırsınlar.
Öz zabitlərindən fərqli olaraq ermənilərə bel bağlayan general Denstervil müxtəlif xülyalarla yaşayırdı;
gah hesab edirdi ki, erməni dəstələrinə yeni struktur vermək lazımdır, gah da düşünürdü ki, onları
ingilis
hissələri arasında yerləşdirməklə vəziyyəti kökündən dəyişmək olar.
Lakin çox keçmir ki, о əsil vəziyyəti anlamağa başlayır. General yazırdı: "Hərbi sursatın
qənaətlə
istifadəsi barədə ciddi əmrə baxmayaraq həm top, həm də tüfəng sursatı hədər yerə sərf
olunurdu. Mən
mövqelərin sağ cinahına rəhbərlik edən bir polkovnikin diqqətini onun mənasız yerə atəş açan
artilleriyasına cəlb etdim. Polkovnik cavab verdi: "Bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərdə olanlar
bizim toplar atəş açanda çox xoşlanırlar və əgər mən ara-sıra topdan atəş açmasam, onlar
səngərlərdə qalmazlar".
91
Bu fakt göstərir ki, erməni silahlılarını hətta döyüş olmayanda belə
səngərdə saxlamaq müşkül məsələdir, о ki qaldı döyüş olanda.
Öz qeydlərinin bir çox yerində general “ Bakı qoşunlarının ağciyərliyi", "əsil əsgərlər olmaması", "kağız
üzərində qoşun" olması barəsində yazır.
General-mayor Denstervil daha sonra yazırdı: "Əgər biz yerli qoşunlara qəhrəmanlıq ruhu
aşılaya
bilsəydik, kənardan kömək gəlmədən vəziyyətdən çıxmaq olardı, lakin kütləvi qorxaqlıq və əmrlərə
tabe olmamaq məhvedici təsir göstərirdi. Mən bütün erməniləri qorxaqlıqda günahlandırmaqdan uzağam;
mənim
qeydlərim yalnız Bakı ermənilərinə aiddir, çünki onlar qəhrəmanlıqları ilə tanınan İrəvan və Kiçik
Asiyanın
dağlı ermənilərinə bənzəmirlər". Generalın bu xatirələri göstərir ki, o, məğlubiyyətlərin əsil səbəbini silah və
sursat çatışmazlığı, struktur səhvləri ilə deyil, məhz əksəriyyətini ermənilər təşkil edən qoşunların qorxaqlığı ilə
bağlı olmasını, nəhayət ki, dərk etmişdir.
Bununla belə o, qorxaqlıqda yalnız Bakı ermənilərini günahlandırır, digər erməniləri isə qəhrəman kimi
göstərməyə çalışır. Unudur ki, bu ermənilər öz "qəhrəmanlıqlarını" İrəvanın və Kiçik Asiyanın dinc müsəlman
əhalisinə qarşı göstərmiş və qəddarlıqları ilə ad çıxarmışdılar.
Bakı ermənilərinin qorxaqlığını görən ingilis qoşunlarının komandanı nicatın İrəvan
88
Денстервиль, c.11.
89
Денстервиль, c.88.
90
Денстервиль, c.95.
91
Денстервиль, с. 104.
38
Dostları ilə paylaş: |