tanınmış daşnaksakan Amazasp və onun köməkçisi Nikolayın başçılığı ilə dəstə şəhəri (Qubanı) mühasirəyə
alaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutdu. Dəstə maneəsiz şəhərə daxil oldu. Şəhərin
tutulması müsəlman əhalinin qırılması və onlara işgəncələr verilməsi ilə müşayiət olunurdu.
Ermənilər
küçələrdə rast gəldikləri kişi, qadın və uşaqları amansızcasına qırır, evlərə soxulur və bütöv
ailələri məhv edirdilər, heç südəmər uşaqlara da rəhm eləmirdilər... Ümumən iki minə yaxın müsəlman kişi,
qadın və uşaq öldürüldü, Amazaspın dəstəsi tərəfindən şəhər talan edilmişdi: dörd milyon rubl nəğd
pul, 4,5 milyon rubl dəyərində qızıl, qızıl əşyalar və daş-qaş, iyirmi beş milyon rubl məbləğində müxtəlif
mallar və ərzaq məhsulları. Bundan başqa, Amazaspın dəstəsi Quba şəhərində yüz beş ev və tikilini
yandırmışdı... "Yanğınlardan mülk sahiblərinə 100 milyon rubl dəyərində ziyan dəymişdi. Qubaya
gəlməzdən əvvəl Amazaspın dəstəsi dəmir yolunun hər
iki tərəfində
yerləşən
müsəlman
kəndlərini məhv
etmişdi.. .Ümumən Quba qəzasında Amazaspın dəstəsi
122 müsəlman kəndini darmadağın etmişdi... Dəstə Qubaya Şaumyanın istəyi ilə göndərilmiş,
dəstənin tərkibi о vaxtkı hərbi komissar Korqanov tərəfindən toplanmış, iki min ermənidən ibarət olmuşdur,
onların hamısı "Daşnaksutyun" partiyasına mənsub olan ermənilər idi... Dəstənin komissarı Venuns
adlı birisi idi".
128
"Cəza dəstəsi" adlanan bandanın siyasi məqsədləri yox idi. Bunu Amazaspın bəyanatları da
təsdiqləyir: "Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm... Mən qayda-
qanun yaratmaq və sovet hakimiyyəti qurmaq üçün gəlməmişəm. Mənə əmr ediblər Xəzər dənizi
sahillərindən
Şahdağa qədər ərazidə olan müsəlmanları məhv edim". Bu sözlər bir daha sübut edir ki,
Bakı Soveti
komandanlığında olan ermənilər bolşevik şüarları altında
azərbaycanlıları qırıb onların
torpaqlarında
məskunlaşmaq istəyirdilər.
Qafqaz İslam Ordusunun
türk-Azərbaycan
hissələri ilə
üzbəüz gəlməkdən
qorxan
Amazasp
məğlubiyyətlər silsiləsi başlayan kimi Bakıdan İrana qaçır, sonra isə
Ermənistana
keçərək Nor- Bəyazid bölgəsində erməni hissələrinin komandiri təyin edilir. 1920-ci
ildə türk qoşunları ilə döyüşlərdə məğlub edilən Amazasp Ermənistanda
sovet hakimiyyətinin qurulmasını səbirsizliklə arzulayır və sovetlər
yaxınlaşanda Ermənistanda qalır. Lakin bu dəfə Amazasp sahiblərini
dəyişməyə imkan tapmır,
1921-ci ild ə həbs edilərək İrəvan həbsxanasına atılır və burada öldürülür.
Əlbəttə, Sovet Rusiyasının rəhbərliyi bütün baş verənlərdən xəbərdar
idi. Lakin nəyin bahasına olursa olsun Bakı neftinə nəzarəti itirmək istəməyən
bolşevik
hökuməti məqsədinə çatmaq üçün şəhərdə onun adından fəaliyyət göstərən
Bakı
Soveti və onun üzvlərinin bütün cinayətlərinə göz yumurdu.
İyulun 6-da L.Biçeraxov Qafqaz İslam Ordusuna qarşı vuruşan qoşunların baş
komandanı təyin edildi, bundan sonra Qırmızı Ordunun komandanlığı
tərkibində
dəyişmələr olacağı ehtimal edilə bilərdi. Lakin Bakı Soveti rəhbərliyi Biçeraxovu
sol cinaha göndərdi, sağ cinah
və mərkəz qoşunlarına əvvəlki kimi Q.Korqanov rəhbərlik edirdi. Faktiki olaraq komanda
heyətində nə
keyfiyyət, nə də kəmiyyət dəyişikliyi baş verdi.
Dövrün sərkərdələri sırasında Biçeraxov xüsusi yer tutur. Əslən osetin olan Lazar Fyodoroviç Biçeraxov
1882-ci ildə İmperator Mühafizə Konvoyunun zabiti ailəsində anadan olub.
1-ci
Peterburq realnı məktəbini, sonra isə Alekseyev hərbi məktəbini bitirib, Tersk
kazak qoşununun Qorsk-Mozdok alayında xidmət
edib. I Dünya müharibəsi
dövründə Qafqaz cəbhəsində vuruşub, İranda olan kazak reyd dəstələrmdən
birinə rəhbərlik edib. 1917-ci ildə polkovnik rütbəsi alan Biçeraxovun
ordenləri sırasında 4-cü dərəcəli Mq.Georgi ordeni də vardı. Rusiyada
inqilabi hərəkatlar başlananda bolşeviklərə qarşı çıxıb, Şimali Qafqazda
sovetlərə qarşı qiyam qaldırmış qardaşı Georgi Biçeraxova bütün vasitələrlə
kömək edib. General Denstervil L.Biçeraxov barəsində yazırdı: "Biçeraxov qırxa
yaxın yaşı olan birisidir, gözəl bədən quruluşuna malikdir, hərbçi olduğu dərhal
bilinir. Müharibə şəraitində əla xidmət göstərir, bir neçə dəfə yaralanıb.
Qorxmaz komandir olduğundan adamları ona çox inanırlar... Onun adamları
Biçeraxovun şəxsiyyətinə sadiq qalıb onların sədaqəti sayəsində o, bir
çox igidliklər göstərib. Müharibənin əvvəlində yaralandığından Biçeraxov çəliklə gəzir".
129
General Denstervil
yazırdı ki, "o, bütün varlığı ilə Rusiyanın adamıdır, onun bütün planları Rusiya maraqlarının
128
Доклад Члена Чрезвычайной Следственной Комиссии Новацкогс. ARMDTA,
f.1061, siyahı 1, iĢ 95,
v.5-8.
129
Денстервиль, с.15.
130
Гражданская война. Энциклопедия, с.68.
49