Qırmızı Qvardiya Bakıdan keçən rus hərbçilərinin tərksilah edilməsinə başladı. Əgər əsgərlər sovet hissələrində
xidmət etməyə razı deyildilərsə silah alınmalı idi. Dekabrın 16-da Bakı Sovetinin sədri S.Şaumyanın Qafqazın
Fövqəladə Komissarı təyin edilməsi barəsində RSFSR Xalq Komissarları sovetinin qərarı elan
edildi.
27
Yanvarın 13-də erməni hökumətinin təşkil edilməsi ideyasının dəstəklənəcəyini bildirən bolşeviklər Azərbaycan
xalqının öz müqəddəratını həll etmək istəyini inqilabi Rusiyaya qarşı xəyanət kimi qarşıladılar.
Halbuki noyabrın 17-də Lenin və Stalinin imzaladığı müraciətdə Şərqin və Rusiyanın müsəlman
zəhmətkeşlərinə öz müqəddəratını təyin etmək hüququnun veriləcəyi vəd edilmişdi.
28
Lakin Bakı əhalisinin böyük əksəriyyəti bolşeviklərin qərarlarına məhəl qoymur, Bakı
bələdiyyəsini hakim orqan kimi tanıyırdı. Dekabrın 15-də bələdiyyənin fövqəladə iclasında Hərbi
İnqilabi Komitənin tədbirlərinə qarşı etiraz edildi. Hadisələrin iştirakçısı Anastas Mikoyan 1923-cü il
martın 14-də "Bakinskiy raboçiy" qəzetində çap olunmuş məqaləsində qeyd edirdi ki, Bakıda şəhər
bələdiyyəsinin fəaliyyəti Bakı Sovetinə möhkəmlənmək imkanı vermirdi.
29
Yanvarın 5-də Petroqradda
bolşeviklər Müəssislər Məclisini buraxdılar, bu isə Azərbaycanda da vəziyyəti kəskinləşdirdi. Yerli
bolşeviklər siyasi deyil, hərbi yolla hakimiyyətə gəlib onu əldə saxlamağın nümunəsini əyani surətdə
gördülər. Yanvarın 15-də Qırmızı Ordunun yaradılması barədə dekret imzalandı.
30
Qırmızı Ordu beynəlmiləl
adlandırılsa da, ora təkcə rus və ermənilər yazılır, nəticədə antiazərbaycanlı qüvvələr vahid
cəbhədə birləşmiş olurdular. Fevralın 10-da
Zaqafqaziyadan Müəssislər Məclisinə
seçilmiş
deputatlar
Tiflisdə
toplaşaraq
Zaqafqaziya Seymini çağırdılar, bu isə
bolşeviklər tərəfindən real
təhlükə
kimi
qiymətləndirildi.
31
Seym
bolşeviklərin Cənubi Qafqazı ələ
keçirməsinə
maneçilik törədən gücə
Rusiyası regionu
tamamilə
imkan
verməmək
üçün
çevrilərdisə, Sovet
itirmiş olardı.
Buna
hadisələrin
axarı
kəskinləşdirildi, Bakı bolşevikləri
Həştərxandan
dəniz yolu ilə hərbi texnika alaraq,
rəqibləri birdəfəlik məğlub etmək üçün hərbi
münaqişəyə
hazırlıq gördülər.
Fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-
mayor
X.Talışinski və qərargah zabitləri vağzalda həbs edildilər. Bu, müsəlman əhalinin böyük
narazılığına səbəb oldu. Buna görə bolşeviklər onları azad etdilər. X.Talışinski və onun
zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi"İsmailiyyə" binasında toplaşıb fəaliyyətə başladılar.
32
Erməni Milli Şurası silahlı dəstələrin təşkil edilməsində çox fəal idi.
33
"Daşnaksutyun" liderləri də qeyd
edirdilər ki, partiya Bakıda azərbaycanlıların hakimiyyətə gələcəyindən qorxaraq yerli bolşeviklərlə sıx əlaqə
qurmuşdur. Əslində isə yerli bolşeviklər elə bolşevik pərdəsi ilə maskalanan Bakı Sovetinin erməni liderləri idi.
Beləliklə, cütlüyün vahid platforması Azərbaycan xalqının fiziki varlığına son qoymaq idi. Bakı neftinə sahib
olmaq üçün istənilən qüvvə ilə birləşməyə hazır olan Rusiya bolşevik hökuməti onları dəstəkləyirdi.
Martın əvvəllərinə artıq kifayət qədər qüvvə toplanmışdı. Bakı Sovetinin şimalla və Muğanla əlaqələrinin
itməsi, Azərbaycan milli hərbi hissələrinin hələ tam formalaşmaması bolşevik-erməni qüvvələrinin məhz mart
ayını hücum üçün münasib vaxt kimi seçməsinə təsir göstərdi.
1.6. 1918-ci ilin mart soyqırımı
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş verən 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra
yaranmış vəziyyəti öz məqsədləri üçün istifadə edən ermənilər Qafqazın ən böyük iqtisadi və inzibati mərkəzi
olan Bakı şəhərini ələ keçirməyə çalışırdılar. Bakıda erməni mövqelərinin sürətlə güclənməsi şəhər
başçısı S.İ.Despot-Zenoviçin istefası və erməni X.S.Antonovun bu vəzifəyə təyin edilməsindən
sonra baş verdi. Quberniya jandarm idarəsi (rəisi polkovnik N.F.Fon-Frank) dəfələrlə raportlar verərək
məruzə edirdi ki, "Bakı
27
Бланк Чрезвычайного Комиссара. // Великий Октябрь и Советский Азербайджан (экспонаты рассказывают). Баку, 1977.
28
Документы внешней политики СССР, т.1. Москва, 1957, с.34-35; Балаев А. Азербайджанское, с. 15.
29
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921). // «Литературный Азербайджан, 1993, № 3-4, с.66.
30
Токаржевский Е.А. Из истории иностранной интервенции и гражданской войны в Закавказье. Баку, 1957, с.28.
31
Насиров Т. Борьба за власть, с.35.
32
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.56.
33
Дарабади П.Г. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку, 1991, с. 103.
14