Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə81/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   77   78   79   80   81   82   83   84   ...   113

azərbaycanlı   süvari   bölükləri,   piyada   hissələri   və   topları,   13-cü   alaydan   götürülmüş   rus   səhra   topları   
taqımı iştirak etməli idi. Qarasaqqala hücumunu iki türk piyada bölüyü, bir pulemyot taqımı icra etməli idi.
446
 
İyulun    12-də    başlayan    döyüş    göstərdi    ki,    5-ci    firqənin    komandanlığı    planı    tərtib    edərkən   
düşməni    zəif  saymışdır,    halbuki    sovetlər    Karrar    və    Qarasaqqala    əlavə    qüvvələr    gətirmişdilər.   
Karrar    stansiyası    uğrunda  döyüşdə    sovetlər    tərəfindən    2    zirehli      qatar,    bir    neçə      zirehli     
avtomobil,    8    top    piyadaların    hərəkətlərini  dəstəkləyirdi.
447   
Nəticədə  13-cü  piyada  alayının  şimala 
hərəkəti dayandırıldı. 
İyulun    13-də    baş    vermiş    döyüş    nəticəsində    Qarasaqqal    kəndi    azad    edildi,   Karrar    stansiyası   
uğrunda döyüşdə isə düşmənin zirehli texnikası qoşunlara irəliləməyə imkan  vermirdi (azərbaycan hissələri 
stansiyanın 
400    metrliyində,    13-cü    alay    800    metrliyində    mövqe    tutdular).    Döyüşdə    fərqlənmiş    Həsən    bəy    aldığı   
ağır 
yaralardan həlak oldu. Nuru paşa hadisələrin gedişini öyrənən kimi dəmir  yolunun dağıdılmasını, ya da toplar 
vasitəsi    ilə    düşmənin    zirehli    qatarlarının    zərərsizləşdirilməsini    əmr    etdi.    İyulun    14-də    döyüş   
başlayan    kimi Müsüslü   dəstəsi   irəli   atıldı,   13-cü   alay   isə   düşmənin   arxasına   keçib   dəmir   yolunu   və   
zirehli    qatarları    məhv  etməyə  çalışdı.  Düşmən  geri  çəkilməyə  məcbur  olaraq  Sığırlı  stansiyasında 
möhkəmləndi.
448
 
Cəbhəyə    gələn    S.Şaumyanla    görüşündə    L.Biçeraxov    əlavə    qüvvələrin    göndərilməsini    tələb    etdi   
və 
Şaumyan    buna    söz    verdi.    Bakıya    qayıdaraq    cəbhədə    vəziyyətin    ağır    olduğunu    və    əlavə    qüvvəyə   
ehtiyacın yarandığını bildirsə də sözünə əməl edə bilmirdi, çünki ağır döyüşlərdən sonra sovetlər arasında hərc-
mərclik və özbaşınalıq halları artmışdı.
449
 
Göyçay,    Qaraməryəm,    Kürdəmir    döyüşlərində    ümumən    QİO    tərəfindən    13    zabit,    235    sıravi   
həlak 
olmuşdur.
450
 
İyulun 12-də Karrar uğrunda döyüşlər gedən zaman sovet komandanlığı gözlənilmədən Salyan bölgəsində 
hücum  əməliyyatı   keçirdi.  Bakıda   3-cü   və   5-ci   taborlardan   seçilən   döyüşçülər   (3-cü   tabor   erməni   taboru   
idi) 
Ter-Avakimovun rəhbərliyi ilə 2 gəmi vasitəsi ilə Kürə daxi olmuşdular.
451   
Düşmənin 400 piyadası, 50 süvarisi, 
12 pulemyotu, 3 topu var idi.
452   
Hacıqabuldan qalxan iki düşmən təyyarəsi müsəlman kəndlərini bombalamağa 
başladı.
453   
Salyan    dəstəsi    Qaraqaşlı    kəndi    yaxınlığında    mövqe    tutdu.    2    top    və    2    pulemyotu    olan   
Azərbaycan  hissə-lərinə      minbaşı    Nazim  Ramazanov  və    zabit    Soltan    Hüseynzadə  rəhbərlik  edirdi. 
Onların   köməyinə  100 
könüllü    ilə    Sərxan    Şirvanlı    adlı    şəxs    gəlmişdi.
454     
Dəstə    ayıqlıq    nümayiş    etdirmiş,    düşmənin   
irəliləməsini 
əvvəlcədən öyrənərək Yeni Vasilyevka kəndi yaxınlığında ona layiqli müqavimət göstərmişdi. Düşmən iyulun 
15-dək müdafiə xəttlərinə 4 dəfə hücum etmiş, lakin geri atılmışdı. Topların atəşi ilə Salyanda böyük dağıntılar 
olmuşdu.
455   
Nəhayət,    köməyə    28-ci    və    26-cı    türk    taborlarının    Həmdi    əfəndi    və    Bəsri    əfəndinin   
rəhbərliyi   ilə  bölüklər  gəldi.  Baş  vermiş  döyüşdə  itkilər  verən  bolşevik-erməni  bölükləri  yaralılar  və  sursatı 
ataraq gəmilərlə qaçmağa üz tutdular. Qaraqaşlı kəndi xəttində olanda top mərmilərindən biri bolşevik gəmisinə 
dəymişdi.  Xilli,  sonra  isə  Bankə  qəsəbəsində  möhkəmlənmək  istədikdə  bolşevik-ermənilərə  hücum  edilmiş  və 
düşmən  gəmilərlə  Bakıya  qaçmışdı.
456   
Döyüşdə  düşməndən  31  nəfər  əsir  alınmış,  4  pulemyot,  63  tüfəng, 
döyüş  sursatı,  7  qayıq, benzin,   ərzaq   ehtiyatı   qənimət   kimi   ələ   keçirilmişdi.   Döyüşdə   türk-azərbaycanlı   
hissələrindən   11   əsgər   həlak olmuş, 13 əsgər və 1 zabit yaralanmışdı.
457
 
26-29      iyun      və      12      iyul      döyüşlərində      Salyan      bölgəsində      həlak      olan      türklər      Salyan     
və      Bankə  qəbiristanlıqlarında  dəfn  olunmuş,  onlardan  günümüzə  qədər  topçu  Ömər  bəyin  məzarı  və  4 
naməlum əsgərin qəbri Salyan, 9 qəbir isə Bankə qəbristanlığında mövcuddur.
458
 
Xəzərdən Kür çayına düşmən gəmilərinin keçməsinin qarşısını almaq üçün Kürün ağzında köhnə gəmilər 
batırılmışdı. Dəniz xəttinə və Kür çayının sağ sahilinə nəzarət etmək üçün N.Ramazanovun bir bölük həcmində 
dəstəsi (2 pulemyot və 1 top) burada saxlanılmış, qalan qüvvələr QİO-nun əsas qüvvələrinə doğru getmişdilər. 
Beləliklə,    Yeni    Vasilyevka-Qaraqaşlı-Bankə    əməliyyatını    keçirməklə    düşmən    Muğana    çıxış    əldə   
etməyi,    Kür  çayı  ilə  irəliləyərək  QİO-nun  cinahına  zərbə  endirməyi,  Muğanda  polkovnik  İlyaşeviçin     
qüvvələrini dövüşlərə qatmağı,     QİO-nun     əsas     qüvvələrindən     Salyana     hərbi hissələrin  məhz  iyulun
 
12-də      (Karrar  uğrunda  döyüşlər 
gedəndə) ayrılacağını planlaşdırmış olsa da, onların heç birinə nail ola bilmədi. Əksinə, bölgə düşmən gəmiləri     
üçün    bütünlüklə    bağlandı,    Muğanda    möhkəmlənmiş    polkovnik     İlyaşeviçin    qoşunları     neytrallığı 
446
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.319. 
447
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.230. 
448
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.231. 
449
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с. 119. 
450
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.103. 
451
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.322. 
452
Yuceer N. Birinci Dünya savaşında, s.88. 
453
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.106. 
454
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 452. 
455
Süleymanov M.S. Azərbaycan Ordusu, s. 110. 
456
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 140. 
457
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.107. 
458
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.107-108. 
127 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə