Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə87/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   83   84   85   86   87   88   89   90   ...   113

 
 
tərkibində bir piyada taboru (38-ci alaydan), 1 süvari bölüyü, 1 topçu tağımı var idi. Şərq cəbhəsi komandanlığı 
döyüşü idarəetməni yaxşılaşdırmaq üçün qərargahı Qobuya köçürdü.
499
 
Cənub    qrupu    düşməni    Heybət    stansiyasınadək    qovdu,    burada    sovetləri    bir    zirehli    qatar   
dəstəkləyirdi.  Vəziyyətin  kəskinləşməsini,  bolşeviklərin  öz  məğlubiyyətlərini  onun  üzərinə  yıxmasını  görən, 
şəhərin  müdafiə  olunacağına  inamını  itirən  Biçeraxov  öz  dəstəsi    və  bir  zirehli  qatarla  cəbhəni  tərk  edib 
Biləcəri  stansiyası  ilə  dəniz  arasında  mövqe  tutdu.
500   
Biçeraxovun  özü  ilə  İrandan  gətirdiyi  qüvvələrdən  cəmi 
300 nəfər sağ qalmışdı, onun  dəstəsinin əksər  yeni  döyüşçüləri  Bakı  və  ətrafların rus  kəndlərindən  toplananlar 
idi.
501   
Dəstədə həmçinin 
4 ingilis zabiti və 50 əsgəri, yük avtomobilləri, bir zirehli avtomobil var idi.
502   
Oşimala doğru hərəkət etdi. 
Bakıda    iyulun    30-dan    31-ə    keçən    gecə    daşnak    partiya    liderləri    və    bolşevik    dəstələrinin   
rəhbərləri müşavirə  keçirərək 
  
  cəbhəyə
 
 
  3000  erməni  göndəriləcəyi  barəsində 
qərar  qəbul  etmişdilər.  Həmin  gecə    QİO-nun    Şərq   
cəbhəsi    komandanlığı    Şimal    və  Cənub
 
qruplarına  iyulun       31-də  hücumu   davam 
etdirmək      əmrini      verdi.      Düşmən      düşərgəsində     
olan çaşqınlıqdan 
   istifadə 
 etməklə
 
mümkün 
  qədər irəliləməyə   çalışan 
 
komandanlıq        Cənub        qrupuna  Heybət     
stansiyasınadək      irəliləmək      və      Bakıya      iki 
istiqamətdən    yaxınlaşmaq    əmrini    verdi.    Şimal   
qrupu  qarşısında      dayanan      düşmən      qüvvələrini     
əzməli      və  Bakıya    girməli    idi.    Şəhərdə    düşmən   
qüvvələri    məhv  ediləndən    sonra    burada    yalnız   
13-cü    alay    qalmalı,  qalan  hissələr  isə  şəhərdən 
çıxarılmalı idi.
503   
Avantüra qoxusu     gələn     bu     əmr     
əslində      düşmənin      nə      qədər  qüvvəyə      malik     
olduğunu,      onun      hansı      mövqelərdə  dayandığını,
 
 
şəhərin  müdafiəsinin  necə 
   təşkil 
olunduğunu, 
müdafiəyə 
cəlb  ediləcək 
hidroaviasiyası    və    hərbi    gəmiləri    ilə   
necə 
qüvvələrlə      mübarizə      aparılacağını     
nəzərə 
düşmən 
və   
hansı 
almadan 
verilmişdi.      Düşmən      qoşunlarının      sıxılaraq     
Bakıya 
doğru   geriləməsi   cəbhənin   müdafiə   xəttini   daraldırdı.   Buna   görə   müqavimət   qüvvəsini   artırmalı   idi.   
Üstəlik komandirlər sursatın tükənməsindən xəbər verir, içməli suyun olmaması  isə fəlakət həddinə çatmışdı. 
Qızmar 
günəş altında sürətli hücumun təşkili üçün avtomobillər ayrılmamışdı, halbuki Bakı ətrafında keyfiyyətli yollar, 
türk-Azərbaycan    hissələrində    qənimət    kimi    ələ    keçirilmiş    avtomobillər    var    idi.    Qatarların   
lokomotivlərində  texniki  su  istifadə  olunduğundan  bu  suyun  tükənməsi  nəticəsində  zirehli  qatar  döyüşdə 
iştirak  edə  bilmir  yük qatarlarının dayanması isə cəbhəyə ərzaq, su və döyüş sursatını çatdırılmasını ləngidirdi. 
Nuru paşanın əmri ilə Yevlaxdan göndərilən 18 çən su iyulun 31-də axşam yola düşmüş və döyüş başlayanadək 
qoşunlara çatmamışdı. 
Bir    sözlə,    iyulun    31-nə    planlaşdırılan    hücum    yalnız    cəbhədəki    psixoloji    duruma    hesablanmışdı.   
Ehtimal olunurdu   ki,   türk-Azərbaycan   qoşunları   sürətlə   hücuma   keçərsə,   düşməni   müdafiə   olunmaq   üçün   
hazırladığı 
mövqelərdə  möhkəmlənə   bilməyəcək,   çaşqınlıq  içərisində   geri  çəkiləcək.   Belə  tələsikdə   Bakıya   hücum  təşkil 
etməyi QİO rəhbərliyindən Ənvər paşa tələb edirdi. Almaniyanın təzyiqi ilə üzləşən və ingilislərin Bakıya qoşun 
çıxarmaq ehtimalını nəzərdən qaçırmayan Ənvər paşa tezliklə Bakının tutulmasını tələb edirdi.
504 
İyulun 31-də 
qruplar  hücuma  başladılar.  Gecə  saat  3:30-da  başlayan  hücum  səhər  saat  8:00-da  düşmənin  Xırdalan  ətrafında 
yaratdığı müdafiə mövqelərinin (səngərlər, tikanlı məftillər) yarılması ilə nəti-cələndi.
505   
Sumqayıt istiqamətinə 
göndərilmiş    dəstə    buradakı    düşmən    hissələrini    məğlub    etmişdi.    Dəstə    şimala    gedən    bütün    yolları   
kəsməklə  sovetlərin  Abşeron  yarımadası  çərçivəsində  mühasirəyə  alınmasını  tamamladı  və  Şollar  su  xəttinə 
nəzarəti  ələ  keçirmək  Şimal  qrupunu  içməli  su  ilə  təmin  etdi.
506   
Şimal  qrupu  Heybət  stansiyasından  2  km 
şərqdə yerləşən 
905 №-li yüksəkliyi tutdu, sonra Xırdalanı azad etdi. Lakin geri sıxılan düşmən dəstələri birləşərək sahil xəttinə 
yaxınlaşmış    hərbi    gəmilərinin    açdığı    atəşlə,    həmçinin    havadan    türk    -    Azərbaycan    qoşunlarını   
bombalayan    2  aeroplanın  dəstəyi  ilə  əkshücuma  keçdilər  və  905  №-li  hündürlüyü  geri  aldılar.  Yeni  qüvvə 
göndərməklə  Şimal  qrupu  rəhbərliyi  vəziyyəti  düzəltdi  və  yenidən  905  №-li  hündürlüyü  tutdu.  Şimal  qrupu 
hücumu  genişləndirərək  əvvəlcə    Coratı,    sonra    Hacı    Həsən    kəndi    ətrafındakı    təpələri    ələ    keçirdi.   
Cənub    qrupu    Nəvai    və    Ağbulaq 
499
Yuceer N. Birinci Dünya savaşında, s.100-101 
500
Дарабади П.Г. Военные проблемы, с.120. 
501
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.95. 
502
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.133. 
503
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.251. 
504
Yuceer N. Birinci Dünya savaşında, s.97. 
505
Süleymanov M.S. Azərbaycan Ordusu, s.115. 
506
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, 335. 
133 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə