heç kimin yaşamamasını və su ehtiyatlarının olmamasını vurğulayan Mürsəl paşa ərzaq və su
təminatında,
döyüş sursatının çatdırılmasında problemlər olmasını bildirmişdi. Erməni- rus kəndləri ətrafında taxıl ehtiyatları
vardı (bolşevik-erməni qoşunları onlara toxunmur, yalnız müsəlman kəndlərini məhv edirdilər), lakin bu taxılı
üyütmək xeyli vaxt və əlavə səylər tələb edirdi. Əsas anbarların Kürdəmirdə yerləşməsini, bu
anbarların döyüşən hissələrə yaxın olan, Şamaxıya köçürülməsi üçün vaxt və nəqliyyat tələb olunmasını bildirən
Mürsəl
bəyin göstərdiyi səbəblərlə razılaşan Nuru paşa iyulun 26-dək təminat-təchizat məsələləri ilə məşğul
olmağa
icazə verdi.
479
7.8.Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il)
Əvvəlki döyüşlərdə güclü zərbələr almış bolşevik-erməni qoşunları törətdikləri əməllərə görə
cavab verməli olacaqlarını dərk edərək geri çəkilirdilər.
480
Sovet Rusiyasından göndərilən silah və
sursatın həcmi artmışdı. İyulun 19-da Q.Petrovun dəstəsi Rusiyadan Bakıya gəldi və dərhal cəbhəyə
göndərildi.
481
Q.Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. Q.Petrovun dəstəsi Sovet
hakimiyyətinə sadiq olan kazaklar və matroslardan təşkil edilmişdi və cəbhədə sabitliyin
yaradılmasında əsas rol oynamalı idi.
482
İyulun 22-də Biçeraxov komandanlıqdan imtina etdi,
vuruşan qoşunların komandanı erməni Avetisov təyin edildi.
483
Biçeraxov cəbhədə qalaraq Bakının müdafiəsində iştirak edəcəyini bildirdi. Müxtəlif vasitələrlə
ordunu döyüşkən vəziyyətə gətirməyə çalışan bolşeviklər iyulun 24 -də fəhlələrə və qırmızı
qvardiyaçılara müraciət edərək onları "vəhşi Türkiyəyə", "nifrətamiz türk zülmünə" qarşı
vuruşmağa çağırdılar.
484
Həmin gün Q.Petrovun S.Şaumyan və Q.Korqanova göndərdiyi məktubu
göstərdi ki, dəstə коmandirlərinin özləri vahimə içindədir və heç bir müraciət onları xilas etməyəcək. Əsasən
də Petrov erməni komandirləri Amazasp, Vartanov
və Əmirovun cəbhəni tərk etmək istəmələrindən gileylənirdi.
485
Bakı bolşevikləri ilə birgə olan
qüvvələr də törədilmiş cinayətlərə görə cavab verəcəklərini dərk edərək onlardan aralanmağa
başladılar. General Denstervilin yazıları göstərir ki, eserlər və daşnaklar Ənzəlidə ingilis
komandanlığı ilə görüşə öz
nümayəndələrini göndərir, bolşevikləri devirib hakimiyyətə gələcək yeni hökumətlə türk-Azərbaycan
qoşun- larına qarşı vuruşmağı təklif edirlər.
486
İyulun 25-də Fəhlə, Qırmızı əsgər, Matros və Kəndli
deputatları Bakı Sovetinin fövqəladə iclasında sağ eserlər, daşnaklar və menşeviklərin Bakıya ingilis
qoşunlarının dəvət edilməsi barədə təklifini qəbul etdilər.
487
Sovet Rusiyası iyulun 25-də Almaniyaya nota
verərək Qafqaz İslam Ordusunun hücumunun qarşısını almağı tələb etdi. Ağır vəziyyətdə olan
Sovet Rusiyası Bakıya qüvvə göndərmək iqtidarında deyildi. Hakimiyyəti vermək istəməyən
S.Şaumyan iyulun 26-da V.Leninə teleqram vuraraq ingilislərin gəlişinə qədər Bakıya nizami
qqşunların göndərilməsini xahiş etdi. Həmin gün keçirilən Bakı Soveti İcraiyyə Komitəsinin iclasında
polkovnik L.Biçeraxovun dəstəsinin cəbhəyə göndərilməsi, şəhərdə hərbi vəziyyətin tətbiq edilməsi,
bolşeviklərin öz vəzifələrini icra etməsi, cəbhəyə əlavə qüvvələr göndərilməsi qərarı qəbul edildi.
488
Bolşeviklər ehtiyat edirdilər ki, ingilislərin tərəfdaşları Bakıda çevrilişə cəhd edəcək və real qüvvə
kimi zərbəni Biçeraxov endirəcək. Nəticədə məğlubiyyətin Biçeraxovun ucbatından baş verməsi barədə
şaiyələr yayılmağa başladı. Şaiyələrin birinə əsasən Biçeraxov guya Bakıya gələrək burada saxlanılan 1000-ə
yaxın alman əsirini azad edib silahlandıracaq, sonra isə onların köməyi ilə bolşevik və erməniləri
şəhərdən qovacaq.
489
Bütün bu şayiələr Biçeraxovu vaxtilə dəstəkləyənlərin gözündən salınmağa, və siyasi bir
fiqur kimi aradan götürməyə yönəldilmişdi.
Bakıdan QİO tərəfə qaçmağa nail olan azərbaycanlıların və kəşfiyyatın məlumatlarına əsaslanan
Nuru
paşa iyulun 24-də Mürsəl bəyə teleqram göndərərək əməliyyatm iyulun 26-na planlaşdırılmasını tələb etdi.
490
Körpü və yolların dağıdılması Cənub qrupunun, ərzaq və su çatışmazlığı,
döyüş
sursatının
Kürdəmirdəki
anbarlardan
Şimal
qrupuna
çatdırılmaması isə bu qrupun irəliləməsinə imkan vermirdi. Mürsəl bəy
bunları Nuru paşaya bildirdi. Bununla belə, irimiqyaslı hücum əməliyyatı
keçirmək imkanı olmasa da, tədricən qoşunlar irəliləməyə başladı. İyulun
479
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.327.
480
Большевики в борьбе за победу, с.582.
481
Yenə orada, s.569,573,582.
482
Yenə orada, s.566.
483
Yenə orada, s.579.
484
Большевики в борьбе за победу, с.569.
485
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246.
486
Денстервиль, s.159. Bakıdan göndərilən emissarlara işarə edən Denstervil bu günlər barəsində yazırdı: «mənim hər gün Bakı ilə əlaqəm var idi.»
487
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246.
488
Большевики в борьбе за победу, с.300.
489
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94.
490
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249.
131
Dostları ilə paylaş: |