Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə12/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   8   9   10   11   12   13   14   15   ...   292

35

ƏRŞİ-ƏZƏM HAQQINDA 

“40  sual”  kitabından:  Cənabi-Haqq  yaşıl  cövhərin  ən  yüksək 

hissəsindən  Ərşi-Əzəmi  yaratmışdır  ki,  onun  nur  və  əzəmətini 

vəsfləndirmək  imkansızdır.  Ərşin  çevrəsi  qırmızı  yaqutdandır  ki,  bü-

tün yaradılanların sifət və surətləri onda nəqş olunub,təsvir edilmişdir. 

Göylərin  üstü  Rəhmanın  ərşi,  mələklərin  qübbəsi  qılınmışdır.Ərşi-

Əzəmin 70 min dili var ki, hər dili başqa bir lüğətdə Allahı təsbih, zikr 

edir.Ərşi-Əzəm dörd sütunu vardır ki, hər biri yerin dərinliklərinə çatar.

Ərşi-Əzəm  su  üzərində,  su  külək  üzərindədir.Allah-taala  dörd  mələk 

yaratmışdır ki, hələ də Ərşi onlar daşıyır. Ərşi daşıyan mələklərin dörd 

sifəti vardır.Hər üz insan surətində təsvir edilmişdir.Hər üz,yer üzündə 

öz bənzəri olan varlıqlar üçün Allahdan ruzu istəməkdədir.Onlar daima 

ayaq üstə dayanıb,Ərşi-Əzəmi boyunları üzərinə götürmüşlər, ayaqları 

isə  yeddi  qat  yerdən  aşağıdadır.Allaha  yaxın  mələklərin  hamısından, 

Allah qatında daha möhtərəm olan Ərşin daşıyıcılarıdır.Bu mələklərdən 

birinin  adı  İsrafıldir  ki,  Ərşin  bir  ayağı  onun  boynu  üzərində  ra-

hat  dayanmışdır.  Allah  qatında  hamıdan  daha  əziz  və  kərəm  sahibi 

olan İsrafil(ə.s) həm də Surun sahibidir.O Qiyamət gününədək Lövhi 

Məhfuza baxar və Suru üfürmək üçün hazır dayanıb. Hz.İsrafil Lövhi-

Məhfuzdan Hz.Cəbrailin, Hz.Mikailin və Hz.Əzrailin görməli olduqları 

işlərini, vəzifələrini və əməllərini açıqlayaraq, onlara xəbər verir. Mahir 

Ərşin daşıyıcılarının hər birinin dörd qanadı var ki, dörd istiqamətdə 

onları yaymışlar Ərşin daşıyıcılarının yarısı qar, yarısı atəşdir və on-

lar  bir-birini  söndürməyib,  ulduz  böcəyi  kimi  bir-biri  ilə  qaynaşırlar.

Ərşin daşıyıcılarının cüssələri (bədənləri)elə böyükdür ki, qulaqları ilə 

boyunlarının arası quş uçuşu ilə yeddi yüz illik məsafədir. Onlara “Bö-

yük mələklər” adı da verilmişdir. Ərşin daşıyıcılarının sözləri, davamlı 

təsbihdir və bu sözlər dillərinin əzbəri olmuşdur: ”Subhənə Muhərram 

Mulki vəl Mələkut. Subhənə Muhərram Ərşin vəl-izzəti vəl əzəməti 

vəl heybəti vəl qudrəti vəl Kibriyə vəl- cəbərut. Subhənəl məlikil 

mədud Subhənəl məlikil movcudu Subhənəl Məlikil, Heyyilləzi Lə 

yənəmu  və  lə  yəmutu  Subbuhun,  Quddusun,  rabbinə  və  Qabbul 

mələikəti vər ruh”. Bunlara “Kiramən katibin” və ya “hafaza-qoruyu-

cu” deyərlər. 



Bəqərə-255-Allahın səltənət və qüdrət kürsüsü, elmi göyləri və yeri 

geniş surətdə əhatə edəndir. Onları saxlamaq ona ağır və zəhmət deyil. 

Allah ucadır və böyükdür. 



36

Loğman-10-Allah göyləri gördüyünüz kimi dirəksiz, sütunsuz ya-

ratmışdır. 



Açıqlama:-Ayədə sütunların olmasından söhbət gеdir. Dеmək, sü-

tunlar  var,  ancaq  biz  onları  görmürük.  Ayələrdə  səma  cisimlərinin 

cazibə  qüvvəsi  nəticəsində  səmada  hərəkət  еtməsi  göstərilir,  cazibə 

qüvvəsi isə “gözə görünməz” kimi ifadə olunur. 



 KÜRSİ HAQQINDA

“40  sual”  kitabından  Göylər  və  Yerlər  Kursinin  büyüklüyünün 

yanında yeddi qat bir süfrəyə bənzəyir. Haqq-taala Kursini də nurdan 

yaratmışdır.  Ərşın  böyüklüyü,  Kürsinin  yanında  çöldəki  bir  xırmana 

bənzəyir..

Cənabi-Haqq  Hərqail  adında  bir  mələk  yaratmışdır  ki,  ona  bütün 

əşyaların adlarını və sirlərini öyrətmişdir. Onun on səkkiz min qanadi 

vardır. Bu mələk Ərşin büyüklüyünü seyr etməyi arzu edir. O Allahdan 

Ərşi təvaf etmək üçün izin istəmiş və Allahdan izin aldıqdan sonra yola 

çıxmış və 18 min qanadı ilə 3 min il boyunca uçmuşdur.Yorulduqda, 

Allah ona qüvvət vermiş və uçmasını əmr etmişdir. Daha 3 min il də 

Ərşin ətrafında uçmuş, yorulduqda Allah ona yenə qüvvət vermiş və 

uçmasını əmr etmişdir. Daha 3 min ildə uçmuş və yorulduqda, baxıb 

görmüş  ki,  bu  9  min  ildə  ancaq  Ərşin  bir  dirəyindən  digər  dirəyinə 

qədər yol getmişdir.O, heyrətlər içində seyr edərkən Allahdan ona səda 

gəlmiş:-Ya Herqail! Qiyamətə qədər uçsan belə, yenə də Ərşimi təvaf 

edə bilməzsən. 



 ALLAH HƏR ŞEYİ ALTI GÜNDƏ YARATDI

Qaf-38-Göyləri, yeri və onların arasındakı şeyləri altı günə yarat-

dığımız zaman heç yorulmadıq və sizi yenidən yaradan zaman da bizə 

heç bir zəhmət yetişməz   

  Fussilət-9-14-Allah  yeri  iki  günə  yaratdı  və  yerdə  möhkəm  dağ-

lar  yaradaraq  yeri  bərəkətli  etdi.Yerdə  əhalinin  ruzilərini  dörd  günə 

müəyyənləşdirdi. Allahın mərhəməti bütün istəyənlər üçün bərabərdir. 

Sonra Allah göyü yaratdı,bir halda ki o tüstü idi. Allah göyə və yerə 

buyurdu  ki,  istər-istəməz  vücuda  gəlin!  Onlar  dedilər  ki,  biz  rəğbət 

bəsləyən olduğumuz halda vücuda gəldik. Göylərin yeddi təbəqə ol-

masını iki gün ərzində hökm etdi. Hər bir təbəqənin işini vəhy etdi, on-

ların əhalisinin necə ibadət etmələrini bildirdi. Yaxud hər bir təbəqədə 




37

istədiyi varlığı yaratdı. Biz aşağıda olan göyü çıraqlarla bəzədik və qo-

ruyub saxladıq. Qələbə çalan və Alim olan Allahın təqdiri budur!

Açıqlama:-Qurana görə Allah Yеri iki günə,Yеr üzündə olanları iki 

günə və göyü də iki günə yaratmışdır. Bu haqda Qurani-Kərimdə bu-

yurulur:

Yunus-3-Sizin  Allahınız,sizə  pərvəriş  verən  Allahdır.  Göyləri  və 

Yeri altı gün müddətinə yaratdı,sonra ərşə qalib oldu.



Hud-7-Dе  ki: Yеri  iki  günə  yaradanımı  danırsınız?  Bu  oxşar  ayə 

lərdən bеlə bir sual ortaya çıxır ki,Yеr yaranmamış “gün” məfhumu ola 

bilərdimi? Biz gün dеdikdə yеrin öz oxu ətrafında 24 saat fırlanmasını 

başa düşürük. Dеmək, Allah “gün” dеdikdə bizim sutkanı nəzərdə tut-

mur. Quran bu barədə bеlə cavab vеrir: 

  əl-  Həcc-47-“Həqiqətən,  sizin Allahınızın  yanında  bir  gün,  sizin 

dünyada saydığınız illərin min ili kimidir.” 

əs-Səcdə-5-“Sonra sizin min ilinizə bərabər olan gün də göyə tərəf 

qalxar.” Müasir еlmə görə günəş sistеmi tədricən yaranmışdır. Yuxarıdakı 

ayələrdən də bеlə çıxır ki, günəş sistеmi uzun müddətə yaranmışdır. 

Mövlana Furatı “Qırx sual” kitabında: Cənabi-Haqq Kainatı bir 

anda yaratmağa qüdrəti olduğu halda, onu 6 günə yaratmışdır. Onun ka-

inatı yaratmasını bazar günündən başlayıb cümə günündə tamamlama-

sı, bəndələrinin hər iş və hərəkətlərində səbirli və təmkinli olmalarını, 

tələsməmələrini anlatmaq üçündür. Haqq-taala bu aləmləri altı gündə 

yaratdı.Bazar günü başladı, cümə günü tamamladı. Bazar ertəsi günü 

göyləri;  çərşənbə  axşamı  günü  ay  və  ulduzları;  çərşənbə  günü  yerdə 

və dənizdə olan məxluqatı və yeddi qat göylərdə olan mələkləri,Cümə 

yəni beşinci gün Cənnəti, huri və müxtəlif nemətləri yaratdı. Yenə cümə 

günü Həzrəti Adəmi və Həvvanı yaratdı və cümlə mələklərin Həzrəti 

Adəmə səcdə etmələrini əmr etdi.Mələklər də Hz.Adəmə səcdə etdilər. 

Şənbə günü cümlə əşya kəmal ilə bədən tapdı ki, dünyada şəkil alma-

yan heç bir şey qalmadı.

 ALLAH GÖYÜ VƏ YERİ YARATDI

Dəyişməyən özünsən bu sonsuz kainatda,

Ölməzliyin timsalı varlığındır həyatda.



Biz hamımız faniyik, əbədiyyət sənindir,

Uca göylər, qüdsiyyət, təmiz niyyət sənindir.

Hökmünlə, fərmanınla dolandırırsan yeri.

Sütunsuz saxlayırsan yaşıl günbəz göyləri. (”Sirlər Xəzinəsi”) 


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə