26
əl-Bəqərə-107-Ya Peyğəmbər!Sən bilmirsənmi,Yerin və göylərin
padşahlığı Allah üçündür? Ondan başqa sizin üçün mövla və köməkçi
yoxdur.
əl-Mülk-1-2-Hökm, hər şeyin ixtiyarı əlində olan Allah nə qədər uca,
nə qədər uludur. O, hər şeyə qadırdir! Hansınızın əməlcə daha gözəl
olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur.O, yenilməz
qüvvət sahibidir, çox bağışlayandır.
ər-Rəd-16-Ya Peyğəmbər!Göylərin və yerin Rəbbi,onlara pərvəriş
verən kimdir? De ki, Allahdır! De ki, siz özlərinə xeyir və zərər verməyə
qadir olmayanları özünüzə sahib və dost tutdunuzmu? De ki, korla göz-
lü, işıqla zülmət bərabərdirmi? De ki, hər şeyi yaradan Allahdır. Allah
birdir və qələbə çalandır.
əş-Şura-3-Göylərdə və yerdə olanlar Allah üçündür.Allah şan-şöhrət
cəhətdən uca və böyükdür.
Açıqlama:-Tövhid-Allahı vahid bilməkdir, yəni İslam dininə etiqad
edən şəxs gərək Allahı vahid, tək və yeganə bir vücud bilsin, ona şərik
qərar verməsin. Allah-taala insanları yaradıb ki, onlar öz xaliqini tanı-
yıb onu təsdiq etsinlər. Allahdan başqa bütün varlıqlara aləm deyilir.
Allahın zatı cümlədən ayrı və mücərrəddir. Allaha bəndəlik və ibadət
etmək bəşərin ən böyük fitri və mənəvi ehtiyacının təminatçısıdır.İnsan
Allaha bəndəlik etməklə əsl kamala çatır və mələklərdən önə keçərək
Allahın canişini və mələklərin səcdəgahı olur. İbadət etmək isə insanın
inkişafı, kamilliyi və əsil bəndə olması sayəsində ona nəsib olar. Allah-
taala insanlar üzərində sonsuz mərhəmət sahibidir. Uca Allah bizlərə fi-
ziki nemətlərin yanında mənəvi olaraq çox lütflər də vermişdir,xətaları
əfv edər, tövbələri qəbul edər, insanları qoruyar, pis əməllərinin üstünü
örtər, hidayətlərini artırar, doğru yola yönəldər. Bəndəlik insanın bü-
tün vücudu ilə Allaha ibadət etmək, onun buyurduqlarından başqası-
na qulaq asmamaq, ondan başqasına itaət etməmək, onun razılığından
başqa bir şeyi düşünməmək deməkdir. Bəndəliyin dərəcəsi onun Allaha
olan mərifətinə bağlıdır. Buna əsasən Allahın əzəmətini dərk edənlər,
özlərinin Allaha olan ehtiyac və möhtaclarını anlayanlar əməl edərlər.
Peyğəmbərlər və imamlar bu mərifətin, yəni ibadət və bəndəliyin ən
uca zirvəsindədirlər. Bizim ən böyük arzumuz olan Allaha qovuşma-
ğın mümkünlüyü, Onun qüdrətinin böyüklüyünü fikirləşib, düşünmək
üçün yalnız işarə və müjdələrlə dolu olan Qurani-Kərimin ayələrini və
Peyğəmbərin buyurduqlarını öyrənib dərk etməklə mümkün ola bilər.
əl-İsra-9-Həqiqətən, bu Quran bütün bəşəriyyəti ən doğru yola
yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaq-
ları ilə müjdə verir.
27
Allah Qurani-Kərim vasitəsilə bir daha özünü bizə tanıdıb, öz
elmini,yəni dünya və kainat elmlərini, həmçinin insanın özünü dərk
etmə elmini bizlərə bildirmək istəmişdir.Müasir dünyada elm çox geniş
bir məna kəsb edir, elmlərin miqdarı o qədər artıb ki, onları sayıb qur-
tarmaq olmur.Lakin məna dərinliyinə getdikcə onların bir-birinə yaxın-
laşıb bir mərkəzə tərəf gəldiyini görərik.
Hədsi:Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: ”Elm bir nöqtədir,
cahillər isə onu çoxaldıblar.”(Hədisi Qüdsi)
Bütün elmlərin mənbəyi isə Qurani-Kərimdədir. Bilik imandan
ibarətdir, çünki iman təsdiqdir, təsdiq isə elmin bilik adlanan bir qis-
midir.
Bu haqda İslam alimi Mövlana Əbu Həmid Muhəmməd Ca-
zali (1058-1111) belə buyurmuşdur:”Astronomiya və anatomiya
elmlərini bilməyən, Allahı tanımaqda aciz düşər”
”Ən böyük sənətkar olan Allahı tanımaq üçün astronomiya el-
mini bilmək göylərin və yerin yaradılışını düşünənlər üçün ən gözəl
yardımçıdır!”
Həmçinin, burada bir miqdar aləmin astronomik araşdırmalarından
və bir miqdar insan anatomiyasından yazılanları açıqlamaq münasib
görülmüşdür.Bəlkə Allahı tanımaq istəyənlər Allaha asi olmaq halın-
dan uzaqlaşar, cəhalət zindanından çıxar, elm və hikmət aləminə gi-
rib, həqiqətin zirvəsinə yüksələrlər. Əşyanın həqiqətindən agah olub,
mənanın incəliklərini bilib, cahanın sirlərindən agah olub, aləmin
gərdişini olduğu kimi qəbul edərlər. Bəlkə bundan sonra özünü tanıma
sirrinə malik olub, ondan Allahı tanıma sərvətini taparlar.
Ey vacib-vücud olan Allahım!Rəhmətini üstümüzə saç! Səni kama-
lımızla tanımağı bizə qismət et! Sənin öyrətdiyindən başqa heç nə bilə
bilmərik. Sənin anlatdığından başqa heç nə anlaya bilmərik. Sənin il-
ham etdiyindən başqa mərifətimiz yoxdur.Sən Alimsən, Kərimsən, Ra-
ufsan, Rəhimsən! (Mövlana Cazali)
ALLAHIN VƏSFİ
Ey bütün varlıqlara bu dünyada can verən,
Gücsüz torpağa belə qanad verən, qan verən!
Bayrağının altında əyləşib bütün cahan,
Sən özündən doğuldun, biz sənin calalından.
Varlığında görünmür nə surət, nə də tərkib,
Heç kimə bənzəməzsən, de kim sənə bənzəyib?
28
Dönməz, dəyişməz varlıq tapılarsa, o, sənsən,
Ölməyib, ölməyəcək qüdrət varsa, o, sənsən.
Sən-yaşarı və sonsuz, bizsə gəldi-gedəri,
Hökmündədir kainat, yerin, göyün mehvəri.
Kim verib fələklərə bunca qüdrət, iqtidar?
Bu qazana sənin tək can duzu atanmı var?
Başlanğıcsız varlığın cahana hayqırmada:
“Mən həqqəm!” Səndən savay kimdən qopar bu səda?
(“Sirlər Xəzinəsi”)
Açıqlama: Hz. Əlinin “Nəhcül Bəlağə”kitabından Tövhid haqqında-
kı xütbələrindən bir hissə:-Başlanğıc kimi əvvəli, qurtarmaq kimi sonu,
tükənəcək kimi bir nəhayəti olmayan Allaha təriflər olsun! O, Uca-
dır! Özünü vəsf etdiyi kimidir. Bütün varlıqları yaradanda onlar üçün
müəyyən çərçivə təyin etmişdir ki, həm onların özünə, həmdə özünün
onlara bənzəməsindən uzaq olsun. Varlıqların içinə girməmişdir ki, on-
ların içindədir deyilə bilsin.Varlıqlardan uzaq deyildir ki, onlardan ayrı-
dır deyilə bilsin. Onları tərk etməmişdir ki, haradadır deyilə bilsin. La-
kin onları öz elmi ilə əhatə etmiş və Onun yaratması onları var etmişdir.
Havada görünməyən gizlilər gecə qaranlığının hiss edilməyən örtülüləri,
yüksək göylərdə və yerlərdə olan hər bir şey Ondan gizli qalmaz. Hər bir
şeyin bir qoruyanı, nəzarətçisi vardır. Hər bir şey başqa bir şeylə əhatə
edilmişdir və Allah da hər şeyi əhatə etmişdir. O, zamanın keçməsinə
görə dəyişilməyə məruz qalmayan birdir, təkdir, heç nəyə möhtac deyil-
dir.Bir şeyiyaratdığına görə yorulmaz, istədiyi şeyə sadəcə,“Ol!”deyər,
o da dərhal olar.Birlik xüsusiyyətinə yalnız özü sahibdir. Sahib olduqları
arasında onun tayı yoxdur. Mülkünün üzərindəki hakimiyyətdə heç kəs
Ona şərik deyildir. Əbədiliyin yoxedicisi,sonsuzluğun mirasçısıdır, yal-
nız Özüdür! Hər bilən cəhalətdən, sonra, öyrənib bilik sahibi olmuşdur.
Lakin Allah həmişə bilik sahibi olmuş, varlıqlardan qabaq da O, elm
sahibi idi və bütün yaratdıqlarını Öz elmi ilə yaratmışdır Daimidir! Heç
bir zaman yox olmayacaq!Yox olmaz və tükənməz Rəbbimi belə vəsf
edirəm. Ondan başqa Allah yoxdur! Böyükdür, nə mübarək böyüklük?
Uludur, nə mübarək ululuq? Üstündür, nə mübarək üstünlük? O, zalım-
ların söylədiklərindən Ucadır, Böyükdür, Əbədidir. Göylərdə və Yerdə
olan əzəmət yalnız Onundur. O əzizdir, hakimdir. Yerlərin və göylərin
ən böyüyü Allahdır. Dünya yaranıb dövr etməyə başladığı gündən heç
bir kəs onun qədər sevilmədi, heç kimsə onun qədər arzulanmadı. Dua
edənlər onun adı ilə yalvararlar.Onunla həyatı sevərlər. Ölüm də onunla
Dostları ilə paylaş: |