Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


ALLAH YANINDA QAZANILAN SAVAB DÜNYA



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə32/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   28   29   30   31   32   33   34   35   ...   292

94

 ALLAH YANINDA QAZANILAN SAVAB DÜNYA  

MALINDAN YAXŞIDIR 

əş-Şura-29-35-Mal və canınıza müsibət yetişməsi sizin öz əlinizlə 

qazandıqlarınıza görədir. Allah günahın çoxunu bağışlar, hamısına əvəz 

verməz. Sizə verilənlər dünya həyatının, alçaq dünya malıdır,onlarla bu 

dünyada bir neçə müddət ləzzət apararsınız, sonra isə qoyub gedərsiniz. 

Allah  yanında  olan  savab  və  nemət  dünya  malından  yaxşıdır  və  qa-

landır.  Bu,iman  gətirib  öz Allahına  təvəkkül  edənlər  üçündür.  Bu,  o 

kəslər üçündür ki, böyük və kiçik günahlardan özlərini qoruyarlar. Bu, 

o kəslər üçündür ki,onları İslama dəvət edən zaman, Allahın buyurduq-

larını qəbul edər və namaz qılarlar. Onların işləri öz aralarında məsləhət 

ilə olar və onlara verdiyimiz ruzidən Allah yolunda sərf edərlər.



Dini hekayə:-Bir dərviş gəmi ilə səyahətə çıxmışdı.Yükü və əşyası 

olmadığına görə bir küncdə yığılıb yatmışdı.Gəmidə olanlardan kiminsə 

qızılı yoxa çıxır. Hər tərəfi axtarırlar, lakin qızılları tapa bilmirlər.Biri 

kənarda  yatan  dərvişi  göstərərək:-Bu  fağırı  da  axtaraq,bəlkə  qızıllar 

ondadır,-deyib dərvişi oyadırlar.

- Gəmidə qızıl oğurlayıblar, hər kəsi axtarıblar, yalnız sən qalmısan.

Buna görə də ciblərində nə varsa, hamısını yerə tök, -deyə onu axtar-

mağa başlayırlar.

Oğurluqla  günahlandırılmaq  dərvişə  çox  toxunur  və  Allaha  üz 

tutaraq:-Ya  Rəbbi!  Bu  zavallı  bəndəni  oğurluqda  təqsirli  bilirlər.  Öz 

yardımını mənə çatdır,-deyə dua edir.

Dərvişin duası bitər-bitməz dənizin hər tərəfindən yüz minlərlə balıq 

başını sudan çıxarır.Hər birinin ağzında da çox dəyərli incilər var idi. 

Dərviş balıqların ağzından bir neçə incini alıb gəminin içinə firladıb, 

atır. Sonra da stulda oturan kimi havada oturur və gəmidəkilərə:-İndi 

bunları alın,daha yoxsul bir oğru aranızda olmasın. Gəminiz sizin ol-

sun, haqq mənim olsun.Allaha yaxın olub, sizdən uzaq olmaq mənim 

xoşuma  gələr.  O,  məni  oğurluqda  təqsirkar  bilmədiyi  kimi,  ipimi  də 

anlamayanların  əlinə  verməz,-dedi.Gəmidəkilər:-Ey  böyük  insan!Bu 

uca  məqamı  sənə  nədən  verdilər?-deyə,  soruşdular.Dərviş:-Bir  fağırı 

töhmət altında buraxıb, haqqı incitməyiniz üzündən və bir də mənəvi 

alimlərə göstərdiyim hörmət və ədəb səbəbilə verdilər,-dedi.



Açıqlaması:-Könül  sahibi  olanlar  gecə  və  gündüzün  bir-birindən 

çəkindiyi və ayrıldığı kimi,dünyadan da belə uzaqdırlar.Könül sahibi olan 

bəndələrə  ayıb  etmək,  günahkar  görmək  padşahı  oğurluqda  günahkar 

etməyə bənzər. (M.Cəzalı “Altın Ögüd lər”-tər cümə Hüseyn Okur.) 




95

 ALLAH İSTƏMƏDİYİ BƏNDƏSİNİ ÖZBAŞINA  

BURAXAR

əl-Əraf-186-Kimi Allah zəlalətə salıb özbaşına buraxsa, onun üçün 

hidayət edən olmaz.Allah onları tərk edər ki, öz tüğyanlarında sərgərdan 

qalsınlar. 

ən-Nəhl-37-Ya  Muhəmməd!Əgər  sən  onların  hidayət  tapmalarını 

istəsən də, Allah yoldan çıxartdıqlarını doğru yola salmaz!



əl-İsra-97-Allahın  doğru  yola  saldığı  kəs  doğru  yoldadır. Allahın 

yoldan çıxardığı kəs üçünsə Allahdan başqa dost tapa bilməzsən.



əl-Ələq-6-8-Xeyr! Həqiqətən, insan azğınlıq edir. Onun üçün ki, özünü 

hər kəsdən ehtiyacsız görür. Bütün insanların dönüşü sənin Allahına tərəfdir. 



 ALLAH MÜƏYYƏN ZAMANA QƏDƏR BİZƏ  

MÖHLƏT VERƏR

ən-Nəhl-61-Əgər onların zülmü və günahı ucbatından Allah insanla-

ra əzab göndərsə,yer üzündə heç bir hərəkət edən adam sağ qalmaz.La-

kin Allah bunu müəyyən vaxta qədər təxirə salar. Həmin vaxt yetişdikdə 

bir saat geri qalar, nə də qabağa gedər. 



ər-Rum-8-9-Onlar  yaşayışın  zahirini  görürlər  və  axirətdən 

xəbərsizdirlər.Bəs düşünmürlər ki, Allah göyü, yeri,onların arasında olan-

ları və canlıları həddi bilinməyən bir zaman üçün yaradıb?İnsanlardan 

çoxu  Tanrısını  görəcəyinə  inanmırlar.Bəs  yerdə  dolanıb  görmürlər 

ki,onlardan qabaq yaşayanların aqibəti necə olmuşdur,onlar ki,daha ba-

carıqlı idilər?!



Fatir-45-Əgər Allah  istəsə  ki,  xalqı  əməllərinə  görə  tənbeh  etsin, 

yer üzündə heç bir canlı qalmaz. Lakin onlara müəyyən zamana qədər 

möhlət verir.Müddət başa çatdıqda,özü onları cəzalandırmaq və ya mü-

kafatlandırmaq üçün dirildər. Allah bəndələrin əməllərindən agahdır. 



HƏR KƏS ÖZ ƏMƏLİNƏ GÖRƏ CAVAB VERƏCƏK

Fatir- 18-Heç kəs özgənin günah yükünü öhdəsinə almaz. Əgər gü-

nah yükü ağır olan bir kəs öz yükünü daşımaq üçün öz qohumunu belə 

çağırsa,  o  boyun  qaçırar.  Sən  yalnız  o  adamları  qorxuda  bilərsən  ki, 

Pərvərdigarı görməmiş qorxarlar, namaz qılarlar. Hər kim pak olsa,özü 

üçün pak olur və hamının aqibəti Allaha sarıdır.



96

ət-Tovbə-105-Ya Muhəmməd! De ki,Allahın əmrlərinə əməl edin! Tezliklə 

sizin əməllərinizi Allah və onun Peyğəmbəri və möminlər görər. Tezliklə 

siz gizlin və aşkarı bilən Allahın hüzurunda dayanacaqsınız.O,etdiyiniz 

əməllərdən sizə xəbər verər. 



əz-Zumər-8-Əgər siz kafir olsanız, şübhəsiz ki,Allahın sizə və si-

zin şükrünüzə ehtiyacı yoxdur. Allah bəndələrinin kafir olmasına razı 

olmaz. Əgər siz nemətlərə şükür etsəniz, Allah onu bəyənər, əvəzini 

verər.Heç kəç başqasının yükünü,öz üstünə götürməz. Sonra sizin qa-

yıdacaq yeriniz Allaha tərəfdir. O,dünyada etdiklərinizdən sizə xəbər 

verər. Həqiqətən, Allah sinələrdə olanlardan xəbərdardır. 



əl-Casiyə-23-26-Sən  o  kəsi  görürsənmi,ürəyi  istədiyi  şeyi  özünə 

Allah  etdi? Allah  onu  öz  elmi  ilə  yoldan  çıxartdı  və  bildi  ki,  küfrdə 

qalıb,əzaba layiqdir.Onun qulağını və qəlbini möhürlədi.Məgər onlar 

nəsihət qəbul etməzlərmi? Kafirlər dedilər: -Dünya həyatından başqa 

heç bir həyat yoxdur və biz dirilirik və sonra da ölürük. Dünya həmişə 

belə olub və axıracan da belə olacaq. Allahın bu işlərə dəxli yoxdur 

və  bizi  öldürən  ancaq  zəmanədir.Allah  onların  sözlərini  rədd  edərək 

buyurdu:-Onların bu haqda heç bir elmləri yoxdur! Zəmanənin özü də 

yaranmışdır və məxluq xaliq ola bilməz! Onlar ancaq güman edirlər və 

zənn ilə düşünürlər. Həqiqətdən isə heç bir xəbərləri yoxdur! Onlara bi-

zim ayələrimizi açıq-aşkar oxuyan zaman bizim sözlərimizin əleyhinə 

heç bir dəlilləri olmaz.Təkcə deyərlər:-Əgər doğru deyirsinizsə, bizim 

atalarımızı  dirildin.Ya  Muhəmməd!  Onlara  de  ki,Allah  sizi  dirildər, 

sizi nütfə halından kamil insan surətinə çevirər,sonra sizi öldürər,sonra 

sizi Qiyamət günündə bir daha dirildərək,sizi bir yerə yığar!O günün 

baş verəcəyinə heç bir şəkk-şübhə yoxdur! Amma insanların çoxu bu 

sözlərin düz olduğunu bilməzlər.

əl-Əhzab-72-Həqiqətən,biz hökm və şəriətdən,ya əhdə vəfa etmək-

dən, ya Peyğəmbərlikdən ibarət olan əmanəti göylərə,yerə və dağlara 

təklif etdik.Onlar bu təklifı öhdələrinə almaqdan qorxdular.Lakin insan 

onu götürdü və insan özünə zülm edəndir.



Ali-İmran-30-O gün hər nəfs,dünyada etdiyi xeyir əməlini öz yanın-

da hazır görər və dünyada etdiyi pis əməlini də görüb arzu edər ki, kaş 

onunla əməli arasında uzaq məsafə olardı. 

 ALLAH HAQLA BATİLİ AYIRAR

ər-Rəd-18-Allah göydən yağış göndərdi, su axıb bir çuxura doldu və 

seldən əmələ gələn köpük suyun üstünə yığıldı.Başqa bir misal:-Zinət 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə