Ansarullah Production
48
biləcək bir alim yoxdur. Əgər var idisə o zaman onun (ə.s) qeybətdən əvvəlki dövrlərində
onun mübahilə dəvətinə cavab verməyə cəsarət edəcək bir nəfər belə önə çıxmadı. Əksinə
hər dəfəsində onu dəlilsiz sübutsuz inkar etməkdən başqa bir bəhanələri olmadı.
“Və mən Mübahilə etməyə hazıram; daha doğrusu İslamın bütün məzhəblərindən olan
bütün alimlərə meydan oxuyuram. Sünni, Şiə, hətta Xristian və Yəhudi alimlərinə ki, mən
Mehdi (ə.s)’dan Müsəlmanlara, İsa (ə.s)’dan Xristianlara və İlyas (ə.s)’dan Musəvilərə
göndərilmiş bir Elçiyəm. Və onların hər biri ilə öz kitabları ilə münazirə etməyə hazıram.
Və mən Qurani-Kərimi, İncili və Tövratı onların bildiklərindən daha artıq bilən, miskin
cahil bir qulam. Və Allahın mənə bəxş etdiyi xüsusi elm ilə, onların uydurduğu yerləri də
bilirəm.”
- Əhməd əl Həsən (ə.s)’ın “İmam Mehdi (ə.s) ilə Görüş” xütbəsindən.
MƏRCEYİ-TƏQLİD QAİMƏ (Ə.S) QARŞI
Əsbəğ ibn Nəbata nəql edir: Əlinin (ə.s) belə dediyibi eşitdim: “Qaimin qiyamından əvvəl
aldadıcı illər olacaq. Həmin vaxt DOĞRU DANIŞANLAR YALANÇI, YALANÇILAR
DOĞRU hesab ediləcək, “mahillər” (məkrli şəxslər) yuxarı məqamda olacaqlar.”
Başqa bir hədisdə: “Həmin vaxt “ruvəybəzələr”danışacaqlar.” Dedim: “Rubəyvəzə nədir,
mahil nədir?” Dedi: “Məgər Quran oxumursunuz? Allah buyurur: {O, məkrə qarşı
şiddətlidir.} [13:13]” Sonra dedi: “Mihal sözü ilə məkri nəzərdə tutur.” Dedim: “Bəs mahil
nədir?” Buyurdu: “Yəni, çoxlu məkr edən.”
- İsbatul-Huda: 3/738, hədis 115; Biharul-Ənvar: 52/245, hədis 124; Mucəmul-Əhadis: 5/187,
hədis 1610; Qeybəti-Numani (azəricə): səh.312-313, hədis 62
Əmirəl-Möminin Əli (ə.s) buyurdu: “Qaim qiyam etdiyində FƏTVA ƏHLİNDƏN
intiqam alacaq. Onlar bilməyərək özlərindən fətva verən kəslərdir. FƏTVANI VERƏNƏ
DƏ, ONUN ARXASINCA GEDƏNƏ DƏ VAY OLSUN. Din əksikmiydi, onlar tamamla-
mağa çalışdılar, yoxsa dində əyrilik varmıydı ki, onlar düzəltməyə çalışdılar?!”
- Bəyanul-Əimmə (ə.s): 3/298; İlzamun-Nəsib: 1/196
Bəşir dedi: … Əbu Cəfər Baqir (ə.s) buyurdu: … “VAY OLSUN BU MÜRCİƏLƏRİN
halına. Sabah bizim Qaimimiz qiyam etdiyi zaman görəsən kimə sığınacaqlar?” Dedim:
“Onlar deyirlər ki, əgər bu baş versə, biz də, siz də ədalət baxımından eyni olacağıq.”
Buyurdu: “Kim tövbə etsə Allah onun tövbəsini qəbul edər. Kim nifaqda israr edərsə
Allah onu (rəhmətindən) uzaq edər. Kim bir şey izhar edərsə Allah onun qanını tökər.”
Sonra dedi: “Allaha and olsun ki, qəssab qoyunun başını kəsdiyi kimi O DA ONLARIN
BAŞINI KƏSƏCƏK.” Bunu deyib əli ilə boğazına işarə etdi. Dedim: “Onlar deyirlər ki,
bu baş verdiyi zaman işlər onun üçün öz-özünə düzələcək. o bir həcəmət qanı qədər belə
qan axıtmayacaq.” Dedi: “Xeyr, elə deyil. Canım əlində olana and olsun ki, bizlər və sizlər
qanı və təri siləcəyik.” Bunu deyib əli ilə alnına işarə etdi.
ahmedalhasan313.wordpress.com
49
- İsbatul-Huda: 3/543, hədis 525 və 526; Biharul-Ənvar: 52/356, hədis 122; Mucəmul-Əhadis:
3/305, hədis 844; Qeybəti-Numani (azəricə): səh.320-321, hədis 1
Baxaq görək Mürciə kimlərə deyilir. Elə Ğeybəti-Numani kitabının bu hədis keçən
səhifəsində altyazıda belə buyurulur: Mürciə deyərkən Peyğəmbərdən (s) sonra öz
aralarından özlərinə bir başçı təyin edən, onun xətadan məsum olduğuna etiqad
ETMƏDİKLƏRİ halda dediyi bütün sözlərinə itaət etməyi VACİB hesab edən bir dəstə
nəzərdə tutulur. Onlara ona görə “mürciə” (bir kənara qoyan) deyilir ki, onlar Allahu-
Təalanın İmam təyin etməyi bir kənara qoyub bunun, ümmətin seçimi ilə olmasını iradə
etdiyini iddia edirlər. Həmçinin mürciə adı Qədərilər və Hərəvilər üçün də işlədilir. (Əli
Əkbər əl-Ğəffari). Müt.
İmam Əli (ə.s) buyurdu: "Övladlarınıza bizim elmlərimizi ÖYRƏDİN ki, Allah onu o
elmlə faydalandırsın. MÜRCİƏ ÖZ RƏYİ İLƏ onlara qalib gəlməsin."
- əl-Hisal: s.614
Əbi Əbdillah Cəfər Sadiq (ə.s) buyurdu: "Kiçiklərinizə HƏDİS ÖYRƏTMƏKDƏ tələsin
ki, MÜRCİƏ (bu işdə) sizdən öncə onlara yetişməsin."
- Kafi: 6/47
Və Mərceyi-Təqlidin insanları bugün nəyə dəvət etdiyinə nəzər etsək, elə bu hədisdə bəhs
edilən mürciələrin bugünki təqlid mürciələri olduğunun açıq-aydın göz qabağında
olduğunu görəcəyik. Ümid edirik ki, bilmədən mürciələrin fitnəsinə düşənlər bu
hədislərdən bir nəticə çıxarıb onlara təqlid etməyi tərk edərlər. Bir halda ki, yalançıların
doğru sözlü sayıldığı, mahillərin yuxarı məqamda olduğu bir dövrdə yaşayırıq, elə isə
bugün yuxarı məqamlarda olanların kimlər olduğuna bir nəzər edək və görək bugün
hörmət sahibləri kimlərdir. O kəslər ki, haqları olmadığı və İmam Mehdi (ə.s)’ın qeybət
dövründə, ta ki zühura qədər xümsü şiələrinə halal etdiyi halda
4
onu camaatdan
toplayırlar. Allah buyurmuşdur:
{Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil)
iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız (bütlər) üçündür”–
deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmır, Allah üçün ayırdıqları (pay) isə
şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir!} [6:136]
4
İshaq ibn Yaqub nəql edir: Muhəmməd ibn Umman Öməri (İmam Mehdinin ikinci vəkili və
naibi) İmamdan (ə.s) onun öz əlyazması olan bir məktub gətirdi… “Həvadislər zamanında hədis
ravilərimizə müraciət edin ki, onlar mənim və sizin aranızdakı höccətlərdir və mən də Allahın
höccətiyəm... Xümsə gəlincə, mən əmrimizin zühuruna qədər onu Şiələrim üçün HALAL ETDİM.
Ta ki, nəsillərinin vəladəti tərtəmiz olub, (özlərindən sonraya) kirli (pak olmayan) nəsil və
övladlar qoyub getməsinlər.”
- Ğeybəti-Tusi: 290; Kəmalud-Din: 483
Dostları ilə paylaş: |