ahmedalhasan313.wordpress.com
103
və iki işarəti olan, adil rəhbər, buraxdığı şeyin
HAFİZİ yer üzünü zülm və haqsızlıqla
dolduqdan sonra ədalət və bərabərliklə dolduracaq.”
- Biharul-Ənvar: 52/269
İmamlardan nəql edilən Sahibəzzaman duasında belə buyurulur: “Allahım, ona və
AİLƏSİNƏ, OĞLUNA, SOYUNA, ümmətinə və bütün rəiyyətinə, onların razı və
məmnun olduqlarını ver.”
- Məfatihul-Cənan: s.616 və ya s.778
Allah Rəsulu (s) belə buyurdu: “...
MEHDİ VƏ MƏNSUR və onlardan sonra gələnlər
MEHDİLƏR OLAN İMAMLARDIR, və Allah Öz Kitabında, Peyğəmbərinin (s) dili ilə
bildirdiyini icra edəcək...”
- Şərhul-Əxbar fi Fəzail Əimmətil-Əthar: 3/400
Allah Rəsulu (s) Mehdidən (ə.s) və Allahın ona Öz Kərəmindən nəyi bəxş edəcəyini və
necə onun əli ilə fəth edəcəyini bəhs etdi. Belə ki, ondan (s) soruşuldu: “Ey Allahın Rəsulu
(s), Allah bunun hamısını onun üçün toplayacaq?” O (s) buyurdu: “Bəli. Və onun həyatı
dövründə və günlərində baş verməyənlər, ondan sonra
ONUN SOYUNDAN OLAN
İMAMLARIN (ə.s) zamanında baş verəcək.”
- Şərhul-Əxbar: 2/39
İmam Rzanın duasında keçən İmam Mehdinin zühur əsri haqqındakı bəyanatında belə
buyurulur: “Allahım, ona və
AİLƏSİNƏ, OĞLUNA, SOYUNA və ümmətinə, və bütün
rəiyyətinə onların razı qalacağı şeyi ver...” Ta ki belə buyurdu: “Allahım, onun dövrünün
hökmdarlarını və
ONDAN SONRAKI İMAMLARI mübarək qıl və onları ümidlərinə
çatdır və onların həyatını uzun et və onların zəfərini əziz qıl.”
- Misbahul-Mütəhacid: s.409
Bu hədisdə iki fərqli xarakterdən bəhs edilir. Onlardan biri Əhlibeytdən (ə.s) olan bir
nəfərdir, digəri isə Hafizdir ki, bu ləqəb Peyğəmbərin (s) vəsiyyətində sadəcə 12ci İmama
(ə.s) verilmişdir, belə ki, vəsiyyətdə o (ə.s) hafiz sözündən törəyən “Müstəhfəz” olaraq
adlandırılmışdır. Hədislərdən də məlum olduğu kimi Yəmani İmam Mehdi (ə.s)’dan
əvvəl gələcək və insanları İmam Mehdi (ə.s)’a tərəf çağıracaq. Və o, İmam Mehdi (ə.s)’ın
bayrağını daşıyacaq. Odur ki, hədisdə keçən “Əhlibeytdən (ə.s) olan bir nəfər” İmam
Mehdi (ə.s) deyildir, əksinə o, İmamın (ə.s) elçisi olan Yəmanidir.
BƏSRƏ DƏCCALI YOXSA MEYSAN DƏCCALI
Əmirəl Möminin Əli (ə.s) buyurdu: “…və Fatimənin (ə.s) övladlarından olacaq Dəccallara
diqqət edin (özünüzü qoruyun). Həqiqətən Fatimənin (ə.s) övladlarından Dəccal olan
şəxslər var. Dəccal,
BƏSRƏNİN DİCLƏSİNDƏN (دِجْلة ةرص ب لا) çıxacaq və o məndən
deyil.
O, DƏCCALLARIN İLKİDİR.”