Ansarullah Production
14
Həm hədislərdən həm də Quran ayələrindən göründüyü kimi əzabdan əvvəl bir elçinin
olması lazımdır. Bu Allahın qanunudur. Bir halda ki, İmam Muhəmməd Mehdi (ə.s)’ın
qiyamı əzabdır, elə isə bundan əvvəl ondan (ə.s) olan bir elçi olması lazımdır ki, insanları
xəbərdar etsin və İmam Mehdi (ə.s)’a tərəf çağırsın.
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: “Bu işin sahibinin bir qeybə
çəkilməsi olacaq ki, bu zaman o deyəcək: “Sizdən qorxduğum zaman (sizdən) qaçdım,
sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.” [Şüəra 21]
- İsbatul-Huda: 3/535, hədis 477; Biharul-Ənvar: 52/157, hədis 19, s.292, hədis 39; Mucəmul-
Əhadis: 5/304, hədis 1735; Qeybəti-Numani (azəricə): s.189, hədis 10 və digər mənbələr.
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə.s) buyurdu: “Əbu Cəfər Muhəmməd ibn
Əli Baqir (ə.s) dedi: “Qaim (ə.s) qiyam edən vaxt deyəcək ki, “Sizdən qorxduğum zaman
(sizdən) qaçdım, sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.”
- Kəmalud-Din: 328, hədis 10; İsbatul-Huda: 3/468, hədis 133, səh.583, hədis 777; Biharul-Ənvar:
52/281, hədis 8, səh.292, 39-cu hədisin arxasınca, səh.385, hədis 195; Qeybəti-Numani (azəricə):
səh.189, hədis 12 və digər mənbələr.
Bu hədislərdən də məlum olur ki, Qaim olan bir elçi vardır, və bu Qaim İmam Mehdi (ə.s)
deyildir, onun (ə.s) Elçisi və Vəsisi Yəmanidir. Çünki İmamların sifətlərini bilənlər bilirlər
ki, onların hikməti kamildir, onlar əta edərlər, onlar tamamlanmış nemətlərdir. Ona görə
də hikmət əta edilən şəxs İmam Muhəmməd Mehdi (ə.s) deyil, əksinə onun elçisidir.
Və diqqət ediləcək digər bir məsələ isə, “SİZDƏN QORXDUĞUM ZAMAN SİZDƏN
QAÇDIM” ifadəsidir ki, bunu İmam Mehdi (ə.s)’a aid edə bilmərik. Çünki, hal-hazırda
axırzamanda yaşayırıq və min ildən çox müddətdir ki, İmam Mehdi (ə.s) aşikar
olmamışdır. Elə isə İmam (ə.s) necə çıxıb deyə bilər ki, “SİZDƏN qorxduğum üçün
SİZDƏN qaçdım”, insanlar ona deməzlərmi ki, “ey İmam (ə.s), biz sənə nə etdik ki, bizdən
qaçdın? Biz heç səni görməmişdik belə.” Ona görə, axırzamanda yaşayan bu camaatdan
qaçan şəxs, bundan əvvəl gərək bu camaatın içində yaşasın ki, sonra da bu sözü desin. Və
biz bilirik ki, Əhməd əl Həsən (ə.s) 2008ci ilə qədər İraqda yaşamış və 2001ci ildən açıq
dəvətə başlamışdır. Daha sonra xəyanət nəticəsində və hədislərdə də keçdiyi kimi
imtahan məqsədilə gizlənmişdir. Odur ki, bu hədisdə sözü keçən şəxs İmam Mehdi (ə.s)
deyil, Əhməd əl Həsən (ə.s)’dır. Ona görə də yer üzündə Əhməd əl Həsən (ə.s)’dan başqa
İmam Mehdinin (ə.s) elçisi və Yəmani olduğunu iddia edən ikinci bir şəxs yoxdur.
İmam Cəfər Sadiq (ə.s) Kərbəla haqqında belə buyurdu: “Ora, onun (İmam Mehdi (ə.s)’ın)
QEYBƏTİ DÖVRÜNDƏ ELÇİNİN ORTAYA ÇIXACAĞI, yer üzündəki son yerdir və
orada Qaimin zühuru üçün Şiələrə bir həyat olacaq.”
- Hidayətul-Kübra: s.401
ahmedalhasan313.wordpress.com
15
Bu hədisdə də aşkar olaraq deyilir ki, ELÇİ İmam Mehdi (ə.s)’ın qeybəti dövründə ortaya
çıxacaqdır. Elə isə İmam Mehdi (ə.s)’ın gəlişini gözləyənlər əslində onun (ə.s) gəlişindən
əvvəl onun Elçisinin gəlişini gözləməli və Elçi gəldiyi zaman da ona təslim olmalıdırlar.
Çünki bu Elçi İmam Mehdi (ə.s)’a götürən yeganə şəxs və İmamın (ə.s) qapısıdır. Hər kim
ondan üz döndərərsə, eynilə Rəsulullahı (s) qəbul edib, lakin Əli (ə.s)’dan üz çevirən
şəxsin durumuna düşmüş olacaqdır.
“İlahi, əgər ölüm hökmü mənimlə o Həzrətin arasında ayrılıq salsa, məni kəfən geydiyim,
qılıncımı siyirib nizəmi ələ aldığım, kənd və şəhərlərdə DƏVƏT EDƏN CARÇININ
DƏVƏTİNƏ ləbbeyk deyən halda qəbrimdən çıxart... Kitabının icra olunmayan
qanunlarını yeniləşdirən, Sənin dininin, Rəsulunun sünnələrindən gəlib çatan hökmlərini
dirçəldən qərar ver. Оnun zühur еdib hazır olması ilə bu ümmətin müşkül və
giriftаrçılıqlаrını аrаdаn qаldır, bizim üçün оnun zühurunu tеzləşdir.”
- Məfatihul-Cənan: Əhd duası
Məsələni biraz da açıqlamaq üçün sizə Əhməd əl Həsən (ə.s)’ın Qurandan bir ayənin
təfsiri haqda cavabından bir hissəni sizə təqdim edirik:
“Allah subhanəhu və təala belə buyurmuşdur: [Sən göydən aşkar bir tüstü gələcəyi
günü gözlə. O (tüstü ki,) insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır. (Onlar:)
'Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək'– deyəcəklər. Haradadır
onlarda öyüd almaq, halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi. Onlar ondan üz
çevirib “öyrədilmiş” və “dəli” dedilər. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz
yenə (azğınlığa) qayıdacaqsınız. (Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün,
Biz (onlardan) intiqam alacağıq.] [Duxan 44:10-16]
Bu duman əzabdır və dəvət əzabdan əvvəl gəlir. Allah (s.v.t) belə buyurmuşdur:
[Biz ELÇİ göndərməmiş əzab vermərik.] [17:15]
Həmçinin ayədə açıq şəkildə bəyan edildiyi kimi, bu duman və ya əzab, aralarında
mövcud olduğu halda, elçini rədd edən və əzab edilmək üzrə olan insanlar üçün bir
cəzadır: [Onlar ondan üz çevirib “öyrədilmiş” və “dəli” dedilər.] [Duxan 44:14]
Eynilə əzab Yunus (ə.s)’ın qövmünün başının üstünü kəsdirmiş olduğu kimi, bu duman
və ya əzab da yer üzü insanları, onların başlarının üstünü kəsdirməsindən sonra, bu
elçiyə inansınlar deyə ortaya çıxar.
Bu duman və ya əzab, kiçik qiyamət ilə əlaqədardır. Hətta o, ayədə də açıq olduğu kimi
kiçik yaxalamadır. Çünki ondan sonra böyük yaxalamadan və zalımlardan intiqam
almaqdan başqa heçnə qalmır.
Dolayısıyla duman, Qaim (ə.s)’ın qiyam əlamətlərindən biridir və bu, İmamlar (ə.s)
tərəfindən söylənmişdir. Həmçinin o, bir elçi ilə də bağlıdır, hətta onun (dumanın) səbəbi
Dostları ilə paylaş: |