Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə52/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   48   49   50   51   52   53   54   55   ...   75

Alimin ona çoxdanın tanışı kimi, belə ciddiyyətlə yanaşması Murad üçün
gözlənilməz idi.
Onun doğulduğu yerlə, oxuduğu fakültəylə, vali​​deyn​ləriylə, ana dilini mükəmməl
bilməsinin səbəb​ləriylə maraqlandı. Murad:
– Evimizdə başqa dildə danışmırlar, – dedi.
– Hələ ki arxivlərin hamısı məhv edilməyib. Yaxın ta​riximizdə oynanan qanlı
oyunları üzə çıxarmaq borcumuzdur. Böyüklərinin taleyini araşdırmaq
burdakılardan daha çox sənin boynuna düşür. Danışığından gördüm ki, ağıllı
oğlansan.
Murad utana-utana təşəkkürünü bildirdi. Alimin tə​şəkkür gözləmədiyi açıq-aydın
görünürdü:
– Yadından çıxarma, yalnız güllə ilə və ya mü​haribədə öldür​mürlər xalqı. Biz
faşizmə qalib gəldik, ancaq bizə qarşı aparılan müharibə hələ qur​tar​mayıb. Bu
müharibəni hər adam görə bilməz, onun silahları səssizdir. Molla Nəsrəddin
demiş: “Səsi sonra çıxacaq!” Erməni də pas atmış silahlardan biridir, başqa
müasir silahlar da var: unutqanlıq, yadlaşdırma, gen və dil düşmənçiliyi ... hara
baxırsan, qan iyi gəlir. Dünya bir dəstə lotunun əlindədir. Ən çox əzilən də bizik,
millətin ağlı kəsənləri. – Akademik öz yaşıdıyla danışırmış kimi danışırdı. –
Gənclərimizə ümidim böyükdür. Bu müharibəni yalnız elmlə udmaq olar.
Murad taleyinə şükür eləyirdi. Allah onu belə bir adamla rastlaşdırmışdı.
Akademik onu tariximizin hansı dövrünə yönəltmək istədiyini başa salandan sonra
aspiranturanın elan ediləcəyi vaxtadək nə iş görməli olduğunu izah elədi, onun tez
və səviyyəli yazmalı olduğunu xüsusi vurğuladı. Sözünə sərt yekun vurdu:
– Dediklərimi nəzərə al. Bura baş girləmək yeri deyil. Mənim də xasiyyətimi hamı
bilir. Güzəşt adlı şey yoxdur. Gecə-gündüz çalışacaqsan!
Murad deyə bilmədi ki, Qazaxıstanda kəndin ağır həyatı onu uşaqlıqdan çətin
işlərə öyrədib və atası da uşaqlarına güzəştə gedən deyildi. Bakıya qaçmaqda bir
məqsədi də onun tələbkarlığından yayınmaq olub: “İndi sizə rast gələndə atama
haqq qazandırır və sevinirəm”, – ürəyindən keçdi.
Alim:
– Həftənin tək günləri işim çox olur, ikinci, ya dördüncü günlərdən birində
gələrsən, plan tutarıq.
Muradın çiynindən yük götürülmüşdü.
Həftənin ikinci günü yenə alimin qəbul otağında idi. Aralı qapıdan onun bərkdən
danışığı eşidilirdi:
– Sizi hardan tapıb yığıblar bura? On ilə bir dissertasiyanı yaza bilmirsən, bu
necə elmi işçilikdir?


Qapı aralananda Muradı gördü və sanki həmən hirs​lənən adam deyilmiş kimi,
“gəl” işarəsi verdi. Qanının arasına girdiyi aspirant onun yanından sürüşüb,
pörtmüş halda otaqdan çıxdı, ancaq alimin hirsi soyumamışdı. Bəlkə Murada da
dərs verirdi:
– İşə bax, gör elmimizi kimlərə tapşırırlar. Haradan yığılıb bu havayıyeyənlər? İki
eşşəyin arpasını bölə bilmir, alim olmaq istəyir. Akademiya qalacaq bu mama
uşaqlarının ümidinə.
Sonra Akademiya rəhbərliyiylə mübahisənin davamı kimi ürəyini boşaltdı:
– Mən həmkarlarıma açıq deyirəm. Sizi elm maraqlandırırsa, bu vərdişinizdən əl
çəkin!
“Həmkarlar” kim idi, görəsən?
Akademikin elmimizin gələcəyi ilə bağlı qayğısını onunla paylaşması bu
məqamda daha çox tapşırıq kimi səslənirdi:
– Ya gərək millətin ən istedadlı gənclərini yığıb əsl elm ocağı yaradaq, ya da bu
institutlar yuxarıdakıların ailə üzvlərinin bəzənib-düzənib gəldikləri seyrəngaha
çevrilsin... Beş-on ailənin Akademiyası...
Alim, sanki ona bəslədiyi ümidlə, bir az əvvəl otağından çıxmış “mama
uşaqları”ndan qisas alacaqdı. Bu açıq söhbətlər Murada cəsarət verirdi:
Ürəkləndi:
– Babamdan qalma bir dəftər var, köhnə əlif​bay​ladır. Sizdə bunu oxuyan
tapılarmı? Mən bu əlifbanı yeni öyrənirəm.
Alim əlini uzadıb:
– Ver, görüm nə tapmısan! – deyə dəftəri ondan aldı. Açan kimi: – Bu öz
dilimizdədir, niyə oxuya bilmirsən, – soruşdu?
– Çətin xətlə yazılıb.
Alim dəftəri o üz-bu üzünə çevirib baxdı. Sonra təbəs​sümlə gözünü onun gözünə
zilləyərək:
– Özümçün oxuyum, yoxsa sən də dinləmək istə​yirsən?
Murad qızardı. Bu boyda akademikə necə desin ki, mənim dərdim orda nə
yazıldığını bilməkdir. Söz yox ki, alim onun ürəyindən keçənləri duymuşdu.
Dəftərin kimə aid olduğunu, əlinə hardan düşdüyünü soruşub öyrənəndən sonra
Qurban adlı işçisini çağırtdırdı:
– Bu cavan oğlanla tanış ol. Aspirantımız olacaq! Məncə, bu dəftərdə elə bir gizli
şey... – sonra sözünə ara verib – dövlət sirri-filan yoxdur. Oxumağına kömək elə.
Yaxud özün indiki əlifbaya çevirib ver ona... – dedi.




KÖHNƏ DƏFTƏRİN YAZISI
“Yer üzündə olmuş və olacaq bütün mövcudatın, göy​lərdə gördüyümüz və
görmədi​yimiz bütün aləmlərin tərtibi və yaranışı uca Allahın hökmünə bağlıdır.
Yaradan və Yaşadan odur! Öz tükənməz xəzinəsini açıb insanlığın istifadəsinə
verən, onun dili və sevgisiylə özünü tanıtdıran Böyük Allah yaratmaqla
kifayətlənmədi, yaratdığına xüsusi bir məna verdi, birdən-birə insan göz açıb
gördüyü hər şeyin mükəmməl və pozulmaz bir nizam içində olduğunu və əsas
işinin bu nizama bağlı yaşamaqdan, bu nizamı qorumaqdan ibarət olduğunu anladı;
ruhunu gözəlliyə kökləmək istədi. Ancaq gözümüzü açıb-yumunca keçən qısa
ömrümüzü baltalayan zalımların zülmü bitmədi. Hamımızı dabanbasma izləyən
Əzraili unudub bir-birinin peşinə düşən insanlar Allah qarşısında cavab
verəcəklərini yaddan çıxartdılar. Dünyanın qurtaracağında, dağın başında, aza
qane ola-ola günümüzü sovub, uşaqlarımızı böyütməyimizi də bizə çox görür,
balaca yuvalarımızı da başımıza uçurmaq istəyirlər. Dinini, məzhəbini, dilini
bilmədiklərimizin biri gedir, biri gəlir. Onsuz da qara olan günümüzü daha da
qaraldıblar. Buna da dözmək olardı. Məlumumuzdur ki, insan dünyaya daim yağ-
bal içində üzməyə gəlməyib! Bu həyat sənə verilibsə, onun hər üzünə şükür
eləyəcəksən. Ancaq bu dəfə haqsızlığın hədəfi olan, incidilən biz deyilik,
Allahımızdır; dinimiz, peyğəmbərimizdir. Elə bil dünyanın sonudur. Bunları
bilməsək, şərin meydanını daha da genişləndirmiş olarıq. Bunları yazıb nəvə-
nəticələrimizə çatdırmalıyıq ki, imkanları əl verdikcə, kafirə boyun əyməsinlər,
zülmlə barışmasınlar. Baxıb görsünlər ki, xalqımız harda günah işlədib, harda
səhv eləyib ki, indi onun cəzasını çəkir. Bu səhvi düzəltməsək, tövbə edib haqq
yoluna qayıtmasaq, Allah bizi bağışlamaz və düşdüyümüz bəlalardan xilas ola
bilmərik.
İnşallah, bu dəftər anlamaz əlinə keçməz, öz yerini tapar. Təzə bir şey deyil.
Şeytan çoxdan adamların başını xarab eləyib. Günlərin birində mənim də qapımı
döymüşdü. “Xoş gəlmisən!” deməkdən başqa çarəm yox idi. Onsuz da
sovetləşmədən bəri ayaq çəkmirlər bizim kəndlərimizdən. Başımıza çox oyun
açıb, bizə çox zülm ediblər. Hələ onu demirəm ki, Bakıdan gələn böyük vəzifə
sahiblərindən biri, kəndin gələcək köçürülmə planlarını qura-qura gözaltı
ailələrimizə də göz qoyurmuş. Bu boyda vəzifə sahibinin belə ucqar dağ kəndinə
dalbadal bir neçə dəfə gəlməsi inandırıcı bir iş deyil. Sonra məlum oldu ki ilk
gəlişində kəndin ayağındakı bulaqdan su içərkən gözü qonşumuz Mirheydərin qızı


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə