Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə49/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   45   46   47   48   49   50   51   52   ...   75

babasının da ruhu sevinir, onların əli çatmayan bu yerləri nəvəsinin gördüyünə və
hər yay bəlkə yüz dəfə “ax, Qaya bulağın bir kasa suyu olaydı!” – deyib
qovrulduqlarının əvəzini çıxdığına görə. Susuzluğu yatan deyildi. Şahin də bulağın
gözünə əyildi, “əla sudur!” deyib, kənara çəkildi. Murad bir də su içəndən sonra
Şahinə: “bizim həyətimiz buralarda olmalıdır” – deyə yavaş-yavaş yuxarı
addımlamağa başladı.
Bunu atasının danışığına əsasən deyirdi. Qoz ağacları, yarım əsr öncə sökülmüş
evin yarımçıq divarlarının yola baxan səmtindəki daşda qazılmış yazı yanılmağına
imkan verməzdi. Ev özü olmasa da, pillələri qalırdı. Ayaq izləri həkk olunub bu
daş hörgüyə. Üzünü söykəyib o ayaqların gücünü, ümidini qoruyan həmin izləri
öpmək istərdi.
– Şahin!
– Eşidirəm!
– Bu dağlar nəyiynən çəkir adamı? Sirri, sehri nədədir buraların?
– Düşünməmişəm bu barədə...
– Sən ümumiyyətlə nə barədəsə düşünürsən? Mən də düşünməmişdim, ancaq indi
düşünürəm. Qazaxıstanda hər gün “Vətən!” deyib sızıldayan insanların hərəsinin
xəyalında belə bir balaca kəndi, dağı-dərəsi, balaca keçmişi var... Orda qızıldan
don geyindirsələr də, ömürləri boyu geriyə, öz ilk ocaqlarına, göbəkləri kəsildiyi
yerə can atırlar.
– Bəlkə elə göbək məsələsindədir bunun sirri...
– Mənim göbəyim burda kəsilməyib. Bəs məni çəkən, qanımı qaynadan nədir?
– Görüşünə getdiyimiz şair də bu dağlarda sənin hisslərini yaşayıb yəqin, onun bir
sözü var: “Qanın yaddaşı tarixin və kitabların yaddaşından daha qə​dimdir” –
deyir. Yəqin sirr elə bundadır, ona görə də gələcək müharibələr qanın işğalından
başlanacaq!
Murad gülümsədi:
– Jurnalist fantaziyanı işə salma!
Şahin bərkdən güldü:
– Dünyanın ehtiyacı var mənim fantaziyama, sonra bu işlərlə siz tarixçilər məşğul
olacaqsınız. Dediyim sözü unutma!
Muradı elə bil ildırım vurdu:
– Bəlkə bizim kəndləri elə buna görə boşaldıblar! Burda yaşayan uzun ömürlü,
sağlam adamların kökünü kəsmək üçün! Yaddaşlarını itirmək üçün?!
– Ay sağ ol, bu yerin sirrini görürsən? Möcüzəsini sənə göstərdi, ağıllanırsan
yavaş-yavaş. Həm ictimai, həm də elmi problemdir... Dedim axı, sözümü unutma!
Söz yox, bu bir zarafatdır, amma elə bil Muradın gözündən qalın bir pərdə


götürüldü və indiyədək bu məsələlər barədə düşünmədiyinə heyrətləndi.
Söhbətləşə-söhbətləşə rayon mərkəzinə gedən yoldan ayrılıb qayaların arasına
burulmuşdular. Şahin burda da qazıntı aparacaqlarından qorxurdu, kənd camaatı
belə şeyi qəbul eləməz. Əl dəymədiyindən, açılmadığından balaca türbənin
qapısını mamır basmışdı. Şahin:
– Bu da sənin ziyarətgahın, nə niyyətin varsa, eləyə bilərsən, – dedi.
Heç bir niyyətim yoxdur, kəndə gələndən nə elə​mişəmsə, hamısı babamın
vəsiyyətidir! İçəri keç​məliyik!
– Mən qorxuram, qardaş. Görmürsən hər yanı kol-kos basıb, Allah bilir qapını
neçə ilan qoruyur.
Murad onu kənara itələdi:
– Sən girmə!
Meşədə kitablar tapılmayandan sonra bütün ümidi bu ziyarət​gaha qalmışdı.
Qapını özünə doğru çəkib açdı. İçəri Şahinin dediyindən fərqli olaraq təmiz və
quruydu. Qalın taxtalardan ikiqatlı dam bura yağış, qar düşməsinə imkan
verməmişdi. Ortada bir sanduqə vardı, üstünü oxuya bilmədi. Ərəb əlifbasından
xəbərləri olsa da, bu yazı üsulu mürəkkəbdir və hər adam baş çıxara bilməz.
Şahin:
– Burda yatan hər kimsə, Allah rəhmət eləsin. Bu məzar​ların çoxu hansısa təriqət
nümayəndələrinə, müridlərə və ya savaş qəhrəmanlarına aiddir, – dedi.
Baş daşının arxasında, küncdə qalın yerli taxtadan düzəldil​miş, küncləri hələ də
rəngini qoruyub saxlayan dəmir lövhələrlə haşiyələnmiş iri bir sandıq vardı.
Murad yaxınlaşıb ehtiyatla sandığın qapağını qaldırdı. Elə bilirdi min illik bir
tarixin qapısını açır. Sandıq köhnə dəftər-kitabla doluydu. Çoxu nəmdən bir-birinə
yapışsa da, mətnləri oxunurdu. Daş şəbəkəli nazik pəncərədən düşən işıqda
kitabları tək-tək qaldırıb baxır və bir kənara yığırdı. Hamısı dinə aiddi.
Sandıqda qara cildli bir dəftər görəndə çaşdı, qışqırmaqdan özünü zorla saxladı.
Birinci səhifədəki yazı aydın oxunurdu. Bəli, bu babasının vəsiyyət etdiyi dəftərdi;
“axır ki tapdım” – deyib öz-özünə pıçıldadı. Şahinin “nəyi axtarırdın, nəyi
tapdın?” sualına cavab vermədən, başqa kitabları da gözdən keçirib, sonra
hamısını səliqəylə sandığa yığdı. Qara dəftəri götürüb qapıdan çıxdı.
Şahin: – Məni dəli edəcək bu oğlan! – deyib, don​quldana-donquldana onun
ardınca getdi.
Ətrafda heç kimin olmamasına sevinirdilər. Bura hər adamın rahat girib-çıxacağı
yer deyil. Gələnlər də məzarın başına dolanıb, çəpərin içindəki ağacların
budaqlarına parça bağlayıb gedərdilər. Balaca ziyarətgahın qapısını açıb içəri
girmək kimsənin ağlına gəlməz. Düşər-düşməzi olar!


Köhnə kənddən çıxandan sonra Murad Şahini qucaqladı:
– Sənə minnətdaram, babamın vəsiyyətini yerinə yetirdim!
Şahin:
– Aç görək, nə yazılıb orda. Gör vəsiyyətnamə deyil ki! Yəqin Quran ayələrini
köçürüb.
Bu atmacadan sonra Murad ayaq saxladı, ağacın altında oturub dəftəri açdı. Dəftər
ərəb əlifbası ilə və o qədər də aydın olmayan bir əl xəttilə yazılmışdı. Oxuya
bilmədi... “Babam “etibarlı adama oxut” demişdi. İndi etibarlı adamı hardan
tapım”.
Kim bilir, dəftərdə nə yazılıb, bəlkə də çox bəsit söz​lərdir. Ancaq heç bir sirri,
mənası olmasa belə, vəsiyyətə əməl etməliydi. Bəlkə də heç kimi axtarmadan,
belə mətnləri oxumaq üçün köhnə əlifba bilgisini artırmalıydı...
Qara dəftərdə onun gözlədiyinin əksinə, qeyri-adi bir şey yox idi. Birinci səhifədə
aydın latın qrafikasıyla “el ağzından toplanmışdır” yazılmışdı. Doğrudan da,
dəftərin əvvəlində bu yerlərin el ədəbiyyatından nümunələr yazılmışdı. Bunların
çoxu Qaçaq Həsən haqqında əhvalatlardı. Muradın bun​ların heç birindən xəbəri
yoxdu. Dəftərin yarıdan sonrası ərəb əlifbasıylaydı.
***
Bakıya qayıtmaq məsələsi olmasaydı Murad böyük​lərinin xatirəsini yaşadan bu
yerlərdən ayrılmazdı.
Bu tək özünün yaşantısı deyil, atasının, babasının xa​tirələri ilə, evdə aldığı tərbiyə
ilə bağlıdır. Ancaq sən demə, bu cür düşünən tək o deyilmiş; kəndə, ocağa can
atanların və buranın cazibəsindən ayrılmaq istəməyənlərin çoxluğu onu
sevindirirdi.
...Bakıya bazar günü çıxacaqlar. Şənbə gəlincə neçə gündən bəri qu desən qulaq
tutulan yerləri, daha doğrusu, bulaqların başını qalabalıq gördü. Şahindən, “bu gün
nə çox adam var buralarda, xeyirdimi?” – deyə soruşdu. Şahin, “yay uzunu, şənbə,
bazar günləri belə olur. İmkan tapan qayıdır, bir-iki günlüyə havasını, suyunu
dəyişir”, – dedi.
Rejimin möhkəm vaxtında, ara açılmamış adamlar Salyandan bəri ötə bilmirdilər.
Şahinin Muğanda qoyulan xırda əngəldən şika​yət​lən​məsi Murada qəribə gəlir. Bəs
xalq düşməni kimi sürgünə göndərilənlər, Komidə, Yamal yarımadasında,
Kustanayda, Qaraqandada, Çu vilayətində, Sibirdə, Maqadanda, Çukotkada
vətənsizliyə məhkum edilənlər, geri gəlməyə gümanı qalmayanlar, onların
övladları nə etsin?
...Bulaq üstə palaz sərib oturanlara salam verdilər. Gələnlər xorla aldılar salamı.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə