Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

AVROPADA TƏHLÜKƏStZLtK VƏ ƏMƏKDAŞLIĞA  DAİR  MÜŞAVİRƏ

9-10 iyul 1992-ci il larixli Helsinki Zirvə Görüşü

1992-ci il Helsinki Sənədi

DƏYİŞİKLİKLƏR  DÖVRÜNÜN ÇAĞIRIŞI 

(Çıxarı*)

HELSİNKİ  ZİRVƏ GÖRÜŞÜNÜN  BƏYANNAMƏSİ

II  MİLLİ  AZLIQLARIN  İŞLƏRİ  ÜZRƏ ATƏM-İN  ALİ  KOMİSSARI

1)  İştirakçı  dövlətlər  milli  azlıqların  işləri  üzər  Ali  komissar  vəzifəsini  təsis 

etmək haqqında  qərar qəbul edirlər.

Mandat


2)  Ali  komissar  KSDL-in  nəzdində  fəaliyyət  göstərəcək  və  beləliklə  də, 

münaqişələrin qarşısının miimkün qədər ən erəkən mərhələdə alınmasına kömək 

edəcəkdir.

3)  Ali  komissar  "erkən  qabaqlama"nı,  müvafiq  hallarda  isə  milli  azlıqların 

problemləri  ilə  bağlı  olan  və erkən  qabaqlama  mərhələsindən  hələlik  çıxmayan, 

ancaq  Ali  komissarın  mülahizəsinə  görə,  ATƏM  bölgəsində  sülhə,  sabitliyə, 

yaxud  iştirakçı  dövlətlər  arasındakı  münasibətlərə  toxunan  potensial 

münaqişəyə çevrilə  bilən  və  Şuranın,  yaxud  KSDL-in  diqqət  və  təsirlərini  tələb 

edən  gərgin  vəziyyətlər  barəsində  "təcili  horəkətlər”i  mümkün  qədər  erkən 

mərhələdə təmin  edəcəkdir.

4)  Ali  komissar  ATƏM-də qəbul edilmiş  prinsip  və öhdəliklərinə əsaslanan 

bu  mandat çərçivəsində işi  məxfi aparacaq  və  bilavasitə  belə gərgin vəziyyətlərə 

cəlb edilmiş  bütün  tərəflərdən  asılı  olmayaraq  hərəkət edəcəkdir.

(5a)  Ali  komissar  vətəndaşı  olduğu  dövlətdə,  yaxud  daimi  yaşadığı  ərazidə 

milli  azlıqlarla  bağlı  yaranan,  mənsub  olduğu  milli  azlıqlara  toxunan 

problemlərə,  haqqında  söhbət  gedən  dövlət  də  daxil  olmaqla,  bilavasitə əlaqəli 

bütün  tərəflərin yalnız razılığı olduqda baxacaqdır.

(5b)  Ali  komissar  mütəşəkkil  terrorçuluq  hərəkətləri  ilə  bağlı  olan 

vəziyyətlərdə milli azlıqların məsələsinə baxmayacaqdır.

(5c)  Ali  komissar  həmçinin,  bu  və  ya  digər  milli  azlıqlara  mənsub  şəxslər 

barəsində ATƏM  üzrə öhdəliklərin pozulmasına  baxmayacaqdır.

(6) Bu  və ya digər vəziyyət gözdən  keçirilərkən onu yoluna qoymaq  məqsədilə 

Ali  komissar  demokratik  və  beynəlxalq  vasitələrin  mövcudluğunu,  eləcə  də, 

əlaqədar tərəflərin onlardan istifadə etməsini  tam ölçüdə nəzərə alacaqdır.

(7) milli azlıqlara dair konkret məsələ KSDL-in nəzərinə çatdırıldığı hallarda 

Ali  komissarın  həmin  məsələnin  baxılmasına  qoşulması  üçün  KSDL-dən 

müvafiq  xahiş ilə mandat  tələb olunur.

Erkən qabaqlama

(11)  Ali  komissar:

t l l a ;   milli  azlıqların  məsələləri  üzrə  məlumatı  haqqında  aşağıda  (Əlavənin 

(23) - (25) bəndlərinə bax) danışılan  qaynaqlardan  toplayacaq  və alacaq;

(11 b) mümkün qədər ən erkən mərhələdə bilavasitə maraqlı  tərəflərin roluna, 

gərginliyin  xarakterinə  və  onunla  bağlı  son  hadisələrə,  həmçinin,  mümkün 

olduqda,  ATƏM  bölgəsində  sülh  və  sabitlik  üçün  potnesial  nəticələrə  qiymət 

verilməsini  həyata  keçirəcək;

34

(1 lc)  bu  məqsədlə,  milli  azlıqların durumuna dair qaynaqdan  məlumat almaq 



üçün(17)-ci  bəndə  və  Əlavənin  (27)  -  (30)-cu  bəndlərinə  uyğun  olaraq,  iştirakçı 

dövlətlərdən hər hansı birinə gəlmək və (25)-ci bəndin müddəalarını nəzərə almaqla 

bilavasitə maraqlı  tərəflərlə şəxsən əlaqəyə girmək imkanına malik olacaqdır.

(12)  İştirakçı  dövlətə  gəldiyi  zaman,  bilavasitə  iştirakçıların  özlərindən 

məlumat alarkən  Ali  komissar tərəflərlə müvafiq masaləri  müzakirə edə bilər və 

zəruri  halda  isə  tərəflərin  arasında  dialoqa,  etimad  və  əməkdaşlığın 

möhkəmlənməsinə köməklik göstərə bilər.

Erkən qabnaqlamanın  təmin edilməsi

(13) Müvafiq tərəflərlə məlumat mübadiləsi və əlaqələr əsasında Ali komissar 

potensial  münaqişə təhlükəsinin  mövcudluğu ((3)-cü  bənddə ifadə edildiyi  kimi) 

nəticəsinə gələrsə,  o  fəaliyyətdə  olan  Sədr  tərəfindən  operativ  surətdə  KSDL-ə 

verilən  erkən  qabaqlama  ilə çıxış edə bilər.

(14)  Fəaliyyətdə  olan  Sədr  bu  erkən  qabaqlamanı  KSDL-in  sonrakı 

görüşünün  gündəliyinə  daxil  edir.  Dövlətlərdən  hər  hansı  biri  belə  qabaqlama- 

nın  operativ  surətdə  məsləhətləşməni  tələb  etdiyi  qərarına  gələrsə,  o.  Şuranın 

Berlin görüşü nəticələrinin Xülasəsinin 2-ci Əlavəsində ("Fövqəladə mexanizm") 

ifadə edilən proseduraya müraciət edə bilər.

(15) Ali komissar erkən qabaqlamaya müraciətinin səbəblərini KSDL-ə izah edir.

Təcili hərəkətlər

(16)  Ali  komissar  KSDL  tərəfindən  təsdiq  edilən  mandata  uyğun  olaraq 

mümkün  həllərin  axtarılması  məqsədilə  maraqlı  tərəflərlə  gələcək  əlaqələri 

qurmaq  və  daha  ətraflı  məsləhətləşmələr  aparmaq  üçün  ona  səlahiyyət 

verilməsini  məsləhət görə bilər.  KSDL  müvafiq qərar qəbul edə bilər.

(17)  Milli  azlıqlarla  bağlı  gərgin  vəziyyəti  müzakirə elmək  məqsədilə  iştirakçı 

dövlətlərdən hər hansı birinə səfərə çıxana qədər Ali komissar fəaliyyətdə olan Sədr 

ilə məslhəlləşmə aparır.  Fəaliyyətdə olan Sədr müvafiq  iştirakçı  dövlət  (dövlətlər) 

ilə məxfi qaydada məsləhətləşir, həmçinin daha geniş məsləhətləşmə apara bilər.

(18) Ali  komissar  iştirakçı  dövlətə səfərdən sonra  müəyyən  edilən  faktlar və 

həmin  konkret  məsələlərin  həlli  üzrə işin gedişi  haqqında  fəaliyyətdə olan Sədrə 

çox məxfi hesabat  təqdim edir.

(19)  Ali  komissar  bu  və  ya  digər  konkret  məsələ  üzərində  işini  bitirdikdən 

sonra  müəyyənləşdirdiyi faktlar, nəticələr və yekunlar haqqında fəaliyyətdə olan 

Sədrə  hesabat  verir.  Fəaliyyətdə  olan  Sədr  bir  ay  ərzində  müəyyən  edilmiş 

faktlar,  nəticələr  və  yekunlar  barəsində  müvafiq  dövlətlə  (dövlətlərlə)  məxfi 

qaydada  məsləhətləşmə  aparır,  eləcə  də  daha  geniş  məsləhətləşmə  keçirə  bilər 

Bundan  sonra  mümkün  qeydlərlə birlikdə hesabat  KSDL-ə veriləcəkdir.

(20) Ali komissar vəziyyətin münaqişəyə çevrildiyi nəticəsinə  gələrsə və onun 

səy  göstərmə  planında  imkanının  tükəndiyini 

hesab  edərsə,  o,  bu  haqda 

fəaliyyətdə olan Sədr vasitəsilə KSDL-ə məlumat verir.

(21)  KSDL  bu  və  ya  digər  konkret  məsələnin  baxılmasına  qoşulduqda.  Alı 

komissar  KSDL-ə,  yaxud  bu  sənədin  III  fəslinin  müddəalarına  uyğun  olaraq 

KSDL-in  həmin  gərgin  vəziyyət  və ya  münaqişə ilə bağlı  addımlar  atmağı  təklif 

edə  biləcəyi  hər  hansı  digər idarə və  ya  təşkilata  məlumat,  həmçinin  sorğu  üzrə 

tövsiyyə təqdim edir.

(22)  Ali  komissar  KSDL  tərəfindən  müvafiq  xahiş  olduqda  və  onun 

mandatının  həyata  keçirilməsinin  məxfiliyinə  dair  tələbləri  lazımi  tərzdə  nəzərə 

almaqla insan ölçüsü məsələsinin  yerinə yetirilməsinin müzakirəsinə həsr olunmuş

35



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə