Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

olmaqla, dövlət xidməti xətti üzrə konkret tədbirlər vacibdir.

b)  Seçkilər

7.  İdarəetmənin, azad və vicdanlı seçkilərin vaxtaşırı keçirilməsinə  əsaslanan

nümayəndəlik  sistemi  müasir  demokratiyanın  mühüm  atributudur.  Bu  nalda 

yerinə  yetirilən  vəzilə  insan  hüquqlarının  ümumi  bəyannaməsinin  21-cı 

maddəsinin  3-cü  bəndində  yığcam  və  dəqiq  şəkildə  iladə  edilmişdir:  Bu  əsas 

norma  bir  sıra  beynəlxalq  və  Avropa  müqaviləsində  xüsusilə,  mülki  və  sıyası 

hüquqlar  haqqında  beynəlxalq  paktın  25-ci  maddəsində  və  İnsan  hüquqları 

haqqında  Avropa  konvensiyasına  əlavə  edilən  1  №-li  Protokolun  3-cü  mad­

dəsində daha  ətraflı  iladə edilib.  Kopenhagen sənədinin  5-ci  və 6-cı  bəndlərində 

ATƏT-in  iştirakçı  dövlətlərinə  münasibətdə,  "insan  şəxsiyyətinə  məxsus 

ləyaqətin  tam  ifadəsi  üçün  əhəmiyyətli  dərəcədə lazım  gələn  ədalət  ünsürləri  və 

bütün  insanların  bərabər  və  ayrılmaz  hüquqları"  konkret  olaraq  sadalanmış, 

"vaxtaşırı  və  həqiqi  seçkilərin  gedişində  azad  surətdə  və  vicdanla  ifadə  edilən 

xalq  iradəsinin  istənilən  dövlət  hakmiyyətinin  və  qanunçuluğun  əsası  olduğu 

göstərilmişdir. 

. . . .  

. . .


Dövlətlər bu öhdəlikləri məhz necə yerinə yetirəcəklərini müəyyənləşdirmək­

də xeyli  sərbəstliyə malikdirlər;  ancaq onlar nümayəndəliyi  ən yüksək  dərəcədə 

təmin  etməyə  çalışaraq,  bunu  ayrı-seçkiliyə  yol  vermədən  həyata  keçirməlidir­

lər.  Birləşmiş  Millətlər  Təşkilatı  çərçivəsi  daxilində  İnsan  hüquqları  Komitəsi 

özünün  25  №-li  Ümumi  qayda  Qeydlərinin  (57-ci  sessiya,  1996-cı  ıl)  12-cı 

bəndinin  belə  bir  izahını  verib:  "öz  fikrini  azad  ifadə  etmək,  dinc  yığıncaqlar 

keçirmək  və  assosiasiyalar  azadlığı  hüququ  səs  hüququnu  səmərəli  həyata 

keçirmək  üçün  başlıca  şərtdir və  tam  müdafiəyə  malik  olmalıdır.  (...)  Səsvermə 

qaydası  haqqında  məlumat  və  materiallar 

azlıqların  dillərində  də  nəşr 

edilməlidir.  Daha  sonra  25  №-li  Ümumi  qayda  Qeydlərinin  5-ci  bəndində 

aydınlaşdırılır  ki,  "dövlət  işlərinin  idarə  edilməsi  siyasi  səlahiyyətlərinin, 

xüsusilə,  qanunvericilik,  icra  səlahiyyətlərinin  və  inzibati  səlahiyyətin  həyata 

keçirilməsilə  bağlı  geniş  anlayışdır.  O,  dövlət  idarəsinin  bütün  aspektlərini 

həmçinin,  beynəlxalq,  milli,  regional  və  yerli  səviyyələdə  siyasətin  işlənib 

hazırlanmasını və həyata  keçirilməsini əhatə edir"

Müxtəlif  baxışların  və  maraqların  mövcud  olduğu  şəraitdə  heç  bir  seçki 

sistemi  neytral  kimi qəbul edilə bilməz, dövlətlər  idarəetmənin  konkret  şəraitdə 

nümayəndəlik  xarakterini  maksimum  təmin edə bilən sistemi seçməlidirlər.  Bu, 

milli  azlıqlara  mənsub şəxslər üçün  daha  mühümdür,  əks  halda,  onlar  adekvat 

nümayəndəlikdən məhrum ola  bilərlər.

8.  Prinsip etibarı ilə demokratik cəmiyyət öz vətəndaşlarına nə qədər ki, dinc 

vasitələrdən  istifadə  edir  və  başqalarının  hüququna  hörmətlə  yanaşır,  siyasi 

özünütəşkili  zorla  qəbul  etdirməməlidir.  Əslində  söhbət  İnsan  hüquqlarının 

ümumi  bəyannaməsinin  20-ci  maddəsi,  Mülki  və  siyasi  hüquqlar  haqqında 

beynəlxalq  paktın  22-ci  maddəsi,  insan  hüquqları  haqqında  Avropa 

Konvensiyasının  11 -ci  maddəsi  və  Kopehagen  sənədinin  6-cı  bəndi  də  daxil 

olmaqla,  ən  müxtəlif  beynəlxalq  sənədlərdə  müəyyənləşdirilən  assosiyasiyalar 

azadlığından  gedir.  Bundan  başqa  milli  azlıqlara  mənsub  şəxslərin  assosiasiya 

azadlığına  Kopenhagen  sənədinin  32.6  bəndinə və Çərçivə  Konvensiyasının  7-ci 

maddəsinə əsasən xüsusi  təminat  verilmişdir.  Helsinki sənədinin 6-cı  bölməsinin

24-cü  bəndində ATƏT-in  iştirakçı dövlətlərinin öhdəliyi  "milli  azlıqlara  mənsub 

şəxslərin  fərdi  əsasda  və  başqaları  ilə  birlikdə  (...)  öz  ölkəsinin  siyasi  (...)

50

həyatında  tamamilə də (...), o cümlədən (...) siyasi partiyalar və assosiyasiyalar 



çərçivəsi daxilində iştirak etmək hüququ da daxil olmaqla, öz insan hüquqlarını 

və əsas  azadlıqlarını  azad şəkildə həyata  keçirmələrini  təmin  etmək"  kimi  əlavə 

konkretləşdirilir.

Hüquq  bərabərliyi  və  ayrı-seçkisizlik  prinsiplərinə  əməl  edildikdə  etnik 

əlamətə  görə  təşkil  edilən  siyasi  partiyalarda  birləşməyə  obyektiv  və  subyektiv 

ehtiyaclar azalacaq,  yaxud  birdəfəlik yox olacaqdır;  bununla  belə,  bəzi  hallarda 

etnik  icmaların  yaratdığı  belə  partiyalar  onların  spesifik  maraqlarının  səmərəli 

təmsilçiliyinə və  beləliklə də,  cəmiyyət  həyatında  onların  real  iştirakına  yeganə 

ümid  yeri  ola  bilər.  Əlbəttə,  insanlar  partiyalarda  başqa  əsasda  da,  məsələn 

regional maraqlar üzrə də birləşə bilərlər.  İdealda partiyalar öz tərkiblərinə görə 

açıq olmalı yə dar etnik çərçivədə qapanıb qalmamalıdırlar; deməli, iri partiyalar 

azlıqların  nümayəndələrinin  öz tərkibinə daxil  olmasına  nail olmalı  və  bununla 

da 

etnik  əlamətlər  üzrə  partiyalar  yaratmaq  ehtiyacını  və  ya  cəhdini 



azaltmalıdır.  Bununla  əlaqədar,  seçki  sisteminin  seçimi  mühüm  əhəmiyyət 

qazanır,  istənilən  halda  siyasi  partiyalar  və  digər  assosiyasiyalar  haqqında 

Mülki və siyasi hüquqular haqqında  beynəlxalq  paktın 20-ci maddəsində və irqi 

ayrı-seçkiliyn  bütün  formalarının  ləğv  edilməsi  haqqında  konvensiyanın  4-cü 

maddəsində danışılan  irqi nifrəti qızışdırmaq yasaq edilməlidir.

9.  Seçki  sisteminin  fəaliyyəti  ayrı-ayrı  vəzifəli  şəxslərin  seçkiləri  də  daxil 

olmaqla,  qanunverici  məclisin  digər  orqan  və  qurumların  seçkilərinə  aid  edilə 

bilər.  Bəzi hallarda seçki dairələrinin sərhədlərindən necə müəyyənləşdirilməsin- 

dən və  həmin  dairələrdə yaşayan  azlıqların  yığcamlığından  asılı  olaraq,  onların 

lazımi  nümayəndəliyi  birmandatlı  dairələrin  köməyi  ilə  təmin  edilə  bilər;  digər 

hallarda  isə  proporsional  seçki  sistemi  azlıqların  kifayət  qədər  təmsil 

olunmasının  təminatı  ola  bilər.  ATƏT-in  iştirakçı  dövlətlərində  praporsional 

nümayəndəliyin  müxtəlif  formaları  tətbiq  olunur:  seçicilərin  üstün  tutduqları 

qayda  namizədlərə  malik  olduğu  "preferensial  səsvermə";  seçicilərin  pariya 

siyahısı üzrə bu  və ya digər namizədin üstünlüyünü  bildirdikləri, eləcə də partiya 

üçün  səs  verdikləri  "açıq  siyahılar sistemi";  müxtəlif partiyalardan  bir  nəfərdən 

çox  namizədə  səs  verməyə  icazə  verilən  "qarışıq  seçki  sistemi";  seçicilər  üstün 

tutduqları  namizədə  bir  səsdən  çox  səs  verə  bildikləri  "kumulyativ  sistem". 

Azlıqların  təmsil  olunmasına  maneçilik  törəlməməsi  üçün  faiz  həddini  çox  da 

yüksəyə qaldırılmamalıdır.

10.  Seçki  dairələrinin  sərhədləri  müəyyənləşdirilərkən  milli  azlıqların  rəhbər 

orqanlarda  təmsil  olunmasını  təmin  etmək  baxımından  onların  problem  və 

maraqlarını  nəzərdə  tutmaq  lazımdır.  "Hüquq  bərabərliyi"  anlayışı  belə  təmin 

edilmənin  seçilmiş  metodu  heç  kəsin  mənafeyini  məhdudlaşdırmamalı  və  hər 

kəsin  mənafeyi  nəzərə  alınacaqdır  deməkdir.  İdealda  dairələrin  sərhədləri 

müstəqil olaraq  və çağırılmamış orqanlar tərəfindən müəyyən edilməlidir,  bu’ isə 

digər  vəzifələrin  həlliylə  bərabər,  azlıqların  hüququna  hörməli  təmin  etməyə 

imkan  verərdi.  ATƏT-in  iştirakçı  dövlətlərinin  bir  çoxunda  bu  vəzifə  peşəkar 

kadrlardan komplektləşdirilmiş daimi seçki komissiyaları yaratmaq yolu ilə həll 

edilir.


Hər  halda  dövlətlər  azlıqların  təmsil  olunmasını  azaltmaq  və  ya  onu 

tamamilə 

kənar  etmək  məqsədilə  seçki  dairələrinin  sərhədlərinə  yenidən 

baxmamalı,  yaxud  bu  və  ya  digər  dairədə  əhalinin  müxtəlif  qruplarının 

proporsional nisbətini heç bir vəchlə dəyişdirilməməlidir.

51



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə