Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

surətdə  çıxış  edirlər  və  bu  surətlər onların  müxtəlif sosial əlaqələrinə görə  biri- 

birinə  uyğun  gələ  bilər,  eyni  vaxtda  mövcud  ola  bilər,  yaxud  bu  yə  ya  digər 

qaydada  (iyerarxiya  və ya qeyri-iyerarxiya) düzülə bilərlər.  Əlbəttə, insanın özii 

üçün seçdiyi surəti yalnız etnik mənşə müəyyən etmir, məqamında bu surət hətta 

eyni  bir  qrup  çərçivəsi  daxilində  müxtəlif  şəkildə  görünür:  qrupun  müxtəlif 

üzvlərində  o,  müxtəlif  çalara  və  dərinliyə  malik  olur.  Haqqında  konkret 

söhbətin  nədən  getdiyindən  asılı  olaraq,  müxtəlif surətlərin  nisbi  mənası  dəyişə 

bilər.  Müvafiq  şəkildə,  eyni  bir  şəxs  konkret  məsələdən,  bu  və  ya  digər  işlə 

özünüeyniləşdirməııin  dərinliyindən  və  onda  iştiraketmənin  şərtindən  asılı 

olaraq,  özünü  müxtəlif  cür  eyniləşdirə  bilər.  Məsələn  bəzi  dövlətlərdə  vergi 

deklarasiyalarını  doldurmaq  və qonşular  ilə gündəlik əlaqə üçün  dil sistemində 

insan  həyatda  və cəmiyyətdə öz yerini  müxtəlif cür təyin edə bilər.

5. 

Demokratik  cəmiyyətlərdə  qərarların  qəbulunun  prosedura  tərəfi  onun 



məzmunluluq  tərəfindən  az  əhəmiyyət  kəsb  etmir.  İdarəetmənin  lazımi 

praktikası  nəinki  xalqa  münasibətdə,  həm  də  xalqın  səadəti  üçün  tətbiq 

edildiyindən,  müvafiq  proseduralar aid  olduqlarının  iştirakını  nəzərdə  tutmalı, 

ictimaiyyətin  nəzərindən  və dəyərləndirilməsindən gizli  qalmamalı,  maraqlarına 

toxunduqlarının  nəzarəti  altında  olmalıdır.  Yalnız  belə  bir  qayda  cəmiyyətin 

sabit  etimadını  qazanacaqdır.  Müvafiq  proseduralarda  geniş  iştirak, 

məsləhətləşmələr,  sorğular,  referendumlar,  danışıqlar  və  hətta  bilavasitə 

maraqlarına  toxunan  şəxslərdən  sanksiyalar  almaq  hesabına  təmin  edilə  bilər. 

Belə  proseduraların  tətbiqi  ilə  qəbul  edilən  qərarların  könüllü  yerinə 

yetiriləcəyini  gözləmək  olar.  Dövlət  orqanlarının  və  maraqlarına  toxunulan 

qrupun  yanaşma  üsulları  biri-birindən  əhəmiyyətli  dərəcədə  ayrıldığı  hallarda 

idarəetmənin  lazımi  proseduraları  baxımından  daha  təmincdici  həlli  tapmaq 

məqsədilə üçüncü  tərəfin  xidmətinə müraciət etmək  doğru olardı.

Milli  azlıqlara  tətbiqlə  bağlı  Kopenhagen  sənədinin  33-cü  bəndi  "belə 

azlıqların  təşkilatlan  və  ya  assosiasiyaları  ilə  əlaqələr  də  daxil  olmaqla,  lazımi 

məsləhətləşmələr  apardıqdan  sonra",  "öz  ərazilərində  milli  azlıqların  etnik, 

mədəni,  dil  və  din  özünəməxsusluğunu"  qorumağa  və  "bu  özünəməxsusluğu 

təşviq  etmək  üçün  şərait"  yaratmağa  dair  tədbirlər  görməyi  ATƏT-in  iştirakçı 

dövlətlərinin  öhdələrinə qoyur.  Helsinki sənədinin  VI  bölməsinin 26-cı  bəndinə 

görə, ATƏT-in iştirakçı dövlətləri, həmçinin "milli azlıqların problemlərini əməli 

ruhda,  dinc  vasitələrlə  və  ATƏM-in  prinsip  və  öhdəlikləri  əsasında  bütün 

əlaqədar tərəflər arasında dialoqlar yolu ilə həll elməyi" öhdələrinə götürmüşlər. 

"Bütün əlaqədar tərəflər"ə gəldikdə,  bununla  bağlı  Kopenhagen sənədinin  30-cu 

bəndində "dözümlülüyün, mədəniyyət müxtəlifliyinin təşviq edilməsində və milli 

azlıqlara  aid  məsələlrin  həllində  siyasi  partiyalar,  həmkarlar  ittifaqları,  insan 

hüquqları 

üzrə  təşkilatlar  da  daxil  olmaqla,  qeyri-hökumət  təşkilatlarının 

mühüm  rolu" qəbul edilir.

Dözümlülük  proseduraların  geniş  iştirakına  əsaslanan  fəaliyyətin  vacib 

şərtidir.  Qarşılıqlı  etimad  və  bərabərliyin  sosial-siyasi  iqlimini  qanunvericilik 

qaydası  ilə  eyni  zamanda  bu  sosial  etikanın  bütün  əhali  miqyasında  bəıqərər 

olması  sahəsində  tərbiyəvi  iş  apararaq  təmin  etmək  lazımdır.  Bununla  bağlı 

kütləvi  informasiya  vasitələrinin  xüsusi  rolu  vardır.  Çərçivə  konvensiyasının  6- 

cı  maddəsinin  l-ci  bəndində  nəzərdə  tutulur  ki,  "tərəflər mədəniyyəllərarasında 

dözümlülüyü təşviq edir, həmçinin öz ərazilərində yaşayan bütün şəxslərin etnik

mədəni,  dil  və  din  mənsubiyyətlərindən  asılı  olmayaraq,  onların  arasında,

48

xüsusən  təhsil, mədəniyyət  və informasiya vasitələri sahəsində qarşılıqlı  hörmət, 



qarşılıqlı  anlaşma  və əməkdaşlığa  yardım etmək  üçün  təsirli  tədbirlər görürlər".

O cümlədən, dövlətlər ictimai çıxışlarda sayğısız və ya alçaldıcı epilet və sözlərin 

işlədilməsinin  qabağını  almalı  və  mənfi  stereotipləri  aradan  qaldırmalıdırlar. 

İdealda,  maraqlarına  toxunulan  qrupun  nümayəndələri  belə  problemlərin  həl­

linə yönəldilən  istənilən  tədbirlərin  müəyyənləşdirilməsində və hazırlanmasında 

iştirak etməlidirlər.

II  QƏRARLARIN  QƏBUL EDİLMƏSİNDƏ İŞTİRAKETMƏ

a)  Mərkəzi  hökumət səviyyəsində mexanizmlər

6. 

Milli  azlıqlar  məsələsi  üzrə  ATƏM-in  ekspertlər  Müşavirəsinin  təqdim 



etdiyi  Məruzənin  (Cenevrə  1991-ci  il)  III  bölməsinin  birinci  paraqrafında 

Kopenhagen sənədinin 35-ci bəndinin müddəaları inkişaf etdirilərək göstərilir ki, 

"milli azlıqların durumuna aid məsələlər  onların ölkələrində  müzakirə edilərkən 

həmin  azlıqların  özünə  bu  prosesdə  səmərəli  iştirak  etmək  imkanı  vermək 

lazımdır...  (və)  milli  azlıqlara  mənsub şəxslərin  (belə) demokratik  iştirakı  və ya 

onların  nümayəndələrinin  rəhbər,  yaxud  məsləhətçi  orqanların  işində  iştirakı 

dövlət  işlərində  səmərəli  iştirakın  mühüm  ünsürüdür".  Helsinki  sənədinin  VI 

bölməsinin  24-cü  bəndində  ATƏT-in  iştirakçı  dövlətləri  "bununla  əlaqədar... 

milli  azlıqlara  mənsub  şəxslərin  fərdi  əsasda  və  başqaları  ilə  birlikdə  öz  insan 

hüquqlarını  və əsas azadlıqlarını,  həmçinin  milli,  regional  və  yerli  səviyyələrdə, 

o  cümlədən,  siyasi  partiyalar  və  assosiyasiyalar  çərçivəsi  daxilində  rəhbər  və 

məsləhətçi  orqanların  işində demokratik  iştirak  əsasında,  hər  bir dövlətin qərar 

qəbul  etməsinin  demokratik  prosedurasına  uyğun  şəkildə,  öz  ölkəsinin  siyasi, 

iqtisadi,  sosial  və  mədəni  həyalında  tam  iştirak  etmək  hüququnü  azad  şəkildə 

həyata keçiriınələrini  təmin elmək sahəsində səylərini fəallaşdırmağı" öhdələrinə 

götürürlər.

Əslində iştirak həm qərar qəbuluna ciddi  yardım etmək  imkanı  baxımından, 

həm də belə hərəkətlərin  nəticələrinə görə məsuliyyət baxımından cəlb olunmam 

ifadə  edir.  Lazımi  idarəetmə  konsepsiyasının  prinsiplərindən  biri  belədir:  sadə 

çoxluqla  qərar  qəbuletmə  metodu  həmişə  adekvat  olmur.  Dövlətin  struktur 

quruluşu  baxımından  qərarların  qəbulu  prosesinin  bu  qərarların  toxunduğu 

qruplara  bağlanmasını  və  istər  bütövlükdə dövlət  səviyyəsində,  istərsə  də  onun 

tərkibinə daxil  olan  qurumlar səviyyəsində  müvafiq  hesabat  verməyi ən  yüksək 

dərəcədə  təmin  edən  müxtəlif  deseııiralizasiya  formalarından  istifadə  etmək 

olar.  Unitar  dövlətlərdə,  federasiyalarda  və  konfederasiyalarda  bu  məsələlər 

müxtəlif  şəkildə  həll  edilə  bilər.  Azlıqların  rəhbər  orqanlarda  nümayəndəliyi 

onlara müəyyən miqdarda yer ayırmaq (normalar, xidmət üzrə irəliləmə və digər 

tədbirlər) hesabına  təmin  oluna  bilər,  iştirakın digər  formaları da  mümkündür, 

məsələn,  bu  və  ya  digər  komitələrdə  təminatlı  və  səs  hüququ  olan,  yaxud  səs 

hüququ olmayan üzvlük  buna misaldır.  İcra və məhkəmə orqanlarında, inzibati 

və  digər  orqanlarda  nümayəndəlik  hüquqi  baxımdan  təsbit  edilmiş  və  ya 

mövcud  praktikaya  əsaslanan  eyni  qaydada  təmin  edilir.  Azlıqların 

mənafelərinin  nəzərə  alınması  üçün  xüsusi  orqanlar  da  yaratmaq  mümkündür. 

Bütün  hüquqlarını  həyala  keçirmək  üçün  azlıqların  real  imkana  malik 

olmalarından  ötrü  irqi,  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi 

haqqında  beynəlxalq  konvensiyanın  5-ci  maddəsinin  ”c"  bəndində  deyildiyi 

kimi, "dövlət qulluğuna girməkdə hüquq bərabərliyinin təmin edilməsi də daxil

49



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə