Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə31/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   27   28   29   30   31   32   33   34   ...   228

 

 

109 



 

218.  Əbu  Kiləbə  rəvayət  edir  ki,  Məlik  İbn  Huveyrisin  namaz  qıldığını 



gördüm. Təkbir gətirdi və əllərini qaldırdı. Ruku etmək istədiyi zaman (Təkbir 

üçün)  əllərini  qaldırdı.  Rukudan  başını  qaldırdıqda  əllərini  də  qaldırdı.  O, 

Peyğəmbərin  belə etdiyini söylədi”. (Buxari 737, Muslim 391, 588, 890) 

 

 

 

Hər Əyilib Qalxdıqda Təkbirin İsbati, İstisna Olaraq 

Rukudan Qalxdıqda İsə Yalnız Səmiallahu Limən Həmidəh – 

Deyilməsi 

 

 



 

219.  İbn  Şihab, Əbi  Sələmədən  rəvayət  edir  ki,  Əbu  Hureyrə   onlara  namaz 



qıldırdıqda  hər  əyilib  durduqda  Təkbir  gətirərdi.  Namazı  bitirdikdən  sonra: 

“İçinizdə  namazı  Rəsulullahın  namazına  ən  çox  bənzəyən  mənəm”  dedi. 

(Buxari 785, Muslim 392, 590, 893) 

 

 



 

220. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  namaza durarkən “Allahu 



Əkbər” deyərdi. Habelə, rükuya gedərkən də “Allahu Əkbər” deyərdi. Rüku-

dan  qalxıb  belini  dikəldərkən  “Səmi  Allahu  limən  həmidəh”  deyər,  qalxıb 

dikəldikdən sonra isə “Rabbənə ləkəl həmd” deyərdi. Sonra başını qaldırdıqda 

Allahu  Əkbər”  deyərdi.  Sonra  səcdə  etdikdə  “Allahu  Əkbər”  deyərdi, 

səcdədən  başını  qaldırdıqda  “Allahu  Əkbər”  deyərdi.  Sonra namazın  sonuna 

qədər bütün namazlarında  belə edərdi. İkinci rükəti bitirib oturduqdan sonra 

ayağa qalxmaq istədikdə “Allahu Əkbər” deyəb qalxrdı”. (Buxari 789, Muslim 

392, 591, 894) 

 



 

 

110 



 



221. İmran İbn Huseyn, Mutarrif İbn Abdullahdan rəvayət edir ki, Əli İbn Abu 

Talibin    arxasında  namaz  qıldım.  Mən  və  İmran  İbn  Huseyn,  O  səcdə 

edərkən,  səcdədən  başını  qaldırarkən  və  ikinci  rükətdən  qalxarkən  “Allahu 

Əkbər” deyərdi. Namazı bitirdikdən sonra İmran İbn Huseyn  əlimdən tutdu 

və:  “Bu  kimsə  mənə  Peyğəmbərin  namaz  qılmasını  xatırlatdı  və  ya  bizə 

Muhəmmədin  namazını qıldırdı” dedi. (Buxari 786, Muslim 393, 594, 899)  

 

 



Hər Rükətdə Fatihənin Oxunmasının Vacib Olması Və 

Əgər Fatihəni Gözəl Şəkildə Oxumağı Bacarmasa Və 

Öyrənmək İmkanı Olmasa Ona Asant Gələnin Oxunması 

 



 

222.  Ubadə  İbn  Samit    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “əl-Fatihəni 



oxumayanın namazı yoxdur!” (Buxari 756, Muslim 594, 394,900) 

 



 

223.  Əbu  Hureyra    demişdir:  “Hər  namazda  (Quran)  oxumaq  lazımdır. 



Peyğəmbər  (namazda Quran oxuduqda) nəyi bizə səslə oxumuşdursa, biz də 

onu  sizə  səslə  oxuyuruq  və  nəyi  bizə  səssiz  oxumuşdursa,  biz  də  onu  sizə 

səssiz  oxuyuruq.  (Namazda)  ancaq  “əl-Fatihə”  surəsini  oxusan,  bu  kifayət 

edər, əgər əlavə etsən, bu daha yaxşı olar.” (Buxari 772, Muslim 394, 600, 909) 

 

 

 




 

 

111 



224. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  məscidə daxil olduqda, bir 

nəfər də daxil oldu və namaza durdu. (Namazı bitirdikdən) sonr Peyğəmbərin 

 yanına gələrək ona salam verdi. Peyğəmbər   onun salamını qaytardıqdan 

sonra  buyurdu:  “Qayıd  namazını  qıl!  Çünki  sən  namaz  qılmadın”.  O,  kimsə 

namazı  yenidən  qıldıqdan  sonra  Peyğəmbərin    yanına  gələrək  ona  salam 

verdi.  Peyğəmbər    onun  salamını  qaytardıqdan  sonra  buyurdu:  “Qayıd 

namazını qıl! Çünki sən namaz qılmadın”. Bu hal üç dəfə təkrarlandı. Sonra o, 

kimsə  dedi:  “Səni  Haqq  ilə  göndərən  Allaha  and  olsun  ki,  mən  bundan 

başqasını  bacarmıram.  Məni  öyrət”.  Peyğəmbər:  “Namaza  durduğun  zaman 

Təkbir  gətir,  sonra  Qurandan  sənə  asant  olanı  oxu!  Sonra  ruku  et  və  rukuda 

rahat olana qədər dur, sonra (rukudan) başını qaldır və bütün əzalar öz yerini 

tutana  qədər  dur,  sonra  səcdə  et  və  səcdədə  rahat  olana  qədər  dur,  sonra 

(səcdədən qalxaraq iki səcdə arasında) rahat olana qədər dur, sonra səcdə et və 

rahat olana qədər dur, sonra namazın bütün rükətlərində belə et”. (Buxari 793, 

6251, 6667, Muslim 397, 602, 911)  

 

 

 

Bismilləhin Səslə Deyilməməsini Söyləyənlərin Dəlili 

 



 



225.  Ənəs    demişdir:  “Peyğəmbər  ,  Əbu  Bəkr  və  Ömər    namazı 

“Əlhəmdulillahi Rabbil Aləmin” kəlməsi ilə başlayardılar. (Buxari 743, Muslim 

606, 918) 

 

 

 

Namazda Təşəhhüd



 

 

 




 

 

112 



226.  Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  biz  Peyğəmbər    ilə  bərabər 

namaz  qılarkən:  “Qullarından  öncə  Allaha  salam  olsun,  Cəbrailə  və  Mikailə 

salam olsun, filankəsə salam olsun” deyərdik. (Bir dəfə) Peyğəmbər  namazı 

bitirdikdən  sonra  bizə  tərəf  üzünü  döndərib  buyurdu:  “Həqiqətən,  Salam 

Allahın Özüdür. Qoy sizlərdən biri namazda təşəhüddə oturduqda belə desin: 

Ət-Təhiyyətu  Lilləhi,  Vəs-Səlavatu  Vət-Tayyibat,  Əs-Səlamu  Aleykə 



Əyyuhən-Nəbiyyu Və Rahmətullahi Və Bərəkatuhu, Əs-Səlamu Aleynə Və Alə 

Ibadillahis-Salihin  -

 

Salamlar,  dualar  və  gözəl  şeylər  Allaha  məxsusdur.  Ey 



Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! 

Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, 

bunlar Allahın göylərdə və yerdə olan hər bir əməlisaleh quluna yetişər. (Sonra 

desin:) “Mən şahidlik edirəm ki,  Allahdan başqa ibadətə layiq  məbud yoxdur 

və  şahidlik  edirəm  ki,  Muhəmməd  Onun  qulu  və  elçisidir.  Sonra  istədiyi 

xeyirli sözləri söyləyə bilər (Yəni, dua etmək)” (Buxari 831, 6230, Muslim 402, 

609, 924) 

 



 

 

Təşəhhüdən Sonra Peyğəmbərə  Salavat Gətirmək 

 

 

227.  AbdurRahman  İbn  Əbi  Leylə  deyir  ki,  Kəb  İbn  Ucra    ilə  qarşılaşdım. 



Mənə dedi: “Peyğəmbərdən  eşitdiyim bir hədiyyəni sənə hədiyyə etməyimi 

istəyirsənmi?”.  Mən:  “Bəli,  mənə  hədiyyə  et!”  dedim.  Biz:  “Ya  Rəsulullah! 

Sizin Əhli Beytinizə slavat necə olmalıdır? Həqiqətən Aallah sizə necə salavat 

deməyi  bizə  öyrətmişdir”.  Peyğəmbər:  “Deyin  Allahummə  Salli  Alə 



Muhəmmədin  Və  Alə  Əli  Muhəmməd  Kəmə  Salleytə  Alə  İbrhimə  Və  Alə  Əli 

İbrahim  İnnəkə  Həmidun  Məcid,  Allahummə  Bərik  Alə  Muhəmmədin  Və  Alə 

Əli  Muhəmmədin  Kəmə  Bəraktə  Alə  İbrahimə  Və  Alə  Əli  İbrahim  İnnəkə 

Həmidun Məcid”. (Buxari 3370, 6357, Muslim 406, 614, 935) 

 



 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə