Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə34/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   30   31   32   33   34   35   36   37   ...   228

 

 

119 



 

242. Əbu Musa  rəvayət edir ki, Peyğəmbərin  xəstəliyə tutuldu və xəstəliyi 

şiddətləndi.  Peyğəmbər:  “Əbu  Bəkrə    əmr  edin  insanlara  namaz  qıldırsın” 

deyə  buyurdu.  Aişə:  “Əbu  Bəkr    qəlbi  yumşaq  bir  kimsədir,  sənin 

məqamında  durduğu  zaman  insanlara  namaz  qıldıra  bilməyəcəkdir”  dedim. 

Peyğəmbər: “Əbu Bəkrə  əmr edin insanlara namaz qıldırsın” deyə buyurdu. 

Aişə 



yenə sözlərini təkrar etdi. Peyğəmbər: “(Ey Aişə) Sən Əbu Bəkrə   



əmr  et  insanlara  namaz  qıldırsın.  Siz  qadınlar  Yusuf  Peyğəmbərin  sahibləri 

olan  qadınlarsınız”  deyə  buyurdu.  Əbu  Bəkrə    xəbər  verildi  və  o 

Peyğəmbərin  həyatında  ikən  insanlara  namaz  qıldırdı”.  (Buxari  678,  Muslim 

420, 638, 975)  

 

 

 

İmam Gecikdiyi Vaxt Başqa Birisini İmam Təyin Etməkdə 



Məfsədə Qorxusu Olmasa, Camaatın Özlərinə Namaz 

Qıldırmaq Üçün Bir Nəfəri İmamlığa Keçirməsi 

 







 



243.  Səhl  İbn  Səd  əs-Saidi    rəvayət  edir  ki,  Peyğəmbər    Amr  İbn  Auf 

oğullarının  yanına  getmişdi  ki,  onların  arasını  düzəltsin.  Bu  əsnada  namaz 

vaxtı  yetişdi  və  müəzzin  Əbu  Bəkrin  yanına  gəlib  dedi:  “Camaata  namaz 

qıldıracaqsansa, iqaməni verim?” Əbu Bəkr: “Bəli!” deyə cavab verdi. Beləliklə, 

Əbu  Bəkr    (camaata)  namaz  qıldırdı.  Camaat  namazda  ikən  Peyğəmbər   

qayıdıb  gəldi  və  cərgələrin  arasından  keçib  birinci  cərgədə  durdu.  Bu  vaxt 

camaat  əl  çalmağa  başladı,  lakin  Əbu  Bəkr    namaz  qılarkən  başını  arxaya 

çevirməzdi.  Camaat  bərkdən  əl  çalmağa  başladıqda  o,  arxaya  çevrildi  və 




 

 

120 



Peyğəmbəri   gördü.  Peyğəmbər    əli  ilə ona işarə  etdi  ki, yerində qal.  Belə 

olduqda  Əbu  Bəkr    əllərini  göyə  qaldırıb  Peyğəmbərin    ona  verdiyi  əmrə 

görə Allaha həmd-səna dedi. Sonra da arxaya çəkilib (birinci) cərgədə durdu. 

Peyğəmbər    isə  önə  keçib  (camaata)  namaz  qıldırdı.  Namazı  bitirdikdən 

sonra  dedi:  “Ey  Əbu  Bəkr,  sənə  əmr  etdiyim  halda  yerində  qalmağına  mane 

olan  nə  idi?”  Əbu  Bəkr:  “Əbu  Quhafənin  oğluna  Peyğəmbərin    qarşısında 

namaz qılmaq yaraşmazdı.” Sonra Peyğəmbər  (camaata) dedi: “Niyə siz bu 

qədər  çox  əl  çaldınız?  Hər  kim  namaz  əsnasında  özündə  şübhə  doğuran  bir 

şey  (görsə),  qoy:  “Subhanəllah!”–  desin.  Əgər:  “Subhanəllah!”–  desə,  ona 

diqqət  yetirilər. Əl çalmaq isə  qadınlara  aiddir.  (Buxari  684,  Muslim  421,  639, 

976) 

 

 



 

Namazda Hər Hansı Bir (Xəta) Baş Versə, Kişilərin 

Sübhənallah, Qadınların İsə Əl Çalması 

 

 



244. Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Subhanəllah!”– 

demək kişilərə, əl çalmaq isə qadınlara aiddir”. (Buxari 1203, Muslim 422, 641, 

982)  

 

 



 

Namazı Gözəl, Tam Və Xuşu İlə Qılmağın Əmr Olunması 

 



 

245.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yoxsa  siz  elə 



güman  edirsiniz  ki,  mən  ancaq  bu  qibləmi  (görürəm)?  Allaha  and  olsun  ki, 

sizin  (namazdakı)  hərəkətiniz  və  (necə)  rükuya  getməyiniz  məndən  gizli 

qalmır. Çünki mən sizin arxamda nə etdiyinizi görürəm.” (Buxari 418, Muslim 

424, 643, 986) 

 



 

 

121 



 

246. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Namazda ruku 

və səcdə doğru edin. Allaha and olsun ki, mən sizi arxamdan da görürəm. Və 

ya Mən sizi ruku və səcdə etdiyiniz zaman arxamdan görürəm”.  (Buxari 742, 

Muslim 425, 644, 987)  

 

 

 

Rükuda, Səcdədə Və Ya Buna Oxşar Əmsallarda İmamı 

Qabaqlamağın Qadağan Olunması 

 



 

247. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Məgər sizlərdən 



imamdan  qabaq  başını səcdədən  qaldıranlar qorxmur  ki,  Allah onların  başını 

eşşək  başına  döndərər  və  ya  onların  özlərini  eşşəyə  döndərər.”  (Buxari  691, 

Muslim 427, 648, 991, 992) 

 

 

 

Səflərin Düz Və Doğru Tutulması 

 

 



248.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Səflərinizi  düzəldin. 

Çünki səfflərin düz olması namazın tamamndandır”. (Buxari 723, Muslim 433, 

656, 1003) 

 

 



249.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Səflərinizi  düzəldin. 

Həqiqətən  mən  sizi  arxamdan  da  görürəm”.  (Buxari  718,  Muslim  434,  657, 

1004) 

 



 

 

122 





 

250.  Nomən  İbn  Bəşir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Namaza 

duranda)  sıralarınızı  düzəldin  (və  arada  qalan  boşluqları  doldurun).  Yoxsa 

Allah  sizin  üzünüzü  dəyişdirər  (aranıza  ədavət  salar)”.  (Buxari  717,  Muslim 

436, 659, 1006) 

 





 

251.  Əbu  Hureyra    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə  dediyini 

eşitdim:  “Əgər  insanlar  azan  (verməyin)  və  (namazda)  birinci  sırada 

(durmağın  nə  qədər  xeyirli  və  bərəkətli)  olduğunu  bilsəydilər  və  (buna  nail 

olmaq  üçün)  püşk  atmaqdan  başqa  bir  çarə  tapmasaydılar,  hökmən  püşk 

atardılar; əgər onlar namazın vaxtı yetişən kimi onu qılmağın (nə qədər xeyirli 

və  bərəkətli)  olduğunu  bilsəydilər,  onu  yerinə  yetirmək  üçün  bir-birini  ötüb 

keçməyə  çalışardılar;  və  əgər  onlar  işa  və  sübh  namazlarını  (camaatla  birgə) 

qılmağın  (nə  qədər  xeyirli  və  bərəkətli)  olduğunu  bilsəydilər,  bu  namazları 

qılmaq  üçün  dizləri  üstündə  sürünə-sürünə  də  olsa  (məscidə)  gələrdilər”. 

(Buxari 615, Muslim 437, 661, 1009) 

 

 

 

Kişilərin Arxasında Namaz Qılan Qadınlara, Kişilərdən 

Qabaq Başlarını Səcdədən Qaldırmamalarının Əmrı 

 



 

252.  Səhl    rəvayət  edir  ki,  bəzi  əshabələr  fitələrinin  ətəklərini  oğlan 



uşaqlarının  etdiyi  kimi  boyunlarına  bağlayıb  Peyğəmbərlə    birlikdə  namaz 

qılardılar.  (Buna  görə  də)  Peyğəmbər    (camaat  namazına  gələn  qadınlara) 

deyərdi:  “Kişilər  qalxıb  oturanadək  siz  başınızı  (səcdədən)  qaldırmayın” 

(Buxari 362, 814, 1215, Muslim 441, 665, 1015) 

 

 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə