Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə36/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   32   33   34   35   36   37   38   39   ...   228

 

 

126 



öyrənməkdən  məhrum  olduq  və  üstümüzə  yanar  ulduzlar  endirildi!”  Onlara 

dedilər: “Sizi səmavi xəbəri öyrənməkdən  məhrum  edən  şey,  baş  vermiş yeni 

hadisədir! Gedin, yer üzünü məşriqdən məğribə kimi gəzin və baxın görün sizi 

səmavi  xəbəri  öyrənməkdən  məhrum  edən  nədir!”  Onlardan  bir  dəstə 

Tihaməyə (Qırmızı dənizin şərq sahili boyu olan ərazi) tərəf getdi və Nəxlədə 

(Məkkə  ilə  Taif  arasında  yer)  Ukaz  (Məkə  yaxınlığında  yerləşən)  bazarına 

yollanan  Peyğəmbərə    rast  gəldi.  O,  əshabələri  ilə  birlikdə  sübh  namazını 

qılırdı.  Cinlər  Quranı  eşitdikdə  (dayanıb)  qulaq  asdılar  və  dedilər:  “Vallahi, 

bizi səmavi xəbərdən məhrum edən budur.” Sonra onlar öz qövmünün yanına 

qayıdıb  dedilər:  “Ey  qövmümüz!  Biz  çox  qəribə  bir  Quran  eşitdik.  O,  haqq 

yolu  göstərir.  Biz  ona  iman  gətirdik  və  bir  daha  heç  kəsi  Rəbbimizə  şərik 

qoşmayacağıq.” Uca  Allah  da  Peyğəmbərinə  : “De:  Mənə  vəhy olundu  ki..”. 



(əl-Cinn).  surəsini  nazil  etdi.  Beləliklə  də,  cinlərin  dedikləri  vəhy  vasitəsilə 

Peyğəmbərə  bildirildi.” (Buxari 773, 4921, Muslim 449, 681, 1034)  

 

 

 

Əsr Və Zohr Namazlarında Qiraət 

 





 

260.  Əbu  Qətadə    rəvayət  edir  ki,  Peyğəmbər    zöhr  namazının  ilk  iki 

rükətində  əl-Fatihə  surəsini  və  (hər  rükətdə)  bir  surə  oxuyar,  birinci  rükəti 

uzadar,  ikincisini  isə  qısa  qılardı,  hərdən  ayələri  (bizə)  eşitdirərdi,  əsr  nama-

zında da əl-Fatihə surəsini və iki surə oxuyar, birinci rükəti uzadar, (ikincisini 

isə qısa qılardı), həmçinin sübh namazının birinci rükətini uzadar, ikincisini isə 

qısa qılardı. (Buxari 759, Muslim 451, 685, 1040) 

 






 

 

127 



 

261.  Cabir  İbn  Səmura    belə  rəvayət  etmişdir  ki,  kufəlilər  Ömərə    Səd  İbn 

Əbu  Vəqqasdan    şikayət  etdilər.  Buna  görə  də  Ömər    onu  (bu  vəzifədən) 

kənarlaşdırdı  və yerinə  Əmmar  İbn Yasiri    hakim  təyin  etdi.  Kufəlilər  (çox) 

şikayət  etdilər,  hətta  (Sədin)  namazı  lazımı  qaydada  qılmadığını  belə  iddia 

etdilər.  Belə  olduqda,  Ömər  adam  göndərib  onu  yanına  çağırtdırdı  və  dedi: 

“Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan.” 

Əbu  İshaq:  “Mənə  gəlincə,  vallahi  ki,  mən  onlara  Peyğəmbərin    namazını 

qıldırmışam  və  bundan  (heç  bir şey)  əskiltməmişəm. İşa namazını qıldıranda 

ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam.” Ömər: “Mən elə belə də 

bilirdim,  ey  Əbu  İshaq!”  dedi,  sonra  da  onunla  birlikdə  Kufəyə  bir  və  ya  iki 

adam  göndərdi  ki,  gedib  kufəlilərdən  onun  barəsində  soruşsunlar.  (Kufədə) 

elə  bir  məscid  qalmadı  ki,  (göndərilən  adam)  onun  barəsində  soruşmasın. 

Hamı  onu  təriflədi.  Axırda  həmin  adam  Abs  oğullarının  məscidinə  gəldi. 

Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə İbn Qətadə adlı birisi ayağa 

qalxıb  dedi:  “Madam  ki,  and  verib  bizdən  soruşdun,  (onda  bil  ki,)  Səd  (heç 

vaxt) döyüşə gedən dəstəyə qoşulmayıb, (qənimətləri) düzgün bölüşdürməyib 

və şəriət məsələlərində ədalətlə hökm verməyib.” Səd dedi: “İndi ki belə oldu, 

onda vallahi ki, mən də üç şeylə bağlı (Allaha) dua edəcəyəm: “Allahım! Əgər 

sənin  bu  qulun  yalançıdırsa,  üstəlik  bunu özünü  göstərmək  və ad  qazanmaq 

məqsədi  ilə  edirsə,  onda  onun  ömrünü  uzat,  yoxsulluğunu  artır  və  onu 

bəlalara  düçar  et!”  (Uca  Allah  Sədin  duasını  qəbul  etdi).  Sonralar  həmin 

adamdan (onun halı barədə) soruşanda deyərdi: “Mən başıbəlalı bir qocayam, 

məni  Sədin  bədduası  tutub.”  AbdulMalik:  “Sonralar  mən  o  adamı  gördüm, 

qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə 

əl atırdı.” (Buxari 755, Muslim 1044)  

 

 

 

Sübh Və Məğrib Namazlarında Qiraət 

 





 


 

 

128 



262.  Əbu  Bərzə    rəvayət  edir  ki,  Peyğəmbər    sübh  namazını  bitirdikdən 

sonra  hər  birimiz  yanında  oturanın  üzünü  seçə  bilirdi;  o  (bu  namazda) 

altmışdan  yüzə  qədər  ayə  oxuyardı;  zöhr  namazını  isə  gün  batmağa  meyl 

etdiyi  vaxt  qılardı;  əsr  namazını  (qıldırdıqdan  sonra),  birimiz  Mədinənin  lap 

kənarına  gedib-qayıdar,  qünəş  isə  hələ  də  (adamı)  yandırırdı.  (Əbu  Minhəl) 

demişdir: “Mən (Əbu Bərzənin) məğrib namazı haqqında dediyini unutdum”. 

(Əbu  Bərzə)  demişdir:  “Peyğəmbər    işa  namazını  gecənin  (ilk)  üçdə  birinə 

qədər, hətta  gecənin  yarısınadək yubatmağın fərqinə  varmazdı.”  (Buxari  541, 

Muslim 647, 1495, 1496) 

 





 

263.  İbn  Abbas    rəvayət  edir  ki,  (bir  dəfə)  Ummu  Fədl  (İbn  Abbasın  anası) 

onun  “And  olsun  xeyirlə  göndərilənlərə”.  (Mursələt)  surəsini  oxuduğunu 

eşidəndə  ona  demişdir:  “Oğlum!  Vallahi,  sən  bu  surəni  oxumaqla  mənə 

(unutduğum  bir  şeyi)  xatırlatdın.  Mən  bu  surəni  axırıncı  dəfə  Peyğəmbər   

onu  məğrib  namazında oxuyarkən  eşitmişəm”.  (Buxari  763,  Muslim  462, 703, 

1061) 

 



 

264. Cubeyr İbn Mutim  demişdir: “Mən Peyğəmbərin  məğrib namazında 



ət-Tur” surəsini oxuduğunu eşitdim”. (Buxari 3050, Muslim 463, 705, 1063) 

 

 

 

İşa Namazında Olan Qiraət 

 

 



265.  Bəra    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    səfərdə  ikən  (qıldığı)  işa 

namazının  rükətlərindən  birində:  “And  olsun  əncirə  və  zeytuna!”.  (ət-Tin) 

surəsini oxudu. (Buxari 767, 4951, Muslim 464, 707, 1066, 1067)  

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə