Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə44/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   40   41   42   43   44   45   46   47   ...   228

 

 

157 



 

350.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbərin    belə  buyurduğunu 

eşitdim:  “Namaz  üçün  iqamə  oxunduğu  zaman  namaza  qaçaraq  getməyin. 

Sakit, yavaş-yavaş gedin. Namaza yetişdiyiniz qismini (imamla) birlikdə qılın, 

buraxdığınız  qismini  (tək)  olaraq  bitirin”.  (Buxari  908,  Muslim  602/151,  1389-

1391)  


 



 

351.  Əbu  Qətadə    demişdir:  “Biz Peyğəmbərlə    birlikdə  namaz  qılarkən o, 

(namaza  gələn)  adamların  hay-küyünü  eşitdi.  Namazı  bitirdikdən  sonra 

soruşdu:  “Nə olub sizə?”  Onlar  dedilər:  “Biz namaza  tələsirdik.”  Peyğəmbər: 

“(Bir də) belə etməyin! Namaza gələndə sakitcə gəlin. Hansı (rükətə) çatsanız, 

(onu  imamla  birlikdə)  qılın,  buraxdıqlarınızı  isə  (fərdi  şəkildə)  tamamlayın.” 

(Buxari 635, Muslim 603/155, 1393) 

 

 

 

İnsanlar Namaza Nə Vaxt Qalxır 

 

 

352. Əbu Hureyra  rəvayət edir ki, namaza (başlamaq üçün) iqamə verildi və 



cərgələr düzəldi. Peyğəmbər  bizim yanımıza gəlib namaza durduqda cunub 

olduğunu  xatırladı.  O  (bizə):  “Yerinizdən  tərpənməyin!”  dedi  və  (evinə) 

qayıdıb  qüsl  etdi.  Sonra  o,  başından  su  damcılaya-damcılaya  yanımıza  gəlib 

təkbir  gətirdi  və  biz  onunla  birlikdə  namaz  qıldıq.  (Buxari  275,  Muslim 

605/157, 1397)  

 

 

 

Hər Kim Namazın Birinci Rükətinin Rükusuna Çatarsa, 

Artıq Namaz Çatmış Olur

 



 

 

158 



 

 

353. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim namazın bir 



rükətinə yetişərsə namaza yetişmiş olar”. (Buxari 580, Muslim 607/161, 1401)  

 

 

 

Beş Vaxt Namazın Vaxtları 

 

 



354.  Bəşir  İbn  Əbu  Məsud    rəvayət  edir  ki,  Peyğəmbərin    belə 

buyurduğunu  eşitdim:  “Cəbrail  nazil  oldu  və  mənə  imam  olaraq  namaz 

qıldırdı.  Sonra  onunla  namaz  qıldım,  Sonra  onunla  namaz  qıldım,  Sonra 

onunla  namaz  qıldım,  Sonra  onunla  namaz  qıldım,  bunları  sözylədikcə 

barmaqlarıyla beş namaza işarə etdi”. (Buxari 3221, Muslim 610/166, 1410)  

 





 



 

 

 



 

 

 



355. Əbu Məsud əl-Ənsariy, İbn Şihabdan, o da Ömər İbn AbdulƏziz bir gün 

(əsr) namazını gecikdirdi (bir az gec qıldı). Yanına Urvə İbn Zubeyr daxil oldu 

və  xəbər  verdi  ki:  “Bir  gün  Muğira  İbn  Şobə    İraqda  ikən  (əsr)  namazını 

(başlanğıc  vaxtından  bir  qədər)  gec  qıldı.  (Bunu  görən  Əbu  Məsud  əl-Ənsari 

onun  yanına  gəlib)  dedi:  ”Bu  nədir,  ey  Muğira?  Məgər  sən  bilmirsən  ki, 

Cəbrail  yerə  enib  namaz  qıldı,  Peyğəmbər    də  o  namazı  qıldı;  sonra  yenə 

namaz  qıldı,  Peyğəmbər    də  o  namazı  qıldı;  sonra  yenə  namaz  qıldı, 



 

 

159 



Peyğəmbər    də  o  namazı  qıldı;  sonra  yenə  namaz  qıldı,  Peyğəmbər    də  o 

namazı qıldı; sonra yenə namaz qıldı, Peyğəmbər  də o namazı qıldı və dedi: 

“Mənə belə əmr edildi”. Bu sözlərdən sonra Ömər, Urveye dedi: “Söylədiklərinə 

əminsən,  namaz  vaxtlarını  Rəsulullah  üçün  iqamə  edən,  yəni  vaxtlarını  təyin 

edən  Cəbril  idi?”.  Urvə:  “Bəşir  İbn  Əbu  Məsud  atasından  rəvayət  etdi”  dedi. 

(Buxari 521, Muslim 610/167, 1411) 

 

 

356. Aişə 





rəvayət edir ki, Peyğəmbər  günəş (şüaları) hücrəsinə (evinə) 

düşərdi  və  kölgə  hücrədən  yüksəlmədən  əsr  namazını  qılardı”.  (Buxari  522, 

Muslim 611/168, 1412)  

 

 

 

Şiddətli İsti Olan Vaxt Camaat Namazına Gedən Bir Kimsə 



İstiyə Məruz Qalarsa, Zöhr Namazını Sərin Vaxta 

Saxlamağın Müstəhəb Olması 

 

 



357.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Hava)  bərk 

istiləşdikdə  sərin  düşənədək  namazı  təxirə  salın,  çünki  istilərin  artması 

Cəhənnəmin  nəfəs  almasına  (qaynamasına)  görədir”.  (Buxari  536,  Muslim 

615/180, 1426)  

 

 

358.  Əbu  Zərr  əl-Ğifari    rəvayət  edir  ki,  Peyğəmbərin    müəzzini  zöhr 



namazı  üçün  azan  vermək  (istədi).  Peyğəmbər:  “Sərin  düşənədək  (gözləyin) 

Sərin  düşənədək  (gözləyin)”  dedi.  İstinin  şiddəti  Cəhənnəmin  qaynamasın-

dandır (nəfəs almasına görədir). Havanın həarəti artıdığı zaman namazı sərin 

düşənədək (gözləyi)”. Hətta biz təpələrin kölgələrinin uzandığını görənə qədər 

(gözlədik). (Buxari 535, Muslim 616/184, 1431)  

 



 

 

160 



 



 

359.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Bir  zaman) 

Cəhənnəm  öz  Rəbbinə  şikayət  edib  demişdir:  “Ey  Rəbbim,  bir  hissəm  digər 

hissəmi yedi!” Rəbbi də ona iki dəfə nəfəs almağa izn verdi: bir dəfə qışda, bir 

dəfə  də  yayda.  Bu,  sizin  il  boyu  gördüyünüz  ən  şiddətli  isti  və  ən  şiddətli 

soyuqdur.” (Buxari 537, Muslim 1432) 

 

 

 

Şiddətli İsti Olmadaığı Vaxt, Zöhür Namazını Əvvəl 



Vaxtında Qılmağın Müsthəb Olması 

 

 



360. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  ilə birlikdə şiddətli istidə 

namaz  qılardıq.  Bəzilərimiz  şiddətli  istidən  üzünü  yerə  vura  bilmədiyi  üçün 

libasının bir ucunu səcdə yerinə yayar və üzərinə səcdə edərdi”.  (Buxari 1208, 

Muslim 620/191, 1438)  

 

 

 

Əsr Namazını Tezləşdirmənin (Vaxtın Əvvəlində Qılmağın) 



Müstəhəb Olması 

 



 

361.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    günəş  yüksəklikdə 



olduğu və (adamı) yandırdığı vaxtda əsr namazını qılardı. (Namazdan sonra) 

Əvaliyə


37

 getmək istəyən kəs (oraya) gedər və günəş hələ  yüksəklikdə olduğu 

vaxtda onların yanına qayıdardı. Hərçənd ki, Əvalinin bəzi yerləri Mədinənin 

                                                

37

 Əvali – Mədinənin ətrafında olan yaşayış yerləri. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə