Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə41/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   37   38   39   40   41   42   43   44   ...   228

 

 

146 



316. Əbu Hazim İbn Dinar  rəvayət edir ki, Peyğəmbərin  minbərinin hansı 

ağacdan düzəldildiyi barədə aralarına fikir ayrılığı düşmüş bir dəstə adam Səhl 

ibn  Səd  əs-Saidinin  yanına  gəlib  bu  haqda  ondan  soruşdu.  O  dedi:  “Vallahi, 

mən onun nədən olduğunu yaxşı bilirəm. Mən onu həm qoyulduğu gün, həm 

də  Peyğəmbərin   onun  üstündə oturduğu ilk  gündə görmüşəm.  Peyğəmbər 

  filan  qadının  yanına  adam  göndərib  buyurdu  ki:  “Dülgər  kölənə  əmr  et, 

mənim  üçün  ağacdan  elə  bir  şey  düzəltsin  ki,  mən  camaata  xütbə  verərkən 

onun  üstündə  otura  bilim”.  Qadın  bunu  öz  köləsinə  əmr  etdi  və  o  da  meşə 

yulğunundan  (ağac  adı)  minbər  düzəldib  onun  yanına  apardı.  Qadın  onu 

Peyğəmbərə  göndərdi, Peyğəmbər  də onun buraya qoyulmasını əmr etdi. 

Mən Peyğəmbərin  onun üstündə namaz qıldığını da görmüşəm. O, minbərin 

üstündə  ikən:  “Allahu  Əkbər”  dedi,  (Qurandan  xeyli  oxuduqdan)  sonra 

rükuya getdi, (sonra rükudan qalxıb) dal-dalı gedərək (minbərdən) aşağı endi 

və  minbərin  dibində  səcdə  qıldı,  sonra  yenidən  (minbərə  qalxıb  namazını) 

davam etdi. Namazı bitirdikdən sonra camaata tərəf dönüb dedi: “Ay camaat! 

Mən  belə  etdim  ki,  siz  də  mənə  baxıb  mənim  etdiklərimi  edəsiniz  və  mənim 

necə namaz qıldığımı öyrənəsiniz.” (Buxari 917, Muslim 544/44, 1244) 

 

 

 

Namazda Əlləri Belə Qoymağın Məkruh Olması 

 



 

317.  Əbu  Hureyra    demişdir:  “Peyğəmbər    (namaz  qılan)  adama  əllərini 



belinə qoyub namaz qılmağı qadağan etmişdir.” (Buxari 1220, Muslim 545/46, 

1246) 


 

 

 

Namazda Daşları Atmağın Və Torpağı Düzəltməyin 



Məkruh Olması 

 



 



 

 

147 



318.  Mueyqib    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    bir  nəfərin  səcdə 

etdikdə  torpağı  (əli  ilə  sağa-sola  dağıdıb)  yeri  hamarladığını  görüb  dedi: 

“Bunu etmək istəyirsənsə, bir dəfə et.” (Buxari 1207, Muslim 546/49, 1250) 

 

 

 

Namazda Və Namaz Xaricində Məsciddə Tüpürməyin 

Qadağan Olması 

 

 



319.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Rəsulullah    qiblə  istiqamətində 

divarda tüpürcək gördü. Həmən onu götürərək basdırdı. Sonra insanlara tərəf 

dönərək:  “Sizdən  biriniz  namaz  qılarkən  önünə  tüpürməsin.  Çünki  namaz 

qıldığı zaman Allah üzü tərəfdədir”. (Buxari 406, Muslim 547/50, 1251)  

 

 

320. Əbu Səid  rəvayət edir ki, Peyğəmbər  məscidin qibləsində bir bələğəm 



gördü.  Həmən  onu  çakıl  dşı  ilə  silib  götürdü.  Sonra  da  insanlara  önünə  və 

sağına tüpürmələrini qadağan etdi. Lakin sol tərəfinə və ya sol ayağının altına 

(tüpüməyi ehtiyacdan) icazə verdi”. (Buxari 414, 548/52, Muslim 1253)  

 

 



321. Əbu Hureyra  və Əbu Səid  rəvayət edirlər ki, (bir dəfə) Peyğəmbər  

məscidin divarında tüpürcək gördükdə xırda daşlar götürüb onu qazıdı və dedi: 

“Sizlərdən biri tüpürmək istədikdə, heç vaxt özündən qabağa və ya sağ tərəfə 

tüpürməsin, ancaq sol tərəfə və ya sol ayağının altına tüpürsün.”  (Buxari 410, 

Muslim 548/52, 1253)  

 

 




 

 

148 



322.  Möminlərin  anası  Aişə 

  rəvayət  edir  ki,  Allahın  Elçisi    qiblə 



istiqamətində  divarda  sümük,  tüpürcək  və  ya  bələğəm  gördü.  Həmən  onu 

götürərək basdırdı”. (Buxari 407, Muslim 549, 1255)  

 

 

323.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Şübhəsiz  ki, 



mömin namazda olduğu zaman Rəbbinə müraciət edər. O, halda ön tərəfə, sağ 

tərəfə  tüpürməyin.  Lakin  (ehtiyac  olarsa)  sol  tərəfə  və  (sol)  ayağın  altına 

(tüpürə) bilərsiniz”. (Buxari 413, Muslim 551/54, 1258)

 

 



 



 

324.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Məscidə 

tüpürmək günahdır, bu günahın kəffarəsi isə onu basdırmaqdır”.

 

(Buxari 415, 



Muslim 552/55, 1259) 

 

 

 

Ayaqqabıda Namaz Qılmağın İcazəli Olması 

 



 

 



325. Ənəsdən  soruşdular: “Peyğəmbər  səndəllə namaz qılıbmı?” O: “Bəli” 

deyə cavab verdi. (Buxari 386, 5850, Muslim 555/60, 1264) 

 

 

 

Üzərində Cizgi (Şəkil, İşarə Və.S) Olan Paltarla Namaz 



Qılmağın Məkruh Olması 

 

 



326. Aişə 

 rəvayət edir ki, (bir dəfə) Peyğəmbər   bəzəkli paltarda namaz 



qılarkən  onun  naxışlarına  nəzər  saldı.  Namazı  bitirdikdən  sonra  isə:  “Bu 


 

 

149 



bəzəkli  paltarımı  aparıb  Əbu  Cəhmə  verin,  onun  ənbicaniyyəsini  (yun  əba) 

mənə  gətirin,  çünki  bu  (bəzəkli  paltar)  bir  az  əvvəl  məni  namazdan 

yayındırdı.” (Buxari 373, 752, Muslim 556/61, 1266)  

 

 

 

Yemək Çəkildiyi Vaxt, Namaz Qılmağın Məkruh Olması 

 

 



327.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər  

buyurdu:  “Yemək 



(süfrəyə) qoyulduğu və namaz üçün iqamə verildiyi zaman yeməyə başlayın”. 

(Buxari 5463, Muslim 557/64, 1269)  

 





 

328.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “(Süfrəyə)  şam  yeməyi 

verilərsə,  məğrib  namazını  qılmamışdan  əvvəl  şam  yeməyinə  başlayın  və 

yeməyinizi yedikdə tələsməyin.” (Buxari 672, Muslim 557, 1270) 

 

 

329.  Aişə 





rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Yemək  (süfrəyə) 

qoyulduğu və  namaz  üçün iqamə  verildiyi  zaman  yeməyə  başlayın”.  (Buxari 

671, Muslim 559/66, 1271)  

 

 

330.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  birinizin 



yeməyi  (süfrəyə)  qoyulduğu  və  namaz  üçün  iqamə  verildiyi  zaman  yeməyə 

başlasın.  Yeməkdən  doyana  qədər  tələsməsin”.  (Buxari  673,  Muslim  559/66, 

1272)  

 

 



 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə