176
Müsafirlərin Namazı Və Onun Qısaldılması
398. Aişə
rəvayət edir ki, Allah səfərdə və evdə qılınan namazları iki rükət
iki rükət qılmağı əmr etmişdi, sonralar isə səfərdə qılınan namazlar olduğu
kimi qaldı, daimi yaşayış yerində qılınan namazlara isə (bir və ya iki rükət)
artırıldı.” (Buxari 350, Muslim 685/1, 1602)
399. İbn Ömər demişdir: “Mən (vaxtaşırı) Peyğəmbərlə yol yoldaşı olmuşam
və onun səfərdə (nafilə) namazı qıldığını görməmişəm. Tərifəlayiq Allah
buyurur: “Allahın elçisi sizlərə gözəl nümunədir”. (əl-Əhzab 21). (Buxari 1101,
Muslim 689/9, 1612)
400. Ənəs rəvayət edir ki, Peyğəmbər ilə bərabər Zöhr namazını Mədinədə
dödr rükət qıldıq. Zul Huleyfədə isə iki rükət qıldıq”. (Buxari 1089, Muslim
690/11, 1614)
401. Ənəs demişdir: “Biz Peyğəmbərlə birlikdə Mədinədən Məkkəyə yola
düşdük. Peyğəmbər Mədinəyə qayıdanadək namazları iki rükət iki rükət
qıldı”. (Yəhya ibn İshaq demişdir): “Mən (Ənəsdən) soruşdum: “Siz Məkkədə
çoxmu qaldınız?” O dedi: “Biz orada on gün qaldıq.” (Buxari 1081, Muslim
1618)
Minada Namazın Qısaldılması
177
402. Abdullah İbn Ömər demişdir: “Mən Minada Peyğəmbərlə , Əbu
Bəkrlə, Ömərlə, habelə Osmanla birlikdə – onun xilafətinin ilk illərində –
namazı iki rükət qıldım. Sonralar Osman namazları tam qıldırdı. (Buxari
1082, Muslim 694/16, 1622, 1628)
403. Həris İbn Vəhb əl-Xuzaiy rəvayət edir ki, Peyğəmbər bizlərə ən çox
və ən əmin olduğumuz vaxt Minada namazı iki rükət qıldırardı”. (Buxari 1656,
Muslim 1631, 696/21)
Yağışlı Vaxtlarda Namazın Evlərdə Qılınması
404. İbn Ömər küləkli və soyuq bir gecədə namaza azan verildi və belə
deyildi: “Evlərinizdə namaz qılın”. Sonra dedi: “Peyğəmbər şiddətli soyuq
və yağışlı gecələrdə müəzzinə belə çağırmasını əmr etdi: “Namazı evlərinizdə
qılın”. (Buxari 632, 666, Muslim 1632, 1634, 697/22)
405. İbn Abbas yağmurlu bir Cümə günündə Müəzzinə: Əşhədu Ənnə
Muhəmmədən Rəsulullah dedikdən sonra Hayyə aləs Salət demə, onun yerinə
Sallu Fi Buyutikum – Namazı evlərinizdə qılın – sözünü söylə. İnsanlar bundn
xoşlanmadılar. İbn Abbas: “Bunu məndə xeyirli bir kimsə etmişdir. Çünki
Cümə əzəməti (vacib) bir ibadətdir. Mən isə sizləri su və palçığın içərisinə
salmaqla əziyyət vermək istəmədim” dedi. (Buxari 901, Muslim 699/26, 1637)
178
Səfərdə Olarkən Heyvanın Yönəldiyi Tərəfə Doğru Onun
Üzərində Nafilə Namazının Qılınmasının İcazəli Olması
406. İbn Ömər rəvayət edir ki, Peyğəmbər səfər əsnasında minik üzərində
dəvə hansı tərəfə çevrilirsə çevrilsin fərzlərdən başqa olan gecə namazlarını
qılardı. Vitr namazını da minik üzərində qılardı”. (Buxari 1000, Muslim 1644)
407. Amir İbn Rabiə Peyğəmbərin səfərdə ikən dəvəsinin üstündə getdiyi
istiqamətə tərəf üz tutub gecə (nafilə) namazı qıldığını görmüşdür. (Buxari
1104, Muslim 1645)
408. Ənəs eşşəyin üstündə ikən, qiblənin sol tərəfinə üz tutub namaz qıldı.
Ona deyildi: “Sən qiblədən başqa tərəfə namaz qılırsan?!” O dedi: “Mən
Peyğəmbərin belə etdiyini görməsəydim, belə etməzdim.” (Buxari 1100,
Muslim 1654)
Səfərdə İki Namazı Cəm Etməyin İcazəli Olması
409. Abdullah İbn Ömər demişdir: “Peyğəmbər səfərdə tələsik bir işi
olduqda məğrib namazını gecikdirərək İşa namazı ilə birlikdə qıldığını
gördüm” (Buxari 1091, Muslim 703/45, 1658)
179
410. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər günəş zeniti keçməmişdən
əvvəl səfərə çıxardısa Zöhr namazını Əsr namazının vaxtına kimi uzadar,
sonra miniyindən düşərək hər ikisini cəm edərək qılardı, əgər günəş zeniti
keçdikdən sonra səfərə çıxmamışdan qabaq Zöhrü qılıb sonra miniyinə
minərdi”. (Buxari 1112, Muslim 704/46, 1659)
Hazırda (Səfərdə Deyil Yerli Sakin Olarkən) İki Namazı
Birdən Cəm Etmək
411. İbn Abbas rəvayət edir ki, Peyğəmbər ilə birlikdə səkkiz (Zöhr və
Əsri) və ya yeddi (Məğrib və İşanı) cəm edərək qılmışdıq”. (Buxari 1174,
Muslim 705/55, 1668)
Namazdan (Sonra) Sağ Və Sol Tərəfə Yönələrək Çıxmağın
İcazəli Olması
412. Abdullah İbn Məsud demişdir: “Qoy sizlərdən biri “(namaz qıldığı
yerdən) qalxıb ancaq sağ tərəfə getmək lazımdır” deyə etiqad edib
namazından şeytana bir pay ayırmasın. Mən çox vaxt Peyğəmbərin qalxıb
sol tərəfə qalxıb getdiyini görmüşəm.” (Buxari 852, Muslim 707/59, 1672)
Müəzzin (İqaməyə) Başladıqdan Sonra Nafilə Namazına
Başlamağın Məkruh Olması
Dostları ilə paylaş: |