Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə50/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   46   47   48   49   50   51   52   53   ...   228

 

 

180 





 

413. Əzd qəbiləsindən olan Abdullah İbn Malik İbn Buheynə  rəvayət edir ki, 



bir  dəfə  Peyğəmbər    iqamə  verildikdən  sonra  bir  adamın  iki  rükət  namaz 

qıldığını gördü. Peyğəmbər   namazı bitirdikdən sonra camaat onun ətrafına 

yığışdı  və  o  (həmin  adamdan):  “Sübh  namazını  dörd  rükətmi  (qıldın)?  Sübh 

namazını  dörd  rükətmi  (qıldın)?”  deyə  soruşdu.  (Buxari  663,  Muslim  1682, 

1683) 

 

 



 

Məscidə Daxil Olarkən İki Təhiyyət (Məscid Haqqı) 

Namazının Qılınmasının Müstəhəb Olması Və Bu Namazı 

Qılmadan Oturmağın Məkruh Olması, (Həmçinin) Təhiyyə 

Namazının Bütün Vaxtlarda Qılınmasının Məşru Olması 

 



 

414.  Əbu  Qətadə  əs-Sələmi    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 



“Sizlərdən biri məscidə daxil olduğu zaman qoy oturmamışdan əvvəl iki rükət 

namaz qılsın.” (Buxari 444, Muslim 714/69, 1687) 

 

 

 

Səfərdən Qayıdan Kimsə Üçün Qayıdışının Əvvəlində 



Məsciddə İki Rükət Namaz Qılmağın Müstəhəb Olması 

 








 

 

181 



 

415. Cabir İbn Abdullah  demişdir: “Mən Peyğəmbərlə  birlikdə döyüşlərin 

birində  iştirak  edirdim.  Bu  əsnada  mənim  dəvəm  yorğun  düşüb  asta-asta 

getməyə  başladı.  Onda  Peyğəmbər    mənə  yaxınlaşıb:  “Cabir!”  deyə çağırdı. 

Mən:  “Bəli!”  dedim.  Peyğəmbər:  “Sənə  nə  olub?”  deyə  soruşdu.  Dedim: 

“Dəvəm  yorulub  asta-asta  gedir,  buna  görə  də  mən  geri  qalmışam.” 

Peyğəmbər    dəvəsindən  yerə  enib  əlindəki  ağacla  (mənim)  dəvəmi  vurdu, 

sonra  da  mənə:  “Min!”  dedi.  Mən  də  mindim.  (Dəvə  sürətlə  yerindən  götü-

rüldü  və)  mən  Peyğəmbəri    keçməyim  deyə  dəvəni  tutub  saxlamağa 

başladım.  Peyğəmbər    (məndən)  soruşdu:  “Evlənmisənmi?”  Dedim:  “Bəli!” 

(Yenə)  soruşdu:  “Bakirə  qızla,  ya  dul  qadınla?”  Dedim:  “Dul  qadınla.”  Dedi: 

“Niyə qızla evlənmirsən ki, bir-birinizi əzizləyəsiniz?” Dedim: “(İş orasındadır 

ki,) mənim körpə bacılarım var. Bu səbəbdən də mən bacılarımı bir yerə yığa 

biləcək, saçlarını darayacaq və onların qayğısına qalacaq bir qadınla evlənməyi 

məsləhət bildim. Peyğəmbər: “İndi sən Mədinəyə qayıdırsan. Elə ki evə gəldin, 

(zövcəni) o ki var əzizlə!” Sonra soruşdu ki: “Dəvəni satırsanmı?” Mən: “Bəli!” 

dedim.  Onda  Peyğəmbər    bir  övqiyə

38

 verib  dəvəni  məndən  satın  aldı. 



Peyğəmbər  məndən qabaq  gəlib (Mədinəyə) çatdı. Mən (ora) səhər çatdım. 

Biz məscidə getdik və mən məscidin qapısının önündə Peyğəmbəri  gördüm. 

O  soruşdu:  “İndi  gəlib  çatırsan?”  Mən:  “Bəli!”  dedim.  Peyğəmbər    (mənə): 

“Dəvəni burada saxla, (məscidə) gir, iki rükət namaz qıl!” deyə buyurdu. Mən 

(məscidə) girib iki rükət namaz qıldım. Sonra Peyğəmbər  Bilala mənim üçün 

(tərəzidə) övqiyə çəkməyi əmr etdi, Bilal da onu mənim üçün çəkdi, (hətta) bir 

az da artıq qoydu. Mən dönüb getdikdə Peyğəmbər: “Cabiri yanıma çağırın!” 

deyə buyurdu. (Öz-özümə) dedim: “İndi dəvəni mənə geri qaytaracaq.” Bu isə 

mənim ən xoşlamadığım bir şey idi. (Lakin Peyğəmbər ) dedi: “Dəvəni götür, 

pulunu da özünə saxla.” (Buxari 2097, Muslim 1691) 

 

 

 

Duha Namazının Müstəhəb Olması Və Ən Az Rükət 



Sayının İki Rükət Olması 

 

                                                



38

 Bir  övqiyə  40  dirhəmə  bərabərdir.  Demək,  5  övqiyə  200  dirhəmə  bərabərdir.  O  dövrün  1  dirhəmi  0,7 

misqala,  200  dirhəmi  140  misqala  –  bu  da  595  qram  gümüşə  bərabərdir.  Qızıla  gəlincə,  onun  miqdarı  iyirmi 

dinar və bundan artıq olduqda onun qırxda bir hissəsi və ya 2,5 % zəkat verilməlidir. O dövrün 1 dinarı 4,25 

misqala, 20 dinarı 85 qram gızıla bərabərdir. “Şərh Zadul-Müstəğna” 6/103-104.  



 

 

182 





 

416.  Aişə 

  demişdir:  “Peyğəmbərin    yerinə  yetirmək  istədiyi  elə  əməllər 



var idi ki, o, insanların bu əməlləri yerinə yetirdikdən sonra bunun onlara da 

fərz  buyurulacağından  ehtiyat  etdiyindən  həmin  əməlləri  tərk  edərdi. 

Peyğəmbər    heç  vaxt  duha  namazını  qılmayıb,  mən  isə  bu  namazı 

qılıram.”(Buxari 1128, Muslim 718/77, 1695) 

 

 

417.  İbn  Əbi  Leylədən  rəvayət  edir  ki,  Ummu  Hanidən  başqa  heç  bir  kimsə 



Peyğəmbərin    Duha  namazı  qıldığını  gördüyünü  xəbər  vermədi.  Məkkənin 

fəthi günü evində qüsl etdiyini və səkkiz rükət namaz qıldığını zikr etmişdir. 

Peyğəmbərin  bu namazdan daha xəfif bir namaz qıldığını görmədim. Ruku 

və səvdəsini tamamlıyırdı”. (Buxari 1103, 4292, Muslim 336/80, 1700)  

 



 



418.  Əbu  Hureyra    demişdir:  “Ən  əziz  dostum  (Peyğəmbər)  mənə  üç  şeyi 

nəsihət etmişdir ki, mən ölənədək onları buraxan deyiləm, hər ay üç gün oruc 

tutmaq,  duha  namazını  qılmaq  və  vitri  qılıb  yatmaq.”  (Buxari  1178,  Muslim 

721/85, 1705) 

 

 

 

Fəcr Namazının Sünnətinin Müstəhəb Olması Və Bu 



Namazı Qılmağa (Diqqət Yetirmək) Həvəsləndirmək 

 



 

419.  Həfsə 



  rəvayət  edir  ki,  müəzzin  sübh  namazı  üçün  azan  verib 

qurtaranda və artıq dan yeri söküləndə Peyğəmbər  iqamədən əvvəl iki xəfif 

rükətli namaz qılardı.” (Buxari 618, Muslim 723/87, 1709) 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə