210
Bu Ümmətin Cümə Gününə Hidayət Olunması
496. Əbu Hureyra rəvayət edir ki, o, Peyğəmbərin belə dediyini eşitmişdir:
“Hərçənd onlara (Kitab əhli) bizdən əvvəl Kitab verilmişdir, lakin biz
sonuncular (ümmət olaraq) Qiyamət günü birinci (Cənnətə daxil) olacağıq.
Onlar özlərinə fərz buyrulmuş bu günləri barəsində ixtilafa düşdülər. Lakin
Allah bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi və bu xüsusda insanlar
bizim ardımızca gəldilər, yəhudilər sabahkı günü (altıncı günü), xristianlar isə
ondan sonrakı günü (bazar gününü təntənə ilə qeyd edirlər).” (Buxari 876, 896,
3486, Muslim 2018, 855/21)
Vümə Namazının Zəvaldan (Günörtadan) Sonra Qılınması
497. Səhl rəvayət edir ki, Peyğəmbər ilə bərabər cümə namazını qıldıq.
Qaylulə (gündüz istirhəti) ondan sora olurdu” dedi. (Buxari 939, Muslim 2028,
859/30)
498. Sələmə İbn Əkva (Ağac altında beyət edən səhabələrdən idi) rəvayət
edir ki, Peyğəmbər ilə bərabər cümə namazını qıldıq. (Namazı bitirdikdən)
sonra dönüb baxardıq ki, divarların kölgələnə biləcəyimiz qədər kölgəsi
olmazdı”. (Buxari 4168, Muslim 2030, 860/32)
Namazdan Öncə İki Xütbə Və Onlar Arasında Oturuş
211
499. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər xütbəni ayaq üstə
oxuyar, sonra (bir qədər) oturar, sonra yenə ayağa qalxardı; (o eynilə) siz indi
etdiyiniz kimi (edərdi). (Buxari 920, Muslim 2033, 862/35)
Allahın: “Onlar Ticarət Və Ya Əyləncə Gördükləri Zaman
Dağılışıb Ona Tərəf Qaçdılar Və Səni (Minbərdə) Ayaq Üstə
Olduğun Halda Tərk Etdilər”
500. Cabir İbn Abdullah rəvayət edir ki, (bir dəfə) biz Peyğəmbərlə
birlikdə namaz qılarkən ərzaq yüklü dəvə karvanı gəldi. Hamı tələsik karvana
tərəf getdi. Peyğəmbərin yanında isə cəmi on iki nəfər qaldı və həmin vaxt bu
ayə nazil oldu: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf
qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər”. (əl-Cumuə 11).
(Buxari 936, 2064, Muslim 2034, 2036, 853/36, 37)
Cümə Namazını Və Xütbəsini Qısa Etmək
501. Yə'lə demişdir: “Mən Peyğəmbərin minbərdə ikən belə dediyini
eşitmişəm: “Onlar deyəcəklər: “Ey Malik!”. (əz-Zuxruf 77). (Buxari 3230, 3266,
Muslim 2048, 871/49)
İmam Xütbə Verərkən Təhiyyət Namazını Qılmaq
212
502. Cabir rəvayət edir ki, Peyğəmbər cümə günü xütbə verdiyi zaman bir
nəfər (məscidə) daxil oldu. Peyğəmbər: “Namaz qıldınmı?” deyə buyurdu. O:
“Xeyr” dedi. Peyğəmbər: “O, zaman iki rükət qıl” deyə buyurdu. (Buxari 931,
Muslim 1691, 715/73).
503. Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlərdən biriniz gəldiyi
zaman imam xütbə verərsə və ya (minbərə) çıxdığı zaman iki rükət namaz
qılsın”. (Buxari 1113, 1170, Muslim 2061, 875/59)
Cümə Günü Nə Oxunur
504. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər cümə günləri sübh
namazında “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan
Allah nazil etmişdir”. (əs-Səcdə) və “Doğrudanmı, insanın heç kimə məlum
olmadığı bir dövr hələ də ötüb keçməmişdir?”. (əl-İnsan). surələrini oxuyardı.
(Buxari 891, 1068, Muslim 2068, 2071)
213
İki Bayram Namazı
Kitabı
214
İki Bayram Namazı Kitabı
505. İbn Abbas rəvayət edir ki, Mən Peyğəmbər , Əbu Bəkr , Ömər və
Osmanla birlikdə bayram namazlarında iştirak etmişəm. Onların hamısı
namazı xütbədən qabaq qılardı. Namaz qılınandan sonra xütbə verildi.
Peyğəmbər (xütbədən sonra) çıxdı. (Cəmaat dağılmadan, qadınlar getmədən)
mübarək əli ilə oturun deyə işarə etməsi hələ də gözümün önündədir. Sonra
kişilərin sələrini yararaq qadınların səflərinə qədər gəldi. Bilalda onunla idi.
Oraya çatdıqda bu ayəni oxudu: “Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç
bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını
öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır
etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə)
və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün
yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün
bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Mumtəhinə 12).
Sizlər bu beyət üzrə sabitsinizmi?” deyə buyurdu. İçərilərindən yalnız bir
qadın: “Bəli” dedi. Ondan başqası cavab vermədi. Peyğəmbər: “Sədəqə verin”
dedi. Bilal libasını yaydı və: “Anam atam sizə fəda olsun! Gətirin sədəqənizi
verin” dedi. Qadınlar da halqalarını, üzüklərini Bilalın libasının içinə atmağa
başladılar”. (Buxari 979, Muslim 2081, 884/1)
506. Cabir rəvayət edir ki, Peyğəmbər bayram günü ayağa qalxdı və
namaza başladı. Namazdan sonra insanlara xütbə verdi. Allah Rəsulu
yüksək yerdən xütbəsini bitirdikdən sonra aşağı endi və qadınların yanına
gəldi. Onlara nəsihət etdi. Bilal libasını açdı və qadınlar libasın içinə sədəqə
atmağa başladılar”. (Buxari 961, 978, Muslim 2084, 885/3)
Dostları ilə paylaş: |