224
sonr rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxaraq: Səmiallahu
Limən Həmidəh – dedi, lakin səcdə etmədi. (Yenə) qiraəti uzatdı, lakin bu
qiyam əvvəlkindən qısa idi, sonra təkbir gətirdi, (bir də) rükuya getdi və
rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra: Səmiallahu Limən
Həmidəh Rabbənə Və Ləkəl Həmd - deyib səcdəyə getdi və ikinci rükətdə də
birinci rükətdə elədiklərini təkrar etdi. Beləcə Peyğəmbər dörd səcdə ilə
dörd rükulu namazı kamil etdi. Namaz çıxmadan öncə günəş açıldı. Sonra
xütbə üçü Peyğəmbər ayağa qalxdı və Allaha həmd-səna etdikdən sonra:
“Həqiqətən də, günəş və ay Allahın dəlillərindən iki dəlildir. Onlar kimsənin nə
ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulmazlar. Odur ki, onların
tutulduğunu gördüyünüz zaman Allaha dua edin Sizlər bunların tutulduğunu
gördüyünüz zaman namaza sığnın”. (Buxari 1046, Muslim 2129, 901/3)
522. Aişə
demişdir: “Günəşin üzü tutulduğu zaman Peyğəmbər qalxıb
(namaz qıldı və) uzun bir surə oxudu. Sonra rükuya getdi və rükunu uzatdı,
sonra rükudan qalxdı və başqa bir surə oxuduqdan sonra (yenə) rükuya getdi,
rükunu tamamladıqdan sonra səcdəyə qapandı, ikinci rükəti də bu qaydada
yerinə yetirdikdən sonra dedi: “Günəşin və ayın tutulması Allahın dəlillərin-
dəndir. Bunu gördüyünüz zaman (onların üzü) açılanadək namaz qılın. Mən
dayandığım bu yerdə mənə vəd edilən hər şeyi gördüm. Siz mənim qabağa
addım atdığımı gördüyünüz zaman mən Cənnətdən bir salxım (üzüm)
götürmək istəyirdim. Mənim dala çəkildiyimi gördüyünüz zaman isə mən
Cəhənnəmin (içindəkilərinin) bir-birini yandırıb-yaxdığını gördüm. Mən
Cəhənnəmdə Amr İbn Lüheyi gördüm. Bu, o kimsədir ki, saibəni
42
sərbəst
buraxmışdır.” (Buxari 1212, Muslim 2134, 901/6)
Xusuf Namazında Qəbr Əzabının Zikr Olunması
42
Saibə - ardıcıl olaraq on dişi dəvə balalayan və buna görə ərəb bütpərəstləri tərəfindən sitayiş edilən dişi
dəvə. Bütpərəstlər onu sərbəst buraxır, onu minmir, onunla yük daşımır, yununu qırxmır və südünü də ancaq
qonağa verərdilər. Bu pis adəti isə ərəblər arasında ilk dəfə Amr İbn Lühey dəb salmışdir.
225
523. Aişədən
rəvayət edilir ki, yəhudi bir qadın ondan kömək diləməyə
gəldi və ona: “Allah səni qəbir əzabından qorusun” dedi. Buna görə də Aişə
Peyğəmbərdən : “İnsanlar qəbirlərində əzab çəkəcəklərmi?” deyə
soruşdu. Peyğəmbər: “Allah bizi bundan qorusun!”(Aişə
rəvayətinə
davam edib demişdir:) “Bir dəfə səhər tezdən Peyğəmbər öz dəvəsinə minib
(bir qədər getdikdən sonra) günəş tutuldu və o, günortadan əvvəl geri döndü.
Peyğəmbər hücrələrin yanından keçib namaza durdu, camaat da onun
arxasında namaza durdu. (Namazda) qiyamı uzatdı, sonra rükuya getdi və
rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam
əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu
rüku əvvəlkindən qısa idi, sonra (rükudan) qalxıb səcdəyə getdi (və iki dəfə
səcdə qıldı). Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən
qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa
idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən
qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu rüku
əvvəlkindən qısa idi, sonra (rükudan) qalxıb səcdəyə getdi, (iki dəfə səcdə
qıldı) və (salamları verib) namazı bitirdi. Allahın istədiyi qədər (camaata)
öyüd-nəsihət verdikdən sonra onlara qəbir əzabından Allaha sığınmağı əmr
etdi”. (Buxari 1049-1050, 1055-1056, Muslim 2136, 903/8)
Kusuf Namazında Cənnət Və Cəhənnəmdən Peyğəmbərə
Ərz Olunanlar
226
524. Əsma Bint Əbu Bəkr
rəvayət edir ki, (günəş tutulduğu vaxt) mən
Aişənin
yanına gəldim, (o vaxt) o namaz qılırdı. Mən: “İnsanlara nə
olub?” deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün əli ilə) göyə
işarə etdi. (Mən məscidə tərəf boylanıb gördüm ki,) camaat namaz qılır. (Aişə):
“Allah pak və müqəddəsdir!” dedi. Mən: “(Bu,) əlamətdirmi?” deyə soruşdum.
O, başı ilə işarə edib (mənim sözümü) təsdiqlədi. Bu səbəbdən mən də namaza
durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım.
(Namazdan sonra) Peyğəmbər qüdrətli və əzəmətli Allaha həmd edib Onun
şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə
göstərilmiş hər bir şeyi, hətta, Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy
olundu ki, siz qəbirlərinizdə məsihi-dəccalın imtahanına bənzər (və ya buna
yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsədən): “Bu adam
(Muhəmməd ) haqqında nə bilirsən?” deyə soruşacaqlar. Mömin (yaxud
yəqinliklə inanan) bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O, bizə dəlillər və
doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib (onun) ardınca
getdik. Bu, Muhəmməddir!” deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan
sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman
gətirdiyini bildik” deyəcəklər. Münafiq (və ya qəlbində şübhə olan) adam isə:
“Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin
şeyi mən də deyirdim” deyəcək. (Buxari 86, Muslim 2141, 905/11)
525. Abdullah İbn Abbas demişdir: “Peyğəmbər zamanında günəş tutuldu
və bu səbəbdən də Peyğəmbər (camaata) namaz qıldırdı. (Namazda) qiyamı
o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra
rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin
Dostları ilə paylaş: |