227
bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı,
lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki
dəfə) səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam
əvvəlkindən qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku
əvvəlkindən qısa idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu
qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı,
lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki
dəfə) səcdə qıldı, sonra (salamları verib) namazı bitirdi. Artıq günəşin üzü
açılmışdı. Bundan sonra Peyğəmbər buyurdu: “Həqiqətən də, günəş və ay
Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya
gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman
Allahı zikr edin!” (Əshabələr) dedilər: “Ey Allahın elçisi, biz sənin dayandığın
yerdə əlini uzadıb nə isə götürdüyünü, sonra da arxaya çəkildiyini gördük”.
Peyğəmbər: “Mən Cənnəti gördüm və (oradakı meyvələrdən) bir salxım
dərmək istədim. Mən onu dərə bilsəydim, dünya durduqca siz ondan yeyə
bilərdiniz. Həmçinin, Cəhənnəm də mənə göstərildi. Mən heç vaxt bu gün
(gördüyüm) mənzərədən daha dəhşətlisini görməmişdim. Mən Cəhənnəm
əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm.” (Camaat) soruşdu: “Nəyə
görə, ya Rəsulullah?” O dedi: “Nankorluqlarına görə!” (Yenə) soruşdular:
“Allaha qarşımı nankordurlar?” O dedi: “Onlar ərlərinə qarşı nankordurlar,
yaxşılığı yerə vururlar. Birisinə il boyu yaxşılıq etsən, sonra da səndən (xoşuna
gəlməyən) bir şey görsə, deyər: “Mən səndən heç vaxt xeyir görmədim.”
(Buxari 1004, 1052, Muslim 2147, 907/17)
Kusuf Namazına Çağırarkən: Əs-Salətu Cəmia – Deyə Nida
Etmək
526. AbdurRahman İbn Amr İbn As rəvayət edir ki, Peyğəmbərin
zamanında günəş tutuldu. “İnnəs Salətə Cəmia” – deyə nida olundu.
Peyğəmbər namazda ikən bir rükətdə iki dəfə ruku etdi. Sonra qalxıb yenə
bir rükətdə iki dəfə ruku etdi. Sonra oturdu və günəş açıldı. Aişə: “Daha əvvəl
228
ömrümdə bu qədər uzun sürən bir səcdədə (namazda) olmamışdım” dedi.
(
Buxari 1045, 1051, Muslim 2152, 910/20)
527. Əbu Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həqiqətən günəş
və ay bir kimsənin ölümünə görə tutulmur. Lakin onlar Allahın dəlillərindən
iki dəlildir. Günəş və ayın tutulduğunu görsəniz namaza durun”. (Buxari 1041,
Muslim 2154, 911/22)
528. Əbu Musa demişdir: “Günəş tutulduğu vaxt Peyğəmbər Qiyamət
qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı,
mən heç vaxt onun (namazda) qiyamı, rükunu və səcdəni bu qədər uzatdığını
görməmişdim. (Namazı bitirdikdən sonra) buyurdu: “Allahın göndərdiyi bu
dəlillər heç kəsin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə olur. Fəqət,
Allah bununla Öz qullarını qorxudur. Odur ki, belə bir şey gördükdə Allahı
zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!” (Buxari
1059, Muslim 2156, 912/24).
529. İbn Ömər rəvayət edir ki, Peyğəmbər bizə xəbər verdi ki: “Həqiqətən
günəş və ay kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə
tutulmazlar. Günəş və ay Allahın dəlillərindən iki dəlildir. Günəş və ayın
tutulmasını gördüyünüz zaman nmaza durun (dua edin)”. (Buxari 1042,
Muslim 2160, 914/28).
229
530. Muğira İbn Şobə rəvayət edir ki, Peyğəmbər zamanında oğlu İbrahim
vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölümünə görə
tutulmuşdur” dedilər. Belə olduqda, Peyğəmbər dedi: “Günəş və ay
kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. (Onların
tutulduğunu) gördüyünüz zaman namaz qılın və Allaha dua edin!” (Buxari
1043, Muslim 2161, 915/29).
230
Cənazə Kitabı
231
Meyyid Üçün Ağlamaq
531. Usamə İbn Zeyd demişdir: “Peyğəmbərin qızı (Zeynəb): “Oğlum
ölür, bizə gəl!” deyə atasına xəbər göndərdi. Peyğəmbər (xəbər gətirən
adama buyurdu ki, Zeynəbin yanına qayıdıb) onu salamlasın və desin:
“Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Özünə aiddir. Onun yanında hər
şeyin öz müəyyən əcəli var... Səbir et və (bunun əvəzinə Allah yanında
mükafat qazanacağına) ümid bağla!” (Bir müddətdən sonra) Zeynəb, (atası)
mütləq gəlsin deyə, and verib (xəbərçini yenə) onun yanına göndərdi.
Peyğəmbər qalxıb Səd İbn Ubadə, Muaz İbn Cəbəl, Ubey İbn Kəb, Zeyd İbn
Sabit və başqa bir neçə əshabə ilə onun yanına gəldi. (Evə daxil olduqda)
körpəni Peyğəmbərə verdilər. Uşaq xırıldayaraq nəfəs alırdı. (Bunu görəndə)
Peyğəmbərin gözləri yaşla doldu. Səd dedi: “Bu nədir, ya Rəsulullah? (Sən
də ağlayırsan?)”. Peyğəmbər: “Bu, Allahın Öz qullarının qəlbinə saldığı
mərhəmətdir. Allah Öz qullarından yalnız rəhmli olanlara rəhm edir.” (Buxari
1284, 6655, 7377, Muslim 2174, 923/11)
532. Abdullah İbn Ömər demişdir: “Səd İbn Ubadə xəstələndiyi zaman
Peyğəmbər AbdurRəhman İbn Auf, Səd İbn Əbu Vəqqas və Abdullah İbn
Məsud ilə birlikdə ona baş çəkdi. Xəstənin yanına daxil olduqda ailəsinin
onun başına yığışdığını görüb soruşdu: “Öldümü?” Onlar: “Xeyr, ya
Rəsulullah!” deyə cavab verdilər. Peyğəmbər (Sədi görəndə) ağladı.
Oradakılar Peyğəmbərin ağladığını gördükdə ağlamağa başladılar. Peyğəm-
bər: “Eşitmirsinizmi? Allah gözlərdən axan yaşa və qəlbin kədərlənməsinə
görə (heç) kəsə əzab vermir. O ancaq buna görə ya əzab verir, ya da rəhm edir
Dostları ilə paylaş: |