Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə59/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   55   56   57   58   59   60   61   62   ...   228

 

 

215 



 

507.  İbn  Abbas    və  Cabir  İbn  Abdullah    rəvayət  edirlər  ki,  orucluq  və 

qurban bayramlarında azan verilməzdi. (Buxari 960, Muslim 2086, 886/5)  

 

 



 

508. İbn Abbas, Abdullah İbn Zubeyrə  beyət olunduğu ilk zamanlarda xəbər 

göndərərək:  “Orucluq  və  qurban  bayramlarında  azan  verilməzdi  və  xütbədə 

namazdan sonra verilərdi” deyildi. (Buxari 959, Muslim 2087, 886/6) 

 

 

 



509.  İbn  Abbas    demişdir:  “Mən  Peyğəmbər  ,  Əbu  Bəkr  ,  Ömər    və 

Osmanla    birlikdə  bayram  namazlarında  iştirak  etmişəm.  Onların  hamısı 

namazı xütbədən qabaq qılardı.” (Buxari 962, Musim 2089, 888/8) 

 

 



 

 

510.  Əbu  Səid  əl-Xudri    demişdir:  “Peyğəmbər    orucluq  və  qurban 



bayramlarında  namaz  qılınan  yerə  gəlib  əvvəlcə  namaz  qılardı.  Namazı 

bitirdikdən sonra ayağa qalxıb cərgəbəcərgə oturmuş insanların qarşısında du-

rar, onlara öyüd-nəsihətlər, tövsiyələr və əmrlər verərdi. Əgər harasa bir qoşun 

göndərmək istəsəydi, onu göndərər və ya bir şey əmr etmək istəsəydi, onu əmr 

edərdi,  sonra  da  çıxıb  gedərdi.”  Əbu  Səid:  “Mən  Mədinənin  əmiri  Mərvanla 

birlikdə  orucluq  ya  da  qurban  bayramında  namaz  qılınan  yerə  getdiyim 

günədək  camaat  bu  (sünnəyə)  riayət  edirdi.  Biz  namaz  qılınan  yerə  gəlib 

çatdıqda mən Kəsir İbn Səltin düzəltdiyi minbəri gördüm və bir də baxdım ki, 

Mərvan  namazı  qılmamış  minbərə  qalxmaq  istəyir.  Mən  onun  ətəyindən 

dartdım,  lakin  o  ətəyini  dartıb  (əlimdən  aldı)  və  (minbərə)  qalxıb  namazdan 

əvvəl  xütbə  verdi.  Mən  ona  dedim:  “Vallahi,  siz  (Sünnəni)  dəyişdirdiniz!”  O 

dedi: “Ey Əbu  Səid, sənin  bildiyin  keçmişdə qalmışdır.” Mən  dedim:  “Vallahi, 

mənim bildiyim, bilmədiyimdən daha xeyirlidir.” O dedi: “Camaat namazdan 

sonra  oturub  (xütbəni)  dinləmir  deyə,  mən  onu  namazdan  əvvəl  verdim.” 

(Buxari 956, Muslim 2090, 889/9)  



 

 

216 



 

 

Qadınların İki Bayramda Namazgaha Çıxmalarının Və 



Kişilərdən Ayrı Olub Xütbəyə Şahid Olmalarının Mübah 

Olması 

 

 



 

 

511. Ummu Atiyyə 





rəvayət edir ki, Bizlər iki bayram günündə heyizli və 

pərdə arxasında yaşayan (bakirə) qadınları da (musalləyə) gətirməyimizlə əmr 

olunduq.  Qadınlar  müsəlman  cəmaatında  iştirak  edir  və  dualara  şərik 

olurdular. Heyizli qadınlar isə namaz yerinəd bir az aralı durardılar. Bir qadın: 

“Ya  Rəsulullah!  Bizdən  birimizin örtünəcək  hicabı  yoxdur”  dedi.  Peyğəmbər: 

“Din bacısı hicabından birini ona versin (geyindirsin)” deyə buyurdu. (Buxari 

351, Muslim 2093, 890/10)

 

 

 



 

Bayram Günləri Günah Olmayan Oyunlara İcazəli Olması 

Haqqında 

 

 



 

 

512.  Aişə 





rəvayət  edir  ki,  Əbu  Bəkr    yanıma  daxil  oldu.  Bu  vaxt 

yanımda  Ənsardan  olan  iki  qız  vardı.  Onlar  Buəs  döyüşündə  Ənsarın  bir-

biriləri haqqında söylədikləri nəğməni oxuyurdular. Aişə: “Bu iki qız müğənni 

deyldilər”.  Əbu  Bəkr:  “Rəsulullahın    evində  şeytan  nəğmələri”.  Bu  hadisə 

bayram  günü  baş  vermişdir.  Rəsulullah:  “Ya  Əbu  Bəkr!  Hər  bir  qövmün 

bayramı  vardır,  bu  da  bizim  bayramımızdır”  deyə  buyurdu.

 

(Buxari  952, 



Muslim 2098, 892/16)  

 



 

 

217 



 

 

513. Aişə 



 demişdir: “(Bir dəfə) yanımda olan iki qız uşağı Buas döyüşünə

41

 

dair nəğmə oxuyarkən Peyğəmbər  gəlib otağıma daxil oldu və yatağa uzanıb 



üzünü  çevirdi.”  Bu  vaxt  Əbu  Bəkr    içəri  daxil  oldu  və  məni  qınayıb  dedi: 

“Peyğəmbərin   yanında şeytan nəğmələri  (oxuyursunuz)?” Peyğəmbər  ona 

tərəf  dönüb  dedi:  “Onlarda  işin  olmasın!”  Əbu  Bəkrin    diqqəti  yayındıqda 

mən xəlvətcə qızlara işarə etdim və onlar çıxıb getdilər”. Yenə bir bayram günü 

Sudanlılar  qalxan  və  mizraqla  (hərbi)  oyunlar  göstərirdilər.  Bilmirəm  mən 

ondan  baxmağı xahiş etdim, yoxsa o mənə dedi: “Baxmaq istəyirsənmi?” dedi. 

Mən:  “Bəli”  dedim.  Həmən  arxasında,  yanağım  yanağı  üzərndə  ayaq  üstə 

dayandım.  O:  “Başlayın  Ərfidə  oğulları!”  dedi.  Nəhayət  baxmaqdn  yoruldum. 

O:  “Bəsdimi?”  deyə  buyurdu.  Mən:  “Bəli”  dedim.  (Buxari  949,  2906,  Muslim 

2102, 892/19) 

 

 

 



514. Əbu Hureyrə   rəvayət edir ki, Həbəşilər, Peyğəmbərin   yanında hərbi 

oyunlar  göstərdikləri  zaman  Ömər    içəri  daxil  oldu  və  Həbəşilərə  çınqıl 

daşları  atmağa  başladı.  Peyğəmbər:  “Ey  Ömər!  Onları  sərbəst  burax”  deyə 

buyurdu. (Buxari 2901, Muslim 2106, 893/22) 

 

 

 



 

 

 



 

 

 



 

 

                                                



41

 Buas  –  Mədinənin  yaxınlığında  olan  yer  adıdır.  Həmin  yerdə  Ovs  və  Xəzrəc  qəbilələri  arasında  döyüş 

olmuş və bu döyüşdə ovslular qələbə qazanmışlar.  



 

 

218 



 



 

 

 

 



  

İstisqa (yağış) 

Namazı Kitabı 

 

 



 

 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə