Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə67/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   63   64   65   66   67   68   69   70   ...   228

 

 

247 



bu  az  və  ümumi  bir  ayədən  başqa  bir  şey  nazil  olmamışdır:  “Zərrə  qədər 

yaxşılıq edən əvəzini alacaqdır, Zərrə qədər pislik edən də əvəzini alacaqdır”. 

(əz-Zəlzələ 7, 8). (Buxari 2860, 3646, Muslim 2339, 987/26) 

 

 

 

Zəkatı Verməyənə Sərt Cəza Vermək 

 

 



 

575.  Əbu  Zərr    demişdir:  “(Bir  dəfə)  mən  Peyğəmbərin    yanına  gedib 

(gördüm  ki,)  o,  Kəbənin  kölgəsində  oturub  təkrar-təkrar  deyir:  “Kəbənin 

Rəbbinə and olsun ki, onlar ziyana uğrayacaqlar! Kəbənin Rəbbinə and olsun 

ki,  onlar  ziyana  uğrayacaqlar!”.  Mən  (öz-özümə)  dedim:  “Mən  nə  etmişəm? 

Olmaya  məndə  bir  nöqsan  görüb?  Axı  mən  nə  etmişəm?”,  sonra  da  onun 

yanında  oturdum.  O  (dayanmadan  bu  sözləri)  təkrar  edirdi.  Mən  narahat 

olduğumdan  özümü  saxlaya  bilməyib  dedim:  “Atam-anam  sənə  qurban,  ya 

Rəsulullah, kimdir onlar?” Dedi: “Mal-dövləti çox olanlar! Yalnız belə, belə və 

belə  edənlər  (Allah  yolunda  xərcləyənlər)  istisnadır.”  (Buxari  6638,  Muslim 

2351, 990/30) 

 

 



 

576.  Əbu  Zərr    rəvayət  edir  ki,  bir  dəfə  Peyğəmbərin    yanına  gədim.  O: 

“Nəfsim əlində olana və ya Ondan başqa heç bir haqq ilah olmayana və ya and 

içərək  buyurdu:  “Dəvələri,  inəkləri  və  qoyunları  olan  bir  kəs  bunlardan 

Allahın haqqını ödəməyəcək olursa Qiyamət günü (həmən heyvanlar) ən iri və 

kök hallarıyla gətriləcəklər. Sahiblərini buynuzlarıyla vuracaq və ayaqarı altına 

salaraq  əzəcəklər.  Sürüdən  son  heyvan  keçənədək  (əzab  veriləcəkdir),  sonra 

təkrar  əvvələ  qayıdıb  yenidən  adamın  üzərindən  keçməyə  başlayacaqlar.  Bu 

hal  bütün  insanlar  arasnda  hökm  olunana  qədər  davam  edəcəkdir”.  (Buxari 

1460, Muslim 2347, 990/30)

 

 

 




 

 

248 



 

Sədəqə (Zəkat) Verməyə Rəğbətləndirmək 

 

 



 

577.  Əbu  Zərr    rəvayət  edir  ki,  Peyğəmbər    ilə  bərabər  Mədinənin 

çöllərində İşa vaxtı gedirdik. Uhud ilə qarşılaşdıq. Peyğəmbər: “Ey Əbu Zərr! 

Bu Uhud dağı qədər qızıl əlimə keçmişə olsaydı uçüncü gecəyə ondan məndə 

bir dinar olduğu halda girməyimi istəməzdim. Yalnız borc üçün hazırladığım 

dinar  müstəsnadır.  Önünə,  sağına,  soluna  əli  ilə  işarə  edərək  onu  Allahın 

qulları  üçün  belə,  belə  edərək  (qızılı)  sədəqə  edərdim.  Sonra  Ey  Əbu  Zərr! 

Mən:  “Ləbbeyk  Yə  Rəsulullah!  Sonra  (biraz)  yürüdük.  Heç  şübhə  yoxdur  ki, 

malı  çox  olanlar  Qiyamət  günü  savabı  ən  az  olanlardır,  yalnız  bele,  bele 

edənlər müstəsnadır deyib bundan öncə etdiyi kimi əli ilə işarə etdi. Sonra (bir 

az yeridikdən sonra) Ya Əbu Zərr! Mən gəlincəyə qədər öz yerində dur!” deyə 

buyurdu və gözümdən itənə qədər yeridi. Mən bir gurultu və səs eşitdim. (öz-

özümə)  Peyğəmbərə    bir  şeylər  olar  deyə  ardınca  getmək  istədim.  Lakin 

sözlərini:  “Mən  gələnə  qədər  buradan  tərpənmə”  dediyini  xatırladım. 

Peyğəmbər  geri döndükdə eşitdiklərimi ona söylədim. Peyğəmbər: “Cəbrail 

idi,  yanıma  gəldi  və:  “Ümmətimdən  Allaha  şərik  qoşmayıb  ölən  hər  kəs 

Cənnətə  daxil olacaq”  dedi.  Mən soruşdum:  “Yə Rəsulullah!  Zina  və oğurluq 

etmiş olsa belə?” Dedi: “Zina və oğurluq etmiş olsa belə”. (Buxari 6444, 6268, 

1237, Muslim 2351, 94/32) 

 

 




 

 

249 



 

578.  Əbu  Zərr    deyir  ki,  Gecələrin  birində  çölə  çıxdım,  bir  də  baxdım  ki, 

Rəsulullah  tək başına yeriyir. Yanında heç kimsə yoxdur. Yəqin tək olmağını 

zənn etdim və ayın işığında yeriməyə başladım. Arxaya çönərək: “Kimdir o?” 

deyə  buyurdu.  Mən:  “Əbu  Zərr!  Allah  məni  sənə  fəda  etsin”  dedim. 

Peyğəmbər:  “Yə  Əbu  Zərr,  gəl”  dedi.  Mən  də  onunla  bərabər  bir  müddət 

yeridim. Sonra: “Heç şübhə yox ki, çox mal sahibləri Qiyamət günü savabı ən 

az olanlardır. Allahın mal-dövlət bəxş etdiyi və onu sağına, soluna, önünə və 

arxasına xeyirlə sərf edən müstəsnadır”. Sonra bir müddətdə yeridikdən sonra 

mənə: “Burda otur deyib məni daşlı bir yerdə oturdu. Mən geri dönənə qədər 

buradan  tərpənmə  deyib  gözdən  itənə  qədər  yeridi”.  Bir  müddət  orada 

oturandan  sonra  səsini  eşitdim.  Həm  gəlidi,  həm  də:  “Oğurluq  etsədə,  zina 

etsədə  belə...”  deyə  səslənirdi.  Yanıma  çatdıqda  səbr  edə  bilmədim  və:  “Ya 

Rəsulullah! Allah məni sənə fəda etsin! Çöllük tərəfdə kiminlə söhbət edirdin? 

Mən heç kəsin sənə cavab verdiyini eşitmirdim” dedim. Peyğəmbər: “Cəbrail 

idi. Çöllük tərəfdə qarşıma çıxaraq: “Ümmətindən Allaha şərik qoşmayıb ölən 

hər  kəs  Cənnətə  daxil  olacağı  ilə  müjdələ”  dedi.  Mən:  “Ey  Cəbrail!  Zina  və 

oğurluq  etmiş  olsa  belə?”.  Cəbrail:  “Bəli”  dedi.  Əbu  Zərr:  “Zina  və  oğurluq 

etmiş  olsa  da  belə”  dedim.  Peyğəmbər:”Bəli,  hətta  içki  içsədə  belə”  deyə 

buyurdu. (Buxari 6443, Muslim 2352, 94/33)  

 

 

 

Mal-Mülk Yığanlar Və Onların Aqibətinin Pis Olması 

 

 

 



579.  Əhnəf  İbn  Qeys  deyir  ki,  içərisində  Qureyşlilərin  öndərlərindən 

(imkanlılarından)  ibarət  olan  cəmaat  içərisində  oturduğumuz  halda  qalın 

libaslı, sərt  üzlü  biri  gələrək cəmaatın  başı üzərində  dayandı, salam  verdi  və: 

“Mal-dövlət  yığanları  Cəhənnəm  atəşində  qızdırılmış  daşlarla  müjdələ!  Bu 

daşlar  onların  hər  birinin  məmə  ucuna  qoyulacaq  və  kürək  nahiyəsində 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə