Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə60/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   56   57   58   59   60   61   62   63   ...   228

 

 

219 



 

 

İstisqa (Yağış) Namazı Kitabı 

 

 

 



515.  Abdullah  İbn  Zeyd    rəvayət  edir  ki,  Peyğəmbər    yağış  duası  etdiyi 

zaman  Ridasını  (üst  geyimini)  tərsinə  çevirib  geyindi”.  (Buxari  1011,  Muslim 

2107, 894/1) 

 

 

 

Yağış Yağmasını İstyərkən Əlləri Qaldırmaq 

 

 



 

516.  Ənəs  İbn  Malik    demişdir:  “Peyğəmbər  ,  yağış  diləmək  üçün  dua 

etməsi  istisna  olmaqla,  heç  bir  duasında  əllərini  (göyə)  qaldırmazdı.  O, 

(əllərini)  qoltuqlarının  altının  ağlığı  görünənədək  yuxarı  qaldırardı.  (Buxari 

984, 1031, 3565, Muslim 2113, 895/11) 

 

 

 

Yağış Diləyərkən Dua 

 

 



 

517.  Ənəs  İbn  Malik    demişdir:  “Peyğəmbərin    yaşadığı  dövrdə  insanlara 

quraqlıq  üz  vermişdi.  Peyğəmbər    cümə  günü  xütbə  verərkən  bir  bədəvi 

ayağa qalxıb dedi: “Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim 




 

 

220 



üçün Allaha  dua  et!”  Peyğəmbər   əllərini  göyə qaldırdı.  O  an  biz  göydə  bir 

dənə  də  olsun  bulud  görmürdük.  Canım  Əlində  olan  Allaha  and  olsun  ki,  o, 

hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı 

və  o,  minbərdən  yerə  enməmiş  mən  onun  saqqalından  süzülən  yağış  dam-

çılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün 

–  növbəti  cüməyədək  yağış  ara  vermədən  yağdı.  (Cümə  günü)  həmin  bədəvi 

(və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın elçisi, evlər dağıldı, mallar 

su  altında  qaldı.  Bizim  üçün  Allaha  dua  et!”  Peyğəmbər    əllərini  göyə 

qaldırıb  dedi:  “Allahummə  Həvaleynə  Və  Lə  Aleynə  -  Allahım!  (Yağışı) 

üstümüzə deyil, ətrafımıza yağdır” Sonra əli ilə hara işarə etdisə, oradakı bulud 

topası dağıldı və Mədinə (səması) çalaya bənzədi (səma açıldı). Qənat vadisində 

bir  ay  sel  axdı,  kənardan  (Mədinəyə)  gələn  hər  kəs  bol  yağışlar  yağdığından 

danışırdı. (Buxari 933, 1033, Muslim 2116, 897/9)  

 

 

 

Külək, Bulud Gördükdə Allaha Sığınmaq, Yağış Gördükdə 

Fərəhlənmək 

 

 



 

518.  Aişə 

  demişdir:  “Peyğəmbər    göy  üzündə  yağmurla  yüklənmiş 



buludları  gördükdə  (təşviş  içində)  irəli-geri  gedib  gələr,  (evə)  girib  çıxar  və 

siması dəyişərdi. Buludlardan yağış yağmağa başladıqda isə sakitləşərdi.”Aişə 

Peyğəmbərin    nə  hala  düşdüyüynü  ona  bildirdikdə  o  buyurmuşdur: 

“Bilmirəm, ola bilsin ki, (Ad) qövmünün  başına gəlmiş (müsibət bu ümmətin 

də) başına gəlsin:  “Nəhayət, o əzabı vadilərinə doğru gələn bir bulud şəklində 

gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. Hud dedi: “Xeyr! Bu 

sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!”. 

(əl-Əhqaf 24). (Buxari 3206, Muslim 2122, 899/5)  

 

 

 

Səba Və Dəbur Küləyi Barəsində 

 



 

 

221 



 

 

519. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mən Səba qasırğası 



(şərq  küləyi)  sayəsində  qələbə  qazandım,  Ad  tayfası  isə  Dəbur  (qərb  küləyi) 

qasırğası ilə məhv edildi.” (Buxari 1035, 3205, 3343, 4105, Muslim 2124, 900/17) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

222 



 



 

 

 

 



  

Kusuf (Günəş Tutulması) 

Namazı Kitabı 

 

 



 

 

 



 

 

223 



 

 

Kusuf (Günəş) Tutulması Namazı 

 

 

 



520. Aişə 

 demişdir: “Peyğəmbər  zamanında günəş tutuldu və buna görə 



də  Peyğəmbər    camaata  namaz  qıldırdı.  (Namazda)  qiyamı  uzatdı,  sonra 

rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, 

lakin  bu  qiyam  əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu 

uzatdı,  lakin  bu  rüku  əvvəlkindən  qısa  idi,  sonra  səcdəyə  getdi  və  səcdəni 

uzatdı,  ikinci  rükətdə  də  birinci  rükətdə  elədiklərini  təkrar  etdi.  Namazı 

bitirdikdə  artıq  günəşin  üzü  açılmışdı.  Bundan  sonra  (qalxıb)  xütbə  verdi  və 

Allaha  həmd-səna  edib  təriflər  deyəndən  sonra  buyurdu:  “Həqiqətən  də, 

günəş  və  ay  Allahın  dəlillərindəndir.  Onlar  kimsənin  nə  ölümünə  görə,  nə  də 

dünyaya  gəldiyinə  görə  tutulur.  Odur  ki,  onların  tutulduğunu  gördüyünüz 

zaman Allaha dua edin, “Allahu Əkbər”– deyin, namaz qılın və sədəqə verin.” 

Sonra  Peyğəmbər    davam  edib  dedi:  “Ey  Muhəmməd  ümməti!  Vallahi,  kişi 

və  ya  qadın  köləsinin  zina  etməsi xüsusunda  heç  kəs  Allahdan  daha  qısqanc 

ola bilməz. Ey Muhəmməd ümməti! Vallahi, mən bildiyimi siz bilsəydiniz, az 

gülüb çox ağlayardınız.” (Buxari 1044, Muslim 2127, 901/1)  

 

 

 



521.  Peyğəmbərin  zövcəsi  Aişə 

  rəvayət  edir ki,  Peyğəmbər    zamanında 



günəş  tutuldu.  Peyğəmbər    həmən  məscidə  gəldi.  İnsanlar  onun  arxasında 

səffə  durdular.  Təkbir  gətirdi.  (Namazda)  qiraəti  uzatdı,  sonra  təkbir  gətirdi, 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə