202
476. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Günəşin hicabı (işığı,
qızartılıq) göründüyü zaman günəş çıxana qədər namazı təxirə salın, günəşin
hicabı batdığı zaman da itənə qədər namazı təxirə salın. Qılcağınız namaz
üçün günəşin nə doğma, nə də batma zamanını tərcih edin. Çünki o şeytanın
iki buynuzu arasından çıxar”. (Buxari 3272, Muslim 1963, 829/291)
Peyğəmbərin Əsr Namazından Sonra İki Rükət Qıldığı
Namazın Bilinməsi
477. Kureyb rəvayət edir ki, İbn Abbas Misvər İbn Məxrəmə və
AbdurRəhman İbn Əzhər onu Aişənin yanına göndərib tapşırdılar ki:
“Hamımızın adından ona salam söylə və ondan əsrdən sonra qılınan iki rükət
namaz haqqında soruş. Ona de: “Bizə xəbər gəlib çatmışdır ki, sən o iki rükəti
qılırsan. Lakin bizə o da məlumdur ki, Peyğəmbər bu namazı qılmağı
qadağan etmişdir.” İbn Abbas: “Mən Ömər İbn Xəttabla birlikdə bu namazı
qılan adamları cəzalandırardıq”. Kureyb: “Mən Aişənin yanına gəlib onların
dediklərini çatdırdım”. Aişə: “Sən Ummu Sələmədən
soruş!” Mən
qayıdıb Aişənin
dediyini onlara xəbər verdim. Onlar da məni Ummu
Sələmənin
yanına
göndərdilər
və
tapşırdılar
ki,
Aişədən
soruşduğumu ondan soruşum.Ummu Sələmə dedi: “Mən Peyğəmbərin
(əsrdən sonra) iki rükət namaz qılmağı qadağan etdiyini eşitdim, sonra da
onun əsr namazından sonra bu iki rükəti qıldığını gördüm. O mənim yanıma
gəldiyi vaxt ənsardan olan Bəni Haram qəbiləsinin qadınları mənim yanımda
idilər. Mən kənizlərdən birini onun yanına göndərib tapşırdım ki, gedib onun
yanında dursun və ona desin: “Ummu Sələmə
sənə deyir: “Ey Allahın
elçisi, mən sənin bu iki rükəti qadağan etdiyini eşitmişdim, indi isə sənin bu iki
203
rükəti qıldığını görürəm.” (Sonra Ummu Sələmə kənizə dedi:) “Əgər o əli ilə
sənə işarə etsə, kənara çəkil və gözlə.” Kəniz gedib (Ummu Sələmənin
dediyini Peyğəmbərə ) deyəndə o, əli ilə işarə etdi və kəniz kənara
çəkilib gözlədi. Peyğəmbər namazı bitirdikdən sonra dedi: “Ey Əbu
Ümeyyənin qızı, məndən əsrdən sonra qıldığım iki rükət barəsində soruşdun.
Bu ona görədir ki, AbdulQeys qəbiləsindən bir dəstə adam yanıma gəlib məni
zöhrdən sonra qılacağım iki rükət namazdan yayındırdı. Bu həmin (sünnət)
namazıdır.” (Buxari, 1233 Muslim 1970, 834/297)
478. Aişə
demişdir: “İki rükət (namaz) vardır ki, Peyğəmbər nə gizlində,
nə də aşkarda – heç vaxt onları buraxmamışdır: iki rükət sübh namazından
əvvəl, iki rükət də əsr namazından sonra.” (Buxari, 592, Muslim 1972, 1973,
1974, 833/296)
Məğrib Namazından Qabaq İki Rükət Qılmağın Müstəhəb
Olması
479. Ənəs İbn Məlik rəvayət edir ki, Müəzzin azan verdiyi zaman
Peyğəmbərin səhabələrindən bir qrup insanlar tələsərək dirəklərə doğru
durub namaz qılardılar. Peyğəmbər çıxdığı zaman isə onları Məğrib
namazından əvvəl iki rükət namaz qıldıqlarını görərdi. Beləki azan ilə iqamə
arasında elə də (böyük bir vaxt) yox idi”. (Buxari 625, Mmuslim 1975, 1976)
Azan Və İqamə Arası Namazın Qılınması
204
480. Abdullah İbn Müğəffəl əl-Müzəni rəvayət edir ki, Peyğəmbər üç dəfə
dedi: “Hər iki azan arasında namaz vardır”, (sonra da əlavə etdi): “(Bunu)
istəyənlər üçün.”Digər rəvayətdə deyilir ki, (Peyğəmbər): “Hər iki azan
arasında namaz vardır, hər iki azan arasında namaz vardır” demiş və üçüncü
dəfə: “(Bunu) istəyənlər üçün” deyə əlavə etmişdir. (Buxari 624, 627, 1977,
Muslim 1977, 1978, 838/304)
Qorxu Namazı
481. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “İki dəstədən birinə
qorxu namazını qıdırdı. Bu vaxt digər dəstə üzü düşmənə tərəf çevrilmiş
haldaydı. Sonra Rəsulullahın namaz qıldırdığı kimsələr çəkilib dostlarının
yerində durdular. Bu dəfə düşmənə tərəf yönələn onlar oldular. Rəsulullah
onlara bir rükət namaz qıldırdı. Sonra salam verdi. Birinci dəstə qalxıb əskik
rükətlərini qıldılar, sonra da digər dəstə qalxıb rükətlərini əda etdilər”. (Buxari
4133, Muslim 1979, 839/305)
482. Səhl İbn Əbi Həsmə rəvayət edir ki, İmam qorxu namazında qibləyə
yönələrək namaza durur. (səhabələrdən) bir dəstə də (Peyğəmbərlə) bərabər
namaza dururlar, digər dəstə isə üzü düşmənə tərəf dururlar. (
Peyğəmbər)
arxasında
onlarla birlikdə bir rükət qılar, sonra onlar ayağa qalxaraq özləri bir
rükət qılar və olduqları yerdə iki dəfə səcdə edərlər. Sonra namazı qılmış
olanlar düşmənlə üzbəüz olanların yerinə keçərlər, düşmənlə üzbəüz olanlar
isə Peyğəmbərin yanına gələrək onunla birlikdə bir rükət qılarlar. Sonra
onlar da özləri bir rükət qılar və iki dəfə səcdə edərlər”. (Buxari 4131, Muslim
1984, 841/309)
Dostları ilə paylaş: |