Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə52/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   48   49   50   51   52   53   54   55   ...   228

 

 

187 



 

 

Ramazanda Təravih Namazlarına Rəğbətləndirmək 

 





 

435.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  Ramazan 

gecələrində  imanla,  mükafatını  (yalnız  Allahdan)  umaraq  nafilə  namazları 

qılsa,  keçmiş  günahları  bağışlanar.”  (Buxari  37,  2009,  Muslim  759/173,  1815-

1816) 

 

 



436. Aişə 



rəvayət edir ki, Peyğəmbər   bir gecəvə ya gecəin yarısı çıxdı 



və  məsciddə  namaz qıldı.  Bir  qrup insanlar  d onunla  bərabər  namaz  qıldılar. 

Səhər  açılınca  insanlar  bunu  öz  aralarında  danışdılar.  Bu  gecə  isə  daha  çox 

insan toplandılar və Peyğəmbərlə  namaz qıldılar. Səhəri insanlar bu barədə 

danışdılar və üçüncü gecə məsciddə insanlar sayı daha da artdı. Rəsulullah   

çıxdı  və  insanlar  d onun  namazına uyaraq  namaza  durdular.  Dördüncü  gecə 

artıq  məscid  insanların  sayından  dolmuşdu.  Lakin  Peyğəmbər    onların 

yanına çıxmadı. Sübh namazını qıldırmaq üçün çıxdı. Sübh namazından sonra 

insanlara  tərəf  çönərək  şəhadət  gətirdi  və  buyurdu:  “Əmmə  Badu  –  Sonra: 

“Sizin  bu  halınız  mənə  ərz  olundu.  (Qorxdum  ki,  bu  cür  davam  etsə)  gecə 

namazı  sizlərə  fərz  olar  və  sizlər  də  onu  (davamiyyətli  yerinə  yetirməkdən) 

aciz olarsınız”. (Buxari 924, Muslim 761/178, 1820)  

 

 

 

Gecə Namazında Və Qiyamında Dua 

 



 

 

188 



 

 

437.



 

İbn Abbas   demişdir: “(Bir dəfə mən xalam) Meymunənin 



evində 


gecələdim.  Gecə  vaxtı  Peyğəmbər    yuxudan  oyanıb  su  başına  çıxdı,  sonra 

üzünü  və  əllərini  yuyub  yenə  uzanıb  yatdı.  (Bir  müddətdən)  sonra  qalxıb  su 

tuluğuna  yaxınlaşdı  və  onun  ağzındakı  ipi  açıb  suyu  israf  etmədən  kamil 

şəkildə  dəstəmaz  aldı  və  namaza  durdu.  Onu  güddüyümü  başa  düşməsin 

deyə, galxıb gərnəşdim, sonra dəstəmaz alıb namaz qılmaq üçün onun solunda 

durdum. O, qulağımdan tutub məni sağ tərəfinə keçirdi. Peyğəmbər  namazı 

on  üç  rükətə  tamamladı.  Sonra  uzanıb  yatdı  və  xoruldamağa  başladı. 

(Ümumiyyətlə) o, yatarkən xoruldayardı. Sonra Bilal onu namaza çağırdı və o 

qalxıb  dəstəmaz  almadan  namaz  qıldı  və  belə  dua  etdi:  “Allahumməcəl  Fi 

Qalbi Nuran Və Fi Bəsəri Nuran Və Fi Səmi Nuran Və An Yəmini Nuran Və An 

Yəsari  Nuran  Və  Fövqi  Nuran  Və  Təhti  Nuran  Və  Əmami  Nuran  Və  Xəlfi 

Nuran  Vəcəl  Li  Nuran  -  Allahım,  qəlbimə  nur  saç!  Gözümə  nur  saç  və  qula-

ğıma nur saç! Sağımdan və solumdan nur saç! Başımın üstündən və ayağımın 

altından nur saç!  Önümə  və  arxama  nur saç! Mənim  üçün  nur  saç!  (Ravi  İbn 

Abbasdan)  bu  klimələrdən  yeddisi  sandıq  içərisindədir.  Sonra  mən  İbn 

Abbasın  oğullarından  bir  adama  rast  gəldim.  Mənə  bu  kəlimələri  öyrətdi: 

Asabi  Və  Ləhmi,  Və  Dəmi,  Və  Şəari,  Və  Bəşəri  -  Əsəbimi,  Ətimi,  Qanımı, 

Saçımı  və  Dərimi  və  daha  iki  xisləti  də  zikr  etdi”.  (Buxari  6316,  Muslim 

763/181, 1824)

 

 

 





 



438. Abdullah İbn Abbas  rəvayət edir ki, bir gecə o Peyğəmbərin   zövcəsi, 

xalası  Meymunənin 

  evində  qaldı.  (İbn  Abbas    deyir  ki,)  mən  yatağın 



köndələninə  uzandım,  Peyğəmbər    və  onun  zövcəsi  isə  yatağın  uzununa 

uzandılar. Peyğəmbər  yatdı. Nəhayət, gecə yarısı yetişdikdə, (və ya bundan 

bir  az  əvvəl  yaxud  bir  az  sonra  yuxudan)  oyandı  və  gözlərini  ovxalayıb 

yuxusunu  dağıtdı.  Sonra  Ali  İmran  surəsinin  son  on  ayəsini  oxudu.  Sonra 

qalxıb (tavandan) asılmış köhnə cürdəyə yaxınlaşdı və kamil şəkildə dəstəmaz 

aldı  Sonra  durub  namaz  qıldı.  Mən  də  ayağa  qalxıb  onun  etdiyi  kimi  etdim. 




 

 

189 



Sonra gedib onun yanında durdum. O, sağ əlini  mənim başıma qoydu və sağ 

qulağımdan tutub onu dartdı. Sonra iki rükət, sonra yenə iki rükət, sonra yenə 

iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra 

da  bir  rükət  (namaz)  qıldı.  Sonra  yerinə  uzandı.  Nəhayət,  müəzzin  onun 

yanına  gəldikdə  qalxıb  iki  rükət  xəfifcə  namaz  qıldı.  Sonra  gedib  sübh 

namazını qıldırdı. (Buxari 183, Muslim 763/182, 1825) 

 





 

439.  İbn  Abbas    gecə  qılınan  nafilə  namazlarını  nəzərdə  tutub  demişdir: 

“Peyğəmbərin    namazı  on  üç  rükətdən  ibarət  idi.”  (Buxari  1138,  Muslim 

764/194, 1839) 

 

 

440. İbn Abbas   rəvayət edir ki, Peyğəmbər   gecə durub nafilə namazı qıl-



dıqda deyərdi: “Allahummə, Ləkəl-Həmdu Əntə Nurus-Səməvati Vəl-Ardi, Və 

Ləkəl-Həmdu  Əntə  Qayyimus-Səməvati  Vəl-Ardi,  Və  Ləkəl-Həmdu  Əntə 

Rabbus-Səməvati Vəl-Ardi Və Mən Fihinnə, Əntəl-Həqqu, Və Va'dukəl-Həqqu, 

Və  Liqaukə  Həqqun,  Və  Qaulukə  Həqqun,  Vəl-Cənnətu  Həqqun,  Vən-Naru 

Həqqun,  Vən-Nəbiyyunə  Həqqun,  Və  Muhəmmədun  Səllallahu  Aleyhi  Və  Səl-

ləm  Həqqun, Vəs-Saatu  Həqqun,  Allahummə,  Ləkə  Əsləmtu,  Və  Bikə  Aməntu, 

Və Aleykə Təvəkkəltu Və Ileykə Ənəbtu, Və Bikə Xasəmtu, Və Ileykə Hakəmtu, 

Fəğfir Li Mə Qaddəmtu Və Mə Əxxartu Və Mə Əsrərtu Və Mə Ə'ləntu, Əntəl-

Muqaddimu  Və  Əntəl-Muəxxiru  Lə  Ilahə  Illə  Ənt  -  Allahım,  həmd  yalnız 

Sənədir.  Sən  göylərin,  yerin  Nurusan.  Həmd  yalnız  Sənədir.  Göylərin,  yerin 

Hamisi Sənsən. Həmd yalnız Sənədir. Sən göylərin, yerin və onlarda olanların 

Rəbbisən.  Həmd  yalnız  Sənədir.  Sən  Haqsan.  Verdiyin  vəd  haqdır.  Sənə 

qovuşmaq  haqdır.  Dediyin  söz  haqdır.  Cənnət  haqdır.  Cəhənnəm  haqdır. 

Peyğəmbərlər  haqdır.  Muhəmməd  haqdır.  (Qiyamət)  Saatı  haqdır.  Allahım! 

Sənə  təslim  oldum, Sənə  iman  gətirdim, Sənə  təvəkkül  etdim,  tövbə  edib Sənə 

döndüm,  Sənin  uğrunda  mübarizə  apardım  və  Sənin  hökmünə  üz  tutdum. 

Əvvəl  etdiyim,  sonra  edəcəyim,  gizlin  saxladığım  və  üzə  çıxartdığım  (pis) 

əməllərimi  bağışla!  Əvvələ  çəkən  də  Sənsən,  təxirə  salan  da  Sənsən.  (İbadətə 

layiq  olan)  məbud  yalnız  Sənsən  və  ya  Səndən  başqa  ibadətə  layiq  haqq  olan 

məbud yoxdur”. (Buxari 7499, Muslim 769/199, 1844)  


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə