172
möminlərdən zəif olanları xilas et! Allahım, Mudar qəbiləsinə olan əzabını
şiddətləndir və onlara Yusufun zamanında göndərdiyin (yeddi qıtlıq və
quraqlıq) illəri kimi illər göndər!” O vaxt Mudar qəbiləsindən olan məşriq əhli
ona müxalif idi. (Buxari 804, Muslim 675/295, 1574)
393. Ənəs demişdir: “Peyğəmbər bir ay ərzində Ril və Zəkəvan
qəbilələrinin əleyhinə Qnutda dua etmişdir.” (Buxari 1003, Muslim 677/303,
1584)
394.
Ənəsdən qunut duası barəsində soruşdular. “Rükudan əvvəlmi, (ya
sonramı?)” deyə soruşdular. O: “Rükudan əvvəl” deyə cavab verdi. Ona
dedilər: “Bəs filankəs deyir ki, guya sən: “Rükudan sonra” demisən.” (Ənəs)
dedi: “O, yalan danışır. Peyğəmbər rükudan sonra qunut duasını ancaq bir
ay ərzində Bəni Suleym oğullarından olan bəzi ərəb qəbilələrinin əleyhinə dua
edərkən oxumuşdur. Ənəs sayında tərəddüd edərək: Bildiyimə görə
Peyğəmbər “Qurra (Qarilər) adlanan qırx və ya yetmiş nəfəri müşriklərin
yanına göndərmiş və orada o qarilər qətlə yetirilmişlər. Halbuki müşriklərlə
Peyğəmbər arasında (bir-birlərinə qarşı silah çəkməyəcəklərinə dair) saziş
bağlanmışdı. Elə bu səbəbdən də Peyğəmbər düz bir ay onların əleyhinə
dualar etdi. Peyğəmbərin onlar üçün üzüldüyü qədər heç bir kimsəyə
üzüldüyünü görmədim”. (Buxari 3170, Muslim 677/301, 1581)
395. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər Qurra adlanan (qırx və ya
yetmiş) nəfərlik dəstəni (Nəcd xalqına) (Quranı) öyrətmək üçün göndərmişdir.
(Onlar Mauna quyusu yanında pusquya düşüb öldürüldülər). Mən
Peyğəmbərin onların öldürülməsinə üzüldüyü qədər başqa heç kimsəyə bu
qədər üzüldüyünü görmədim. Peyğəmbər sübh namazında bir ay Qunut
tutdu. Usayya qəbiləsi Allah və Rəsuluna asi oldular”. (Buxari 6394, Muslim
1584, 1589)
173
Buraxılmış Namazın Qəzası Və Onu Tezləşdirmək
396. İmran İbn Huseyn rəvayət edir ki, Peyğəmbər ilə bərabər bir səfərə
çıxmışdıq. Bütün gecəni yol getdikdən sonra gecənin sonu səhərə yaxın
dincəlmək üçün dayandıq. Gözləri onlara qalib gəlib günəş qalxana kimi yatıb
qaldıq. Yuxudan ilk oyanan Əbu Bəkr olmuşdu. Peyğəmbər özü yuxudan
oyanmamış onu heç kəs durğuzmazdı. Sonra Ömər oyandı. Əbu Bəkr,
Rəsulullahın başı yanında oturub yüksək səslə Təkbir gətirdi ki, Peyğəmbər
oyansın. Nəhayət Peyğəmbər oyandı. (Bir az yeridikdən) sonra düşüb
bizlərə sübh namazını qıldırdı. Bir nəfər cəmaatdan ayrıldı və bizimlə namaz
qımadı. Peyğəmbər namazdan sonra: “Ey filankəs bizimlə namaz
qılmamağa sənən mane olan nədir?”. O: “Boynuma cənabət qüslu düşüb”
dedi. Peyğəmbər ona təmiz torpaqlaa təyəmmüm etməyi əmr etdi. Sonra o,
şəxs təyəmmüm edib namaz qıldı. Peyğəmbər məni miniyində önündə
oturdu. Biz şiddətli bir susuzluğa düşdük. Bu halda (su axtardığımız) zaman
dəvəsi üzərində iki böyük su tuluğunun üstündən ayaqlarını sallamış bir
qadınla rastlaşdıq. Qadına: “Su harada?” deyə soruşduq. Qadın: burada su
yoxdur. Biz qadına: “Sənin əhlinlə su arasında nə qədər məsafə var?” dedik.
Qadın: “Bir gün bir gecə” dedi. Biz: “Peyğəmbərin yanına get” dedik. Qadın:
“Rəsulullah nədir?” dedi. İmran: “Biz o, qaından heç bir şeyə nail olmayıb onu
Peyğəmbərin yanına gətirdik. Qadın Peyğəmbərə bizə söylədiyinin
bənzərini söylədi və Peyğəmbərə yetim uşaqların sahibi olduğunu söylədi.
Peyğəmbər qadının su tuluqarını endirməsini əmr etdi. Tuluqların aşağı
tərəfindəki iki ağzını əliylə məsh etdi. Biz çox susamış qırx kişi doyuncaya
qədər su içdik və bərabərimizdə olan su qablarını və tuluqları da doldurduq.
174
Heç bir dəvəyə su vermədik. Su tuluqları dolduqdan sonra su hələdə axırdı.
Sonra Peyğəmbər yeyəcəklərdən gətirin” buyurdu. Qadın üçün yeyiləcək bir
şeylər və xurm bir miqdar toplandı. Qadın qəbiləsinin yanına gələrək: “Mən
insanların ən sehirbazını qarşılaşdım və ya onların iddia etdikləri kimi bir
Peyğəmbərdir. Sonra Allah o, qadın səbəbilə qəbiləyə hidayət verdi və İslama
girdi və oba xalqı da İslamı girdilər”. (Buxari 3571, Muslim 682/312, 1595)
397. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim namazını
unudarsa, qoy yadına düşən kimi onu qılsın. Unudulan namazın bundan
başqa kəffarəsi yoxdur.” (Uca Allah buyurur): “Məni xatırlamaq üçün namaz
qıl!” (Buxari 597, Muslim 684/314, 1598)